Cümə axşamı günü, 05 noyabr 2026
     

Faşist əlaltısı Njde və onun “Tseqakron” təlimi...

Image


Son vaxtlar mətbuatın da gündəmində olan Qaregin Njde adı çoxlarında maraq doğurdu. Ermənistanda “erməni dövlət xadimi” adlandırılan bu  hərbi cinayətkara İrəvanda heykəl qoyulması və bu ənənənin Rusiyanın Armavir şəhərində də davam etdirilməsi ciddi təpkilərlə qarşılandı.

MDB Dövlət Başçılarının Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda erməni faşizminin banisi Qaregin Njdeyə heykəl qoyulmasını,  nasistlərlə əlbir olan birisinin qəhrəmanlaşdırmasını pisləməsi də diqqətdən yayınmadı. Nikol Paşinyanın İlham Əliyevi erməni xalqına hörmətsizlikdə, məlum tarixi faktları və rəsmi sənədləri Azərbaycan prezidentinin şəxsi rəyi kimi təqdimatda günahlandırmaq cəhdini rus ictimaiyyəti həmən cavablandırdı. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyadı və az sonra xatirə lövhəsi söküldü. Rusiyalı hərbi ekspert İqor Korotçenkonun “Beynəlxalq hüquq normaları və tarixi gerçəklik baxımından Qaregin Njde hərbi cinayətkar və nasistlərin əlaltısı olub. Mən cənab Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasını oxumağı tövsiyə edərdim” deyimi isə yetərincə arqumentli cavab idi.

Bu baxımdan Egey Universitetinin professoru Aydın İbrahimovun hələ 2010-cu ildə Türkiyədə dərc olunmuş yazısı da diqqətçəkən oldu. Njdenin “Tseqakron” (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat) ideoloji təliminin mahiyyətini açıqlayan bu yazını Egey Universiteti Türk Dünyası Araştırmaları İnstitutunun  dosenti Vəfa Kurban Azərbaycan dilinə cevirərək 9 il sonra yenidən gündəmə gətirib. Yazını təqdim edirik:

1930-cu illərdə Bolqarıstandan ABŞ-a gedən və erməni millətinin qəhramanı sayılan Qaregin Njde (Ter-Arutyunyan) tərəfindən yaradılmış ideoloji təlimə “Tseqakron” adı verilmişdi. Njdenin əsas məqsədi ana köklərindən uzaqlaşan erməni diasporası və xüsusilə də gəncləri sözügedən ideologiya ətrafında yenidən səfərbər edərək Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Tezislərimizi əsaslandırmaq üçün 2004-cü ildə Ermənistanda nəşr olunan “Qaregin Njdenin təlimi” kitabını nəzərdən keçirərək şəhr edəcəyik.

Daşnak təşkilatının üzvü olmuş erməni komandir Qaregin Njde 1922-ci ildə Təbrizdən dönərək Sofiyada yerləşir və türklər əleyhinə ilk yazılarını da bu tarixdən başlayaraq nəşr etdirməyə başlamışdı: “Lernhayastanın Qəhrəman Müqaviməti” (Buxarest, 1923), “Gündəliyimdən səhifələr (Qahirə, 1924)”, “Övladların atalarına qarşı mübarizəsi (Selanik, 1927)” və s. Həmin dövrdə və daha sonrakı illərdə Njde daşnaklar tərəfindən buraxılan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə; tək məqsədi də xarici ölkələrə dağılmış ermənilərdə türklərə və Türkiyəyə qarşı genetik bir nifrət aşılamaq  idi. Bu sözdə “nəzəriyyəçi” bir müddət sonra erməni milliyətçi nəzəriyyəsini ortaya ataraq Mussolini və Hitler kimi soydaşları sırasında ad qazandı. Njde 1932-ci ildə Bolqarıstanda nəşr etdirdiyi “Soy Ruhunun Hərəkatı” kitabı və daha sonra “Xrofk” jurnalında çıxan “Tseqakron bir zəfər gücüdür” adlı məqaləsi ilə erməni nasional-sosializminin əsaslarını ortaya qoydu.

1933-cü ildə Parisdə daşnakların 12-ci konqresində Njde tərəfindən təqdim edilən Erməni diasporunun antitürk ruhlu təlimatları üç əsas prinsipi ehtiva edirdi və konqresin yekun bəyannaməsində yer almışdı. Bunlar

1. Erməniliyin xaricdə funksional fəaliyyətini genişləndirərək, onu Ermənistanı müdafiə qabilyyəti durumuna gətirmək,

2. Erməni gəncliyinin partiyadan kənar fəaliyyətini gücləndirmək,

3. Bütün gücləri Türkiyəyə qarşı bir cəbhədə səfərbər etmək.

Bu tezisləri həyata keçirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABŞ-a göndərilmişdi. Orada Njdeyə iki tapşırıq verilmişdi. Birincisi, erməni terrorçu Kopernik Tandırçyanla birlikdə Türkiyənin ABŞ-dakı səfiri Muxtar bəyə sui-qəsd etmək, ikincisi isə qısa müddət içərisində ABŞ-da “Tseqakron hərəkatı”nı yaratmaq. Fanatik düşüncə, güçlü xitab qabiliyyəti və olduqca təsirli bir xarizmaya sahib olan Qaregin Njde qısa müddətdə ermənilərin sıx yaşadığı yerlərdə “Tseqakron” təşkilatları (Tsexakron Uhter) qurdu.

Njde 1934-cü ilin payızında Sofiyaya qayıdır və “Tseqakron”un Avropada qurulmasına başlayır. Yaxınlaşan dünya müharibəsi ərəfəsində müxtəlif mediya orqanları vasitəsilə erməniləri Türkiyəyə qarşı silahlı hücumlar təşkil etmələri üçün ideoloji cəhətdən hazırlayır və cəmiyyət olaraq təmiz bir irqə yönəlmənin yolunu göstərirdi. Lakin Avropadaki vəziyyət Amerikadan fərqli idi; müharibə gərginliyi son həddindəydi və əhatə dairəsi də olduqca dar idi. 1945-ci ildən sonra isə hərəkat zəiflədi və tarixə kömülmüş kimi göründü. Ancaq 1991-ci ildən günümüzədək Njdenin təlimi yenidən aktivləşdi və hətta qonşu Ermənistanın rəsmi ideologiyası halına gəldi.

İndi isə “Tseqakron nədir”, “Biz niyə ona qarşıyıq”, “Erməniləri hara yönəldir” kimi suallara cavab verilməlidir. Əslində bu cavablar vəziyyətin qorxunc taleyi haqqında daha aydın fikirlər yaradır. 1932-ci ildə Sofiyada çap edilən “Xrofk” jurnalında Njde yazırdı: “Bu günə kimi millətimizin yaşadığı əzabların tək səbəbi irqimizin formalaşmamasıdır, biz erməniyik və ermənilik ideologiyası ətrafında toplanmalıyıq, yoxsa bəşəriyyətin ən əzilmiş parşası halına gələrik”. Belə bir düşüncə tərzinə sahib olan Qaregin Njde ortaya bir düşüncə və “beyinyuma” üçün material qoymalı idi. İkisi də tapılmışdı: konsept: TÜRK DÜŞMƏNÇİLİYİ; material: TSEQAKRON.

Njde faşist əsaslar üzərində formalaşdırılan nəzəriyyəsini əsas olaraq gənclərə və diaspora yönəltmişdi. Njdeyə görə, erməni cəmiyyətində, xüsusilə də yaşlı nəsildə Türkiyəyə qarşı olan şüur zəifləmişdi; eyni meylin gənc nəsildə də inkişafı milli bir təhlükədir. Bu səbəbdən bütün gənc erməni nəslinə “Tseqakron” ideyası aşılanmalıdır. Təlimin əsasını da ermənilərin xüsusi (özəl) irq olması və fərqli düşüncə tərzinə sahip olduqları fikri təşkil edirdi. Erməni soyu Njde üçün ən vacibi idi; dindən və antropologiyadan daha üstündü.

Njde “Tseqarakon”u iki əsas prinsip üzərinə qurmuşdu: 1. Bütün başımıza gələn bəlaların səbəbi biz özümüzük. 2. Bizə lazım olan gücü özümüzdə axtarmalıyıq.

“Tseqakron” təlimi aşağıdakı kimi inşa edilir: “Mən öz Soyumu (tsex) bilirəm, mən öz nəslimə güvənirəm, mənim soyum Tanrıya daha yaxındır, ali irqdir, mən cismimdə “Tseqarakon”u daşıyıram”.

Eyni illərdə İtaliyada faşizm, Almaniyada isə milli sosializm düşüncələri ictimai kütlələrə sirayət edilməkdəydi. Başqa bir deyişlə, Ermənistan o dövrdə müstəqil bir dövlət olsaydı, mütləq erməni faşist quruluşundan bəhs edəcəkdik. Fikrimizcə, Anadoluda və Azərbaycanda erməni dirənişinin əsasında sözügedən düşüncə yer alır.

Njdəyə görə, erməni xalqı aşağıdakı kultlarla həyatına davam etməlidir: Vətən kultu, Qan kultu, Dil kultu, Vətən uğrunda öz həyatını qurban etmə kultu, Ulular kultu, Güc kultu, Öndər kultu. Göründüyü kimi, dəyişməyən prinsiplər burada da vacibliyi ilə diqqətdədir.

Vətən kultu: erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci bütün səyini və quvvəsini Ermənistan ərazisini genişləndirməyə sərf etməli və onun bundan böyük xoşbəxtliyi olmamalıdır.

Dil kultu: “Tseqakron” hər bir erməninin bir-biriylə danışarkən yalnız erməni dilinin istifadəsini tövsiyə edir. Erməni dilini bilməyən soyun nümayəndəsi olaraq qəbul edilə bilməz. Yəni erməni düşüncəsi böyük ölçüdə dilə bağlıdır, əgər dil olmasa, xaricə dağılmış erməni birliyini təmin etmək mümkün olmaz. (Nidje bolşevik zülmü altında yaşayan erməniləri özündən saymır, onları qəbul etmir və bütün ümidlərini diasporaya bağlayırdı).

Öz həyatını qurban etmə kultu: Soyunu qorumaq üçün bu yolda ölmək bir şərəfdir və  “…Aslan kimi mübarizə etməliyik”.

Ulular kultu: “Tseqakron” nəsillər arasında əlaqələrin davam etməməsini ən böyük çatışmazlıq olaraq qəbul edir. Xüsusilə Ana Vətən torpaqları üzərində fəaliyyətin davamı yeni nəsil üçün qida qaynağı olmalıdır.

Güc kultu: “Tseqakron” gücə xüsusi yer verir. Njdeye görə, güclü qazanan olar, haqlı olmaz; dünya güclü olanın qarşısında boyun əyər.

Öndər kultu: Hər soyun başında xalqın taleyini müəyyən edən bir lider olmalıdır. “Tseqakron” soy üzvlərinin öndərinin iradəsinə tabe olmasını tələb edir. Ermənilik, Njdeyə görə, hər şeydən üstündür. “Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeydən üstündür”. Buna görə də “Tseqakron” ermənilərin maraqlarını hər hansı xalqın mənfəətlərindən daha üstün tutar. Məsələn, “Tseqakron”  nizamnaməsinin ana səhifəsi bu şüarla başlayır: “Lozanna? Xeyr, Xeyr, Xeyr, heç bir zaman qəbul edilə bilməz“. Və fikir belə davam edir: ”Bir xalqın ana torpağı digər xalqın daimi vətəni ola bilməz”.

“Tseqakron” ermənilərin yalnız torpaq üçün vuruşmağa hazır olmasını tələb etmir, bu təlim daha irəli gedərək, ermənilərdən türklərə qarşı mərhəmətsiz intiqam tələb edir. Njde belə yazır: “Bizim aramızdakı düşmənlik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı hansı üsulla olursa-olsun yox etməliyik”.

“Tseqakron” ilə digər qeyri-insani təlimlər (nəzəriyyələr) arasında elə də böyük fərg yoxdur. Qaregin Njde təlimi şərh edərkən deyir: “İtalyanların faşizmi var, almanların nasizmi, yəhudilərin isə sionizmi…Ermənilərinsə “Tseqakron”u var... Biz 1919-cu ildə bu fikirləri meydana gətirərkən Mussolini öz düşüncələrini daha yeni-yeni kəşf edirdi. Hitler ərazilərin genişlenməsini hələ təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daşımamaqdadır. Biz isə xalqımıza onun Ana torpağı olan Erməni Dağlıq yeri vermək istəyirik. Hitler yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox etməyi hədəfləyirdi. Bizim soyumuzun düşmənləri isə Türklərdir, onlar erməniləri yer üzündən  silirdilər və məmləkətimizin torpaqların böyük hissəsini ələ geçirmişdilər” və s. Göründüyü kimi, “Tseqakron” bir nasist təlimidir və dünya ermənilərinin də türklərə, o cümlədən bizə - azərbaycanlılara qarşı davranışlarının əsasını Njdenin düşüncələri təşkil edir.

Əfsuslar olsun ki, sözügedən bu barbar düşüncə sadəcə cəmiyyət daxilində təsirli deyil, dövlət idarəçiliyini də təsiri altına alıb. Nə yazıqlar ki, Ermənistanın Respublikaçılar Partiyasının nizamnaməsində deyilir: “Partiyamızın əsas ideologiyası Qaregin Njdenin təlimi üzərində qurulmuşdur”. Bu bir partiyanın düşüncəsidir,  burada nə var ki, deyə bilərsiniz. Lakin bu partiya uzun illər Ermənistanda iqtidarda idi və Njdenin düşüncəlirini Qarabağda uygulamada göstərmişdilər.  İndi isə məqaləmizin adını yenidən oxuyun.

Tseqakron - ermənicə iki sözün - irq və din kəlmələrinin birləşməsidir. Diğər bir mənası isə “irqin saflığı, tanrıdan xüsusi tapşırıq və s”. Başqa bir ifadə ilə, bir növ erməni nasizmi. İndi Nikol Paşinyandan soruşmaq lazım, sən kimin abidəsini qorumaq istəyirsən?!

Aydın İBRAHİMOV
Egey Universiteti
 Beynəlxalq Əlaqələr kafedrasının professoru
Türkiyə, İzmir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ