26/05/2020 00:20
728 x 90

Koronavirusla mübarizədə DİN-ə əlavə səlahiyyətlər verilməsinin obyektiv əsasları və ölkə miqyaslı gözləntilər…

Şəmsəddin Əliyev: “İndiki şəraitdə DİN-ə belə səlahiyyətlərin verilməsi müsbət addımdır”

img

Daxili İşlər Nazirliyinə əlavə səlahiyyətlər verilib. Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər olunub:

1. 26-cı hissədə “388-1” rəqəmi “388-1.1.2, 388-1.2” rəqəmləri ilə əvəz edilib.

2. Aşağıdakı məzmunda 26-2-ci hissə əlavə edilib:

“26-2. Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

26-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

26-2.2. informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - Daxili İşlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri.”.

Sözügedən səlahiyyətlərin DİN-ə verilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • “Bu, aşkar olunan inzibati hadisə ilə bağlı çevik qərarın qəbul edilməsinə şərait yaradacaq”

Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev buna bir neçə aspektdən yanaşdı: “İndiki şəraitdə DİN-ə belə səlahiyyətlərin verilməsi müsbət addımdır. Bunun sayəsində məhkəmələrin işi bir az azalaraq yüngülləşir. Çünki doğrudan da son zamanlar məhkəmə sistemində inzibati, mülki cinayət işləri çox idi. Bu da onların işini artırırdı. Digər tərəfdən də cinayətkarlıqla mübarizə aparan, onun profilaktikası və maarifləndirilməsi fəaliyyəti ilə məşğul olan, dövlətin bu sahədə siyasətini formalaşdıran DİN-ə, onun struktur şöbələrinə bu səlahiyyətin verilməsi aşkar olunan inzibati hadisə ilə bağlı çevik qərarın qəbul edilməsinə şərait yaradacaq. İnzibati məsuliyyətlə bağlı hallar nə qədər tez aşkar olunub qərar qəbul edilərsə, bu bir o qədər ümumi işin xeyrinə olacaq. Baş verə biləcək bu kimi hadisələrin qarşısının alınmasında müsbət rol oynayacaq. Bu baxımdan hesab edirəm ki, ölkə Prezidentinin bu Fərmanı tamamilə düzgün qərardır və ölkəmiz üçün faydalı olacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər