Cümə axşamı günü, 05 noyabr 2026
     

NATO-Rusiya ali rəhbərlərinin Bakı görüşünün böyük sirlərindən biri açıldı – NATO generalının etirafları... Bakıda yeni görüş olacaq...

Image


NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Volters Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla gələn ilin əvvəlində görüşəcəyini bildirib. Görüş məkanı kimi bu dəfə də Azərbaycan paytaxıtının seçilməsi istisnalıq təşkil etmir.

Düzdür, görüş məkanı ilə bağlı tərəflər razılığa gəlməsə də, artıq Rusiya və NATO-nun yüksək rütbəli hərbçilərinin görüş məkanı kimi Bakını seçməsi ənənə halını alıb. Elə Tod Volters özü də artıq Bakıda Valeri Gerasimovla görüşüb. Onların ilk görüşü 2019-cu ilin iyulunda Bakıda olub. Həmin vaxt tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər. Bununla yanaşı, Avropada və dünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparılıb. Tod Volters Bakı görüşlərinin tərəflər üçün mühüm əhəmiyyət kəsb etdyini vurğulayır. Onun sözlərinə görə, son aylar ərzində Rusiya Avropada və Aralıq dənizində Amerika hərbi gəmilərini, təyyarələrini narahat etmir. General vurğulayır ki, Rusiya təyyarələri əvvəlki kimi ABŞ və müttəfiqlərinin hərbi gəmilərini, təyyarələrini müşahidə edir: “Lakin son 90 gün ərzində bizim aramızda dənizdə və havada bir dəfə də olsun qeyri-peşəkarlıqla müşayiət olunan insident baş verməyib”. O vurğulayır ki, Valeri Gerasimovla Bakıda apardığı ilk şəxsi danışıqlarda bu barədə anlaşma əldə olunub: “Rusiya təyyarələrinin ABŞ hərbi gəmiləri üzərində olduqca aşağıdan uçması və ya Amerika təyyarələrinə təhlükəli həddə yaxınlaşması, risqli manevrlər etməsi mənim general Gerasimovla məsləhətləşmələrimin aparıcı mövzusu idi. O da bundan narahat idi, mən də. Danışıqların nəticəsi havada və ya dənizdə belə qeyri-peşəkar hərəkətlərin sayının sıf;ra endirilməsi oldu”. Bunlar isə generalların Bakı görüşlərinin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini aydın göstərir.

Ekspertlər bildirir ki, Azərbaycan rusiyalı və amerikalı generalların görüşərək normal şəraitdə danışıqlar aparacağı ən münasib, neytral və əlverişli məkandır. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə normal, sürətlə inkişaf edən və tərəfdaşlığa söykənən siyasətin yürüdüldüyü məkan kimi də qəbul edilir. Azərbaycan nə NATO-nun, nə də “MDB NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyalı hərbi-siyasi ekspert Oleq Kuznetsov da Bakının görüş məkanı kimi seçilməsinin təsadüfi olmadığını vurğulayır: “Bakının dünya arenasında rolu hər gün daha da artır. Bu, Azərbaycana olan etimadın göstəricisidir. Üstəlik, bu məsələdə ölkənin müstəsna coğrafi mövqeyi, Asiyanın bütün regional yaralı nöqtələrinə, yəni  İran, İraq, Suriya, Fars körfəzinin kiçik ölkələrinə və Səudiyyə Ərəbistanına yaxınlığı da rol oynayır. Tərəflərin Azərbaycandan qərəzsiz platforma kimi istifadə etməsində bu ölkənin heç bir bloka qoşulmaması, Rusiya və onun KTMT müttəfiqləri, xüsusən Belarusla olduğu kimi, həmçinin ABŞ-ın NATO müttəfiqləri Türkiyə, Almaniya və İtaliya ilə, Vaşinqtonun müstəqil və əsas strateji müttəfiqi sayılan İsraillə hərbi-texniki sahədə çoxvektorlu əməkdaşlığı da öz rolunu oynayır. Bakı rus və amerikalı hərbi ekspertlərin danışıqlar aparması üçün qarşılıqlı anlaşma və konstruktiv dialoq naminə əlverişli atmosferə malik rahat məkan reputasiyası formalaşdırıb. Bütün bunlar olmasaydı, çətin ki, iki supergücün əsas hərbi rəhbərləri mütəmadi olaraq Bakıda görüşərdi. Onların ünsiyyətində kiçik bir qüsur olsaydı, o zaman keçmiş uğursuzluqları xatırlamamaq üçün danışıqlar məkanını dəyişərdilər”.

Bu arada xatırladaq ki, sonuncu dəfə yüksək səviyyəli NATO-Rusiya hərbi dialoqu Bakıda ötən ay baş tutub. Rusiya Baş qərargahının rəisi Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Stüart Piiçlə danışıqlar aparıb. Ekspertlər bütün bunları vacib sayır. Məsələ burasındadır ki, hazırda dünyanın müüxtəlif bölgələrində nüfuz və maraq müharibəsi davam edir. Beynəlxalq ekspertlər də yeni dünya müharibəsinin addım-addım yaxınlaşdığı haqda həyəcan təbili çalırlar. Elə bu mənzərə fonunda dünyanı qlobal qəzadan xilas etmək üçün hərəkətə keçə biləcək, barışdırıcı, birləşdirici rolu üzərinə götürəcək qüvvəyə və bütün problemlərin müzakirə edilə biləcəyi məkana ehtiyac var. Bu qüvvə və məkan elə bir yer olmalıdır ki, bütün tərəflərlə uzlaşa bilsin, həmçinin, bütün tərəflərdə nüfuza sahib olsun. Azərbaycan məhz bu missiyanı üzərinə götürür. Azərbaycan təkcə regionda deyil, faktiki olaraq, dünyada təhlükəsizlik baxımından ən əlverişli məkan hesab oluna bilər. Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstan Rusiya üçün sərfəli deyil, Ermənistan isə, ümumiyyətlə, ən primitiv təhlükəsizlik tədbirlərinin belə öhdəsindən gəlmək gücündə deyil. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə, yəni həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Ölkəmiz regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Məhz bunlar fonunda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Volters ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun gələn ilin əvvəlində nəzərdə tutulan görüşünün yenə Bakıda təşkil olunacağı gözlənilir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ