28/01/2020 11:12
728 x 90

Türkiyə ABŞ-ın sanksiyalarına cavab olaraq İncirlik və Kürecik bazalarını bağlayacaq(?)

img

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da Türkiyə əleyhinə sanksiya qərarı çağırışlarına münasibət bildirib.

Baki-xeber.com xəbər verir ki, Çavuşoğlu, ABŞ Türkiyə əleyhinə sanksiya qərarı verərsə, İncirlik və Kürecikin gündəmə gələ biləcəyini deyib.

“F-35 və S-400 arasında heç bir hüquqi və ya siyasi bağlılıq yoxdur. ABŞ bütün təkliflərimizə "yox" deyir. Bu yolla bir nəticə olmayacağını anlamalıdırlar. ABŞ müsbət yanaşırsa, biz də müsbət yanaşarıq. S-400 hücum sistemi deyil, müdafiə sistemidir. F-35 almasaq, alternativlərə baxmaq məcburiyyətindəyik. Rusiya bazarı da ola bilər, başqa bazarlar da” –  türk nazir deyib.

Xarici işlər naziri Çavuşoğlu ABŞ Türkiyə əleyhinə sanksiya qərarı verəcəyi halda İncirlik və Kürecikin də gündəmə gələ biləcəyini söyləyib: "İncirlik gündəmə gələr, Kürecik də gələr, hər şey gələr. Fərziyyələr üzərində danışmaq istəmirəm, Konqresin  deyil, rəhbərliyin verəcəyi qərar da önəmlidir. Bu vəziyyətdə ən pis ssenarini dəyərləndirib qərar verəcəyik".

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər komitələri aylarla davam edən müzakirələrdən sonra Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) üzərində razılaşıblar.

“Röyters” yazır ki, anlaşma mətnində Prezident Donald Trampa ediləcək çağırışda Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sisteminə görə F-35 döyüş təyyarələrinin satışının dayandırılması və sanksiya tətbiq ediməsi tələb edilir.

Layihədə Rusiya ilə hər cür hərbi əməkdaşlığın qadağan edilməsi, Türkiyəyə “Şimal axını 2” və “Türk axını” layihələrinə görə də sanksiya tətbiq edilə biləcəyi qeyd edilir.

Hər iki komitə tərəfindən razılaşdırılmış layihənin 2019-cu ilin sonuna qədər Konqresdən keçməsi və təsdiqlənmək üçün Prezident Trampa təqdim edilməsi gözlənilir. Tramp qərarı təsdiqləsə, layihə qanunilədiriləcək. Ancaq Türkiyəyə sanksiya tətbiq edilməsi çağırışına gəlincə, bu, prezidentin səlahiyyətindədir. Başqa sözlə, Senatın və Nümayəndələr Palatasının çağırışı məcburi deyil.

Son xəbərlər