Cümə axşamı günü, 05 noyabr 2026
     

Almaniya televiziyasında şok ittiham - erməni mafiyası Ermənistan hakimiyyəti ilə bağlıdır

Image


Almaniyanın MDR ictimai televiziyası bu ölkədə erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb və sənədli film efirə verilib.

“Trend”-in məlumatına görə, müəllifləri Aksel Hemmerlinq (Axel Hemmerling) və Lüdviq Kendzia (Lüdwig Kendzia) olan məlumatlarda müxtəlif illərdə Türinqen federal torpağının Veymar, Erfurt və Ayxsfeld şəhərlərində erməni mafiyasının iştirakı ilə baş vermiş silahlı qarşıdurmalar, habelə müxtəlif mafiya klanları arasındakı uzunmüddətli münaqişələrdən bəhs olunur. Qeyd olunur ki, Almaniyanın müxtəlif regionlarının yerli hüquq-mühafizə orqanlarının 58 000 səhifəlik sənədlərinin araşdırılması nəticəsində sözügedən silahlı qarşıdurmaların bir-birindən ayrı cinayət hadisələri deyil, mafiya klanları arasında uzun müddətdən bəri davam edən “müharibələrin” təzahürləri olduğu məlum olub.

Sözügedən atışmalarda müxtəlif mafiya başçılarının iştirakının müəyyən edildiyi, Berlin və Şərqi Almaniyada yerləşən erməni mafiya qruplarının Belçika və Fransadakı “qanuni oğrular” tərəfindən idarə olunduğu, postsovet məkanında (Rusiya, Ermənistan, Gürcüstan, Ukrayna) fəaliyyət göstərən tanınmış “qanuni oğrular”ın vasitəçilik səyləri ilə erməni mafiya qruplarının cəlb olunduğu münaqişələrdə nisbi “sülhə” nail olunduğu qeyd olunur.

Erməni mafiya klanlarının iştirakı ilə 2013 və 2014-cü illərdə müvafiq olaraq Veymar və Erfurt şəhərlərində baş vermiş insidentlərin kökündə milyonlarla avro dəyərində olan avtomobil biznesi, eləcə də Almaniyadan Polşaya daşınan oğurluq avtomobillərin orada hissələrə bölünməsindən sonra yenidən Almaniyaya gətirilərək satılmasına nəzarət uğrunda gedən mübarizənin dayandığı göstərilir.

Ayxsfeld şəhərindəki hadisələr isə 20 ildən artıq bu şəhərdə yaşayan və Almaniya, Fransa, Belçika və Ermənistanda geniş qohumluq əlaqələrinə malik bir erməni sülaləsinin daxilində olan qarşıdurmaların nəticələri kimi təqdim olunur. Ailədaxili çəkişmələrin hələ 2005-ci ildə ölümlə nəticələnən qanlı toqquşmalarla başlandığı, 2017 və 2018-ci illərdə yenidən qanlı toqquşmalarla müşayiət edildiyi, polis tərəfindən bununla bağlı bir neçə əməliyyatın keçirildiyi və həbslərin baş tutduğu vurğulanır. Hüquq-mühafizə orqanlarının daxili sənədlərinə istinadən bildirilir ki, sözügedən ailə Belçika və Almaniya arasında avtomobil ticarətini həyata keçirir və Almaniyanın Türinqen, Saksoniya və Saksoniya-Anhalt federal torpaqlarına gətirilən avtomobillərin içində qanunsuz olaraq narkotik maddələrin keçirildiyinə dair dəlillər mövcuddur. Klan üzvlərinin spirtli içkilərin qeyri-qanuni ticarəti ilə məşğul olduqları da bildirilir. Ayxsfelddə mövcud olan mafiya klanının 2013-2014-cü illərdə Veymar və Erfurtdakı silahlı qarşıdurmalarda iştirak edən mafiya klanları ilə əlaqəli olmadığı və tam müstəqil fəaliyyət göstərdiyi bildirilir.

27.11.2019 tarixində efirə getmiş “Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmdə (https://www.mdr.de/tv/programm/video-359496_zc-12fce4ab_zs-6102e94c.html) mütəşəkkil cinayətkarlığın “qanuni oğru” modelinin mahiyyəti və quruluşu barədə məlumat verilir, Almaniyada və Avropada bu tip mafiya quruluşuna malik olan erməni cinayətkar dəstələrdən bəhs olunur. Filmdə Almaniyada erməni mafiyasına qarşı həyata keçirilmiş FATİL əməliyyatı barədə məlumat verilir, Almaniyadakı erməni mafiyasının İtaliya mafiyası ilə “biznes” (saxta pul əskinasları, narkotik maddələrin ticarəti) əlaqələrinə dair faktlar təqdim olunur, yaxınlarda İspaniyada da erməni mafiyasına qarşı böyük əməliyyatın həyata keçirildiyi qeyd edilir, erməni mafiya klanlarında güclü iyerarxiyanın olduğu və bu şəbəkələrin qanunsuz miqrasiya yolu ilə daim genişləndirildiyi bildirilir.

Filmdə, həmçinin, Ermənistanın on illərdən bəri korrupsiya ölkəsi və kleptokratiya olduğu, erməni mafiya başçılarının Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəli olduqları və yeni hakimiyyətin “qanuni oğrulara” qarşı müharibə elan etdiyi bildirilir.

Filmdə prof. Avetis Sadoyan kimi təqdim olunan 10 il əvvəl Almaniyada sığınacaq tapmış siyasi qaçqına da söz verilir. O, Ermənistan cəmiyyətində cinayətkarlığın geniş vüsət almasından və kleptokratiyanın adi vətəndaşlara mənfi təsirlərindən danışır. Bildirir ki, vətəndaşlar adətən uğurlu insanlardan örnək götürür və Ermənistanda belə uğurlu insanlar məhz cinayətkar ünsürlərdir. Qeyd edir ki, bir araşdırmanın nəticələrinə görə, Ermənistanda kişilərin 95%-i öz nitqlərində cinayətkar jarqondan istifadə edirlər. O, Ermənistanda baş vermiş “inqilabın” sözügedən mentalitetə son qoymasına çağırış edir. A.Sadoyan eyni zamanda mafiya strukturları vasitəsilə Ermənistandan milyardlarla pulun çıxarıldığını iddia edir və Almaniyanın hüquq-mühafizə orqanlarını həmin pulların Ermənistan əhalisinə geri qaytarılması üçün yardım etməyə çağırır.

Filmdə, eyni zamanda, Ermənistandakı “inqilabın” Almaniyada çox şeyi dəyişmədiyi və bu xüsusda Aşot Smbatyanın 2015-ci ildən bəri Ermənistanın bu ölkədəki səfiri olaraq qaldığı bildirilir. A.Smbatyan “hiyləgər insan” adlandırılır.

Bildirilir ki, Erfurtdakı atışma (2014-cü il) və MDR-in bu barədə məlumat verməsindən dərhal sonra o, gözlənilmədən Türinqenə səfər edib və səfər zamanı bu torpağın baş naziri ilə yanaşı, təkidli sorğusu əsasında daxili işlər naziri ilə də görüş keçirib və ona Türinqen torpağı və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq təklif edib. Məlumat verilir ki, erməni səfirin bu hərəkətləri Almaniyanın Federal Kriminal İdarəsi (BKA) və Türinqen Torpağının Kriminal İdarəsi (LKA) tərəfindən həyəcanla qarşılanıb. Səfirin öz hərəkətlərini ictimaiyyət qarşısında müzakirə etmək istəmədiyi və həmçinin MDR və Der Spiegel KİV-lərini məhkəməyə verdiyi (bax: SBRL/1437/19 saylı, tarixli məktubumuz) və bu məhkəmə prosesinin hələ də davam etdiyi barədə məlumat verilir.

Qeyd edək ki, MDR televiziyası və Der Spiegel jurnalı Almaniyada mövcud olan erməni mafiyasının fəaliyyətini birgə araşdırırlar və ötən ilin noyabrından bəri bu mövzuda məlumatlar dərc edirlər. Məlumatlarda, o cümlədən, Ermənistanın Almaniyadakı səfiri A.Smbatyanın da mütəşəkkil cinayətkarlıqla əlaqələrinin olduğu qeyd edilib. Eyniadlı sənədli film hələ bir il əvvəl, 07.11.2018 tarixində efirə getməli idi və o zaman Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən filmdə erməni səfiri barədə verilən faktların yoxlanılmasınadək filmin efirə getməsi müvəqqəti olaraq qadağan edilib. Film, görünür, hazırda erməni səfiri barədə səsləndirilməli olan faktların ixtisar olunduğu formada efirə verilib.

Filmdə, həmçinin, erməni mafiyasının ictimaiyyətə yaxşı məlum olan üzvləri barədə məlumat verilir. Peşəkar boksçular Murat Karo və Artur Abrahamın adının istintaq sənədlərində hallandığı qeyd edilir, Bundestaqın deputatları Albert Vayler və Manfred Qrundun (Qeyd: hər iki deputat Ermənistanın lobbiçisi və Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısındadırlar), eləcə də Ermənistan səfirinin iştirakı ilə Almaniya-Ermənistan Forumunun yaradılması mərasimində, habelə sözügedən deputatların dəvətilə Almaniyanın bölgələrində Ermənistan səfiri ilə birlikdə keçirilən tədbirlərdə yuxarıda sözügedən cinayətkar ünsürlərin iştirak etmələri barədə faktlar təqdim olunur. Hər iki deputatın Bundestaq ofislərində erməni əməkdaşlarının çalışdığı (Qeyd: A.Vaylerin ofisində Alla Serobyan, M.Qrundun ofisində isə Andronik Aslanyan çalışır), bunlardan birinin daşınmaz əmlak biznesi ilə məşğul olduğu (Qeyd: M.Qrundun əməkdaşı A.Aslanyanın Elase Real Estate adlı daşınmaz əmlak şirkəti mövcuddur) bildirilir.

Filmdə müsahibə verən Bundestaqın deputatı, Almaniya-Ermənistan Forumunun prezidenti A.Vayler Foruma birbaşa toxunmadığı üçün erməni mafiyası mövzusunun Forum daxilində rəsmi olaraq müzakirə olunmadığını, amma sözügedən xəbərlərə dair Ermənistan səfiri ilə söhbət etdiyini və ona Forum üzvlərindən kiminsə cinayət törətdiyi bəlli olarsa, araşdırmalara və həmin şəxsin Almaniyadan deportasiya olunmasına yardım edəcəklərini bildirdiyini qeyd edir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ