28/01/2020 11:37
728 x 90

Azərbaycanda “qohum-əqrəba bələdiyyəsi” yaradanlar da var imiş…

Famil İbrahimov: “Bir ailənin tam şəkildə seçkiyə qatılması ölkədə keçirilən bələdiyyə seçkilərində...”

img

Məlumdur ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində iştirak edəcək namizədlər də artıq bəllidir. Namizədlər arasında elələri var ki, onlar diqqəti daha çox cəlb edirlər. Məsələn, namizədlərdən bəzisi ailəlikcə seçkidə iştirak edəcək. Bakıda bir ailə var ki, bütün diqqətini bələdiyyə seçkilərinə yönəldib və həmin seçkilərə hazırlaşmaqdadır. Üstəlik, bütün ailə üzvləri ilə birlikdə, əsaslı şəkildə…

Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən, Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailəlikcə yaxından iştirak etmək fikrindədir. Belə ki, onun ailə üzvü və yaxın qohumları olan şəxslər öz namizədliyini irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni, bir növ, “ailə bələdiyyəsinə” çevrilə bilər. Beləliklə, üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd kimi R.Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumu qeydə alınıb. Yəni R.Cəfərov öz rəqiblərinə heç bir şans buraxmır. Namizədlər siyahısına baxan zaman yalnız Cəfərovları görmək olar.

Analoji hal Qaxda da qeydə alınıb. Belə ki, 112 saylı Qax seçki dairəsi ərazisində fəaliyyət göstərən bəzi seçki məntəqələrində ailəvi iştirakçılıq müşahidə olunur. Qum seçki məntəqəsinin sədri Qurbanov Hacıqurban Qasım oğlunun övladı Qurbanov Sərxan Hacıqurban oğlu Qum bələdiyyəsinə üzvdür və eyni məntəqədə səs toplamağa çalışacaq. Necə deyərlər, atası seçki günü öz oğlu üçün "əlindən gələni etməyə çalışacaq”.

Eyni zamanda, Çinarlı seçki məntəqəsinin sədri Əliyev Vahid Nəzir oğlunun qızı İsayeva Aytən Vahid qızı və onun həyat yoldaşı, yəni məntəqə sədrinin kürəkəni İsayev Rəşad İsa oğlu da eyni bələdiyyəyə namizəddirlər. Necə deyərlər, məntəqə sədri Vahid Əliyev seçki günü daha çox əziyyət çəkəcək, həm qızı, həm də kürəkəni üçün səs "toplamalı” olacaq.

  • “Hazırkı bələdiyyə sədri bələdiyyə büdcəsinin yetərli səviyyədə olmadığını dediyi halda, niyə təkrar namizəd olur, özü də ailəlikcə...”

32 saylı Suraxanı üçüncü seçki dairəsindən Əmircan bələdiyyəsi üzvlüyünə namizədliyini verən Famil İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında Əmircanda bir ailənin tam şəkildə bələdiyyə seçkilərinə hazırlaşdığını qeyd etdi: “Əmircan bələdiyyəsinin sədri Cəfərov Rafael Cəfər oğlu ilə paralel olaraq seçkidə ailə üzvləri də iştirak edəcəklər. R.Cəfərovun qardaşları Rizvan və Ramil Cəfərovlar bələdiyyə seçkilərinə hazırlaşırlar. R.Cəfərovun özü və qardaşları ilə yanaşı, qızı Cəfərli Gülyaz, həmçinin, onun bacısı Səadət Cəfərova da bələdiyyə sədri olmaq niyyətindədirlər. 32 saylı  Suraxanı üçüncü seçki dairəsi namizədliyini verən Cəfərli ailəsinin üzvlərini qeydə alıb. Bu məlumatlar Mərkəzi Seçki Komissiyasının bazasında da var”.

F.İbrahimov hesab edir ki, bir ailənin tam şəkildə seçkiyə qatılması ölkədə keçirilən bələdiyyə seçkilərində demokratik mühitin pozulmasına şərait yaradır: “Əmircanın mərkəzi küçələri yaxşı olsa da, qəsəbədaxili yollar bərbad gündədir. Məlumdur ki, mərkəzi küçələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmir edib. Ancaq qəsəbədaxili yollara isə Əmircan bələdiyyəsi cababdehdir. Əmircan bələdiyyəsi küçələri təmir etmək əvəzinə, sədr yenidən seçilmək həvəsinə düşüb, özü də ailəlikcə...

Məlumat üçün bildirim ki, Əmircanın daxili yolları  pis gündədir. Yağış yağan kimi Əmircan yolları palçıq əlindən keçilməz olur. Həmçinin, qoca, uşaqların, ümumiyyətlə, sakinlərin istirahəti üçün hər hansı bir şərait yaradılmayıb. Bu problemlərin həll olunması üçün bələdiyyəyə müraciət edəndə büdcədə vəsait olmadığını bəhanə edirlər. Maraqlıdır, bələdiyyənin büdcəsi sizi qane etmirsə, niyə təkrar namizədliyinizi verirsiniz? Qəsəbənin sosial problemlərini həll etmək potensialı yoxdursa, bu işi görən şəxslərə şərait yaratmaq lazımdır”.

Günel CƏLİLOVA 

Son xəbərlər