Cümə axşamı günü, 05 noyabr 2026
     

“Qarabağ klanı” Paşinyana qarşı qiyam komandası ilə birləşib baş naziri devirir

Image


“Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında hələ də ciddi savaş getməkdədir. Düzdür, ötən müddət ərzində Paşinyan klanın mövqeyini xeyli sarsıda bilib. Amma hələ də Azərbaycanın işğal edilmiş ərazilərindəki rejim üzərində tam nəzarəti bərpa edə bilməyib. Əksinə, separatçı rejimin nümayəndələri Paşinyanı indi getdikcə daha çox hədələyirlər. Xüsusilə bu rejimdə “hərbi vəzifə” tutmuş Vitali Balasanyan Paşinyana qarşı qiyam təşkil edə biləcəklərini açıq bəyan edir.

Belə bir vaxtda bəlli olub ki, “Qarabağ klanı”nın Ermənistan təmsilçiləri də separatçı rejimlə sıx işbirliyindədir. Eyni zamanda, onlar Ermənistan daxilində siyasi cəhətdən də yenidən təşkilatlanır. Artıq bu fonda məlum olub ki, həbsə atılan Ermənistanın eks-prezidenti Robert Köçəryan yeni partiya yaratmağa da hazırlaşır. Eks-prezidentin oğlu Levon Köçəryan atasının Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanla əməkdaşlıq etmək ehtimalının da olduğunu bildirib. Robert Köçəryan özü isə iddia edir ki, artıq Ermənistandakı siyasi proseslər yekunda növbədənkənar seçkilərlə başa çatacaq. O, artıq cəmiyyətin reallığı olduğu kimi qəbul etdiyini bildirib: “Bu, Paşinyanın  populyarlığının sürətlə itməsini və hər şeyin növbədənkənar seçki ilə bitəcəyini əminliklə deməyə əsas verir. Bunun gələn il baş verməsi ehtimalı həddən artıq yüksəkdir və hər şey müxalifətin qətiyyətindən asılıdır”.

Ermənistanın “İrates” nəşri isə yazır ki, Paşinyanın komandasında yer alanların bir çoxu da artıq baş nazirə qarşı olanlarla bir sırada yer almaq niyyətindədir:“Elə bu səbəbdəndir ki, dekabrın 12-də Ermənistan hökumətinin iclası zamanı Paşinyan bildirib ki, dövlət idarəetmə sistemi inqilaba müqavimət göstərir. Əslində, nəinki bütün sahələrdə “inqilab”ın başa çatması, həmçinin dövlət sisteminin fərqli bir məntiqlə işləməyə başlaması İsa və Roma papasına çevrilmiş Paşinyanı narahat edir. “Mənim addımım” fraksiyasında olduğu kimi, idarəetmə dairələrində də Paşinyanın tərəfdlarları yoxdur”. Erməni siyasi şərhçi Aram Amatuni də məsələyə bu prizmadan nəzər salaraq bildirir: “Hakimiyyət dəyişikliyindən sonra Ermənistanda formalaşan hakimiyyət bir kollektivlikdir, bəzən bir-birinə zidd olan elementlər toplusudur”. Onun sözlərinə görə, qəribə görünsə də, Ermənistanda hökumətin formalaşması prosesində hazırda müxalifətin formalaşması məsələsi daha da aktuallaşıb:“Müxtəlif subyektiv və ya substantiv səbəblərə görə müxtəlif vəzifəli şəxslər işdən çıxarılır, hətta bəzən ittiham olunaraq həbs edilir, dünənki qəhrəmanlar anti-inqilabçılara çevrilir və sair. Bununla yanaşı, Ermənistanda hakimiyyətin süzgəcdən keçməsi, sözdə “kristallaşması” prosesi hava və su kimi müxalifətin mövcudluğunu zəruri edən bir mərhələyə çatıb. Bu vəziyyətdə müxalifət güzgü və ya bir “rentgen” olacaq, burada hökumət öz imicini daha aydın görməli, qiymətləndirməli, lazımi nəticələr çıxarmalıdır.

Ermənistanda ən zəif problem həll olunmayıb, müxalifət yoxdur, çox sərt, çox kəskin tənqid var, amma müxalifət yoxdur. Sadəcə tənqid müxalifət deyil, əks halda tənqidçi hər hansı bir media orqanı və ya ekspert siyasi müxalifət sayılardı. Beləliklə, Ermənistanda hökumətin nə olduğunu göstərmək üçün əyri olub-olmadığını qiymətləndirə biləcək bir güzgü belə yoxdur. Amma Köçəryanın yenidən siyasətə atılması vəziyyəti dəyişə bilər. Bax onda Paşinyanın ciddi çətinlikləri üzə çıxacaq. Çünki Paşinyanın komandasında yer alanların çoxu Köçəryanın tərəfinə keçə bilər”.

Erməni politoloq Armen Badalyan isə bildirir ki, Paşinyanın davranşıları onun komanda üzvlərini də bezdirib. Onun sözlərinə görə, Ermənistan Respublika Partiyasının artıq bir ildən çoxdur hakimiyyətdə olmamasına baxmayaraq, Ermənistan hələ də investisiyalara malik deyil: “Bu durumda Paşinyanın reytinqinin düşməsi təbiidir. Belə vəziyyətdə Paşinyan vəziyyəti lehinə dəyişdirmək üçün yeni düşmənlər axtarır. İndi bu “düşmən” rolunda hüquq-mühafizə sistemi çıxış edir. Hüquq-mühafizə sistemi deyəsən yenidən investisiyalara “mane olur”. Baş nazir daim “düşmən”lərin axtarışındadır. “Düşmən” hər zaman dəyişə bilər, diqqət etsəniz, bu 1,5 il ərzində çox dəyişib”. Onun sözlərinə görə, hüquq-mühafizə sisteminin bütün rəhbərlərini Paşinyan təyin edib. Badalyan qeyd edib ki, Ermənistanın polis rəisi və Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrini müvəqqəti icra edən şəxslər Paşinyanın istədiyi adamlardır, lakin bu halda belə korrupsiyaya qarşı mübarizədə uğur qazanılmır, bunun səbəbi isə məsələyə məzmunlu yanaşmanın olmamasıdır: “Qırmaq, əzmək, divarı suvamaq, döşəməni suvamaq, dövlət aparatını parçalamaq baş nazirin yanında yaxşı alınır, hə, bunu etmək asandır, bəs sonra bərpa edə biləcək? Deyəsən, onun təsəvvürləri yalnız bu barədədir, yaxşı olardı ki, bütün bunların əvəzinə ölkənin inkişafı üçün baxış təqdim etsin. Bu yoxdur və Paşinyanın qəzəbinə tuş gələn məmurlar keçmiş hakimiyyəti istəyirlər. Məhz bu fonda da ölkədə yeni hakimiyyt çaxnaşması tamamilə gözləniləndir”.

“Aykakan Jamanak” qəzeti isə yazır ki, belə vəziyyətdə Paşinyanın Ermənistanın digər keçmiş prezidenti Serj Sarkisyanı həbsə atmaq niyyəti “Qarabağ klanı”nı daha tez müddətdə baş nazirə qarşı qəti hərəkətə keçməyə sövq edə bilər. Xatırladaq ki, dekabrın 4-də Serj Sarkisyana qarşı ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 25-dən 7-dək bir qrup məmurdan 1 milyon dollardan çox maddi vəsait mənimsəməkdə ittiham olunur. Amma hesab edilir ki, bu yalnız Sarksiyanı həbsə atmaq üçün əsasdır. Bununla Paşinyan “Qarabağ klanı”nı tam zərərsizləşdirmək istəyir. Klan isə, öz növbəsində, Paşinyan komandasında narazı fiqurlardan istifadə edib baş nazirə qarşı daha sərt həmlə etməyi düşünür.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ