28/01/2020 10:28
728 x 90

Azərbaycan regionda Rusiyanın strateji müttəfiqinə çevrilmək üçün konkret nə etməlidir...

img

Beynəlxalq münasibətlər sistemində ölkələr arasında münasibətlərin göstəricisi müəyyən  politoloji terminlərlə ifadə olunur. Bunların sırasına strateji müttəfiq, strateji tərəfdaş və  başqalarını aid edə bilərik. Azərbaycanın da bir çox ölkə ilə belə münasibətləri var.

Məlumdur ki, bizi qonşumuz Rusiya ilə bir çox tel bağlayır. Hazırda da iki ölkə arasındakı münasibətlər bütün istiqamətlər üzrə normal məcrada davam edir, hətta ən yüksək səviyyədə olduğunu da demək olar. Ancaq buna baxmayaraq, bizimlə Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirilir. Yəni biz Rusiya ilə hələ ki, münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdıra bilməmişik. Ancaq Ermənistanla Rusiya strateji müttəfiq sayılır. Ola bilər ki, bu, Ermənistanın Rusiya ilə KTMT və Avrasiya İqtisadi İttifaqı kimi bloklarda təmsil olunmasına görədir. Azərbaycan həmin təsisatlarda təmsil olunmasa da, Rusiya ilə müttəfiqlik səviyyəsində münasibətlərə malikdir. Maraqlıdır, Azərbaycan regionda Rusiyanın strateji müttəfiqinə çevrilmək üçün konkret nə etməlidir?

  • Nəzakət Məmmədova: “Defakto Ermənistan forpost, Azərbaycan isə tərəfdaşlıqdan daha üstün statusdadır”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıqdan daha üstün statusa malikdir və son illərdə bu daha da inkişaf etməkdədir: “Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərləri, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada keçirdiyi ikitərəfli görüşlər, eləcə də Rusiya XİN başçısı Lavrovun Azərbaycana səfəri əhəmiyyətli hadisələr hesab oluna bilər. Baxmayaraq ki, deyure Ermənistan Rusiyanın müttəfiqi statusundadır, lakin defakto Ermənistan forpost, Azərbaycan isə tərəfdaşlıqdan daha üstün statusdadır. Faktiki olaraq, Rusiya və Azərbaycanın Təhlükəsizlik şuraları arasında 2020-2021-ci illər əməkdaşlıq planına dair razılaşmanın imzalanması iki ölkə arasında son illər imzalanmış ən diqqətəlayiq hadisələrdən biridir. Bu, qarşıdakı mürəkkəb dövrdə iki ölkə arasındakı Təhlükəsizlik şuralarının səlahiyyətlərinə daxil olan məsələlərdə ümumi yanaşmanın, əlaqələndirilmiş fəaliyyətin təminatçısıdır.

Cənubi Qafqaz və ümumilikdə, keçmiş sovetlər birliyinə daxil olan məkan həlledici bir dövrə qədəm qoyur. Burada iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və siyasi xəttin uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Lavrovun səfəri çərçivəsində Rusiya və Azərbaycan xarici siyasət idarələrinin 2020-ci ilə dair məsləhətləşmə planını imzalaması gələn il ölkələrimizin regional problemlərə məsləhətləşmiş, koordinasiyalı yanaşma ortaya qoyacağını göstərir. Artıq Rusiya Ermənistanı öz orbitində saxlamaq iradəsini qətiyyətli şəkildə ortaya qoyub, Azərbaycanla hər iki ölkənin milli maraqlarına əsaslanan münasibətləri inkişaf etdirməyə nail olub. 2020-ci ildə Rusiyanın regionda əsas problemi Gürcüstanda öz mövqeyinin möhkəmlənməsi və həll olunmamış münaqişələr, xüsusilə Dağlıq Qarabağda qondarma seçkilərdə Saakyan rejiminin saxlanması, yaxud onun Rusiyaya loyal şəxslə əvəzlənməsidir. Bu baxımdan Qarabağ münaqişəsinin həlli Rusiyanın da maraqları daxilindədir”.

Məhəmmədəli QƏRİBLİ 

Son xəbərlər