Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda “Madrid prinsipləri” ajiotajı...

Image


Ermənistanda Dağlıq Qarabağ münaqişəsinə yanaşmada bu gün vahid mövqenin olmaması artıq heç kimə sirr deyil. Xüsusən də indiki hakimiyyətin konfliktin çözümü ilə bağlı fəaliyyəti nə beynəlxalq ictimaiyyətdə, nə də Ermənistanın özündə birmənalı qarşılanır.

İşğalçı ölkədə belə fikirlər səslənir ki, baş nazir Nikol Paşinyan Qarabağ konfliktinə dair ziddiyyətli açıqlamalar versə də, əslində pərdə arxasında başqa işlər görür. Ermənistan parlamentinin deputatı, Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan isə hətta iddia edir ki, Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır.

Onun sözlərinə görə, Nikol Paşinyanın Ter-Petrosyanın təklif etdiyi formata qayıtmaqdan başqa çıxış yolu yoxdur və bunun üçün əsaslı səbəblər var: “Danışıqlar uzun müddət davam edə bilməz, çünki danışıqlar zamanı yerində addımlamaq yox, irəliləyişə nail olmaq lazımdır. Bu gün Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nəzəri baxışı yoxdur və təbii ki, belə olan halda o, başqasının mövqeyi arxasınca getməlidir”. Xatırladaq ki, Ter-Petrosyan hələ 1997-ci ildə münaqişə bölgəsinin demilitarizasiyasını və 1992-1994-cü illərdə işğal edilmiş yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını nəzərdə tutan plan təklif edirdi. O, Rusiya mediasında bu xüsusda yazırdı: “Real olmaq və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətlə barışmayacağını anlamaq lazımdır. Çünki bu vəziyyət bölgədəki əməkdaşlığa, təhlükəsizliyə və Qərbin neft maraqlarına təhdid yaradır. Kompromisə getmək lazımdır. Əks halda biz kompromisə gedilməsi barədə xahiş edəcəyik. Kompromisdən imtina edilməsi və maksimalizm (mümkün olana yox, ən maksimala nail olmaq səyi) Qarabağın süqutuna və Ermənistandakı vəziyyətin pisləşməsinə aparan ən qısa yoldur”. Amma məsələyə belə yanaşma sonda onun devrilməsi ilə nəticələndi. Lakin ötən zaman Ter-Petrosyanın həm də haqlı olduğunu, məhz Qarabağ münaqişəsi üzündən Ermənistanın süqutunun sürətləndiyini üzə çıxarır. Bunu erməni diplomat Arman Melikyan da təsdiq edir. O bildirir ki, Ter-Petrosyanın yanaşmasını Bakı daha üstün formada “Madrid prinsipləri” ilə möhkəmləndirib:“Azərbaycan başa düşdüyü, bir sıra prinsipləri uyğunlaşdırdığı kimi öz mövqeyini “Madrid prinsipləri”nin ruhuna və məğzinə uyğunlaşdırıb”. O qeyd edib ki, Bakının bu günlərdə ATƏT-in Nazirlər Şurası üzvlərinə təqdim etdiyi sənədin “Madrid prinsipləri” ilə birbaşa ziddiyəti yoxdur: “Azərbaycan tərəfi deyir ki, bu ərazi bütövlüyünün qorunması kontekstində baş verəcəksə və Azərbaycanın suverenliyi ilə ziddiyət təşkil etməyəcəksə, Qarabağ öz müqəddəratını təyin edə bilər, bu öz müqəddəratını təyin etmə isə tanınacaq. Bu məsələ ətrafında hüquqşünasların mübahisəsi çox olub, lakin bu, böyük dərəcədə “Madrid prinsipləri”nə hər hansı mənada uyğun olan mövqedir”. Melikyanın sözlərinə görə, Azərbaycan 5-7 rayonun qaytarılması deyil, hər zaman bütöv Qarabağ ərazisinin qaytarılmasından danışıb. O vurğulayıb ki, “Madrid prinsipləri” qapalı gündəm təqdim edir.

Xatırladaq ki, “Madrid prinsipləri” hələ ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən nazirlər konfransında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdikləri saziş planıdır. Bu prinsiplər Praqa prosesində bərpa edilmiş və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilir. Bu, 1994-cü il atəşkəs sazişindən sonra münaqişə tərəfləri arasmda sülh danışıqları nəticəsində ortaya çrxan yeganə sənəddir. Prinsiplərə “mərhələli paket” sülh təklifi daxildir. Minsk Qrupu tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim edilmiş yenilənmiş “Madrid prinsipləri” də əsas etibarı ilə Bakının maraqlarına cavab verir. Ümumiyyətlə, yenilənmiş “Madrid prinsipləri” aşağıdakılardır: Dağlıq Qarabağın ətraf ərazilərinin Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə hüququnu təmin edən müvəqqəti statusun verilməsi; İradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi; Bütün məcburi köçkünlərin və qaçqınlarən öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ; Sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanəti. Bakı müəyyən dəyişikliklərlə münaqişənin bu prinsiplər əsasında həllini mümkün sayır. Sadəcə, Ermənistan hələ də prosesin irəliyə doğru getməsinə maneə yaradır. Amma Arman Melikyan qeyd edir ki, “Madrid prinsipləri” yenidən dövriyyəyə qayıdır.

Bütün bunlar bu qənaətə gəlməyə əsas verir ki, danışıqlar prosesi “Madrid prinsipləri” əsasında gedir, yəni Azərbaycanın lehinə olan istiqamətdədir. Sadəcə, indi əsas məsələ Ermənistanın danışıqlarda əldə ediləcək razılıqlara nə dərəcədə əməl edəcəyidir. Aydındır ki, İrəvan müvafiq addımlar atmayacağı təqdirdə məsələnin həlli başqa istiqamətə yönələcək. Bu isə iki cəhətdən Ermənistan üçün sərfəli sayılmır. Əvvəla, Ermənistan Azərbaycanın sərt hərbi zərbəsi ilə üzləşməli olacaq. İkinci bir tərəfdən dünya ictimaiyyətinin, o cümlədən vasitəçilərin İrəvana təzyiqləri artacaq. Çünki dünya da Qarabağ məsələsində dinc müstəvidə müəyyən irəliləyişlərin olmasını istəyir. Amma Ermənistanın buna maneə yaratması beynəlxalq ictimaiyyətin, o cümlədən Minsk Qrupu  həmsədlərinin özləri üçün də məqbul deyil. Erməni hərbi ekspert David Camalyan isə bildirir ki, Qarabağ məsələsində danışıqlar yolu ilə nəticə əldə olunmasa, Ermənistanı böyük problemlər gözləyir. Onun sözlərinə görə, Ermənistan təkcə Qarabağ üzərində nəzarəti itirməyəcək. O iddia edir ki, Qarabağda hərbi əməliyyatların başlaması Ermənistanın indiki ərazilərindən qopmaların olması ilə də nəticələnə bilər. Burada ekspert ilk növbədə Mehri dəhlizinin adını çəkir. Onun sözlərinə görə, Ankara və Bakının strateji hədəfi Mehrini geri qaytarmaqdan ibarətdir: “Rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək. Biz isə hazırda illüziyalar qurmaqdayıq. Ermənistan tərəfi hər cür ssenariyə hazır olmalıdır. Qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan Rusiya ilə də uğurlu siyasət yürüdür. Kremlə bu gün öz böyük layihələrində Azərbaycanın iştirak etməsi vacibdir. Bakı isə öz növbəsində bunu anlayır və Qarabağ məsələsində maksimum irəliləməyə çalışır. Bütün bunlar davam edərsə, bu bizim üçün qəbuledilməz bir ssenaridir.” Qeyd edək ki, ermənilərin Qafqazda özlərinə dövlət qurmaları üçün Azərbaycanın İrəvan xanlığının ərazisi və İrəvan şəhəri ermənilərə 29 may 1918-ci ildə Azərbaycan parlamentinin qərarı ilə verilib. Mehri, Qafan, Gorus, Dərələyəz və Göyçə ərazisi 1920-ci ildə Ermənistana birləşdirilib. Həmçinin, 1923-cü ildə Dağlıq Qarabağ muxtar vilayəti yaradılıb və Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərə Azərbaycan ərazisində əlavə muxtariyyət də verilib. Digər tərfdən Zəngəzurun, Mehrinin Ermənistana verilməsi ilə türk dünyası arasında birbaşa coğrafi bağlar da itib. Bu məsələyə Prezident İlham Əliyev cari ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda baş tutan Zirvə Görüşündəki çıxışında da toxunub: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı”. İndi bu yanaşma fonunda Ermənistanda ehtiyat edirlər ki, yeni Qarabağ savaşı başladıqda Rusiya İrəvana hansısa formada dəstək göstərməsə, böyük türk dünyası arasında birbaşa coğrafi bağlar bərpa oluna bilər.

Düzdür, Azərbaycan Ermənistandan hansısa ərazi qoparmağa hazırlaşmır. Sadəcə, beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü bərpa etmək istəyir. Ermənistanın bu məsələnin sülh yolu ilə həllinə maneə yaratması isə, yuxarıda səslənən fikirlərdən də aydın göründüyü kimi, düşmən ölkənin özünün böyük problemlər məngənəsində qalması deməkdir. Erməni politoloq Hayk Martirosyan da məsələnin bu tərəfinə diqqət çəkərək qeyd edir ki, Paşinyan iqtidarı Qarabağ məsələsində artıq konkret mövqe sərgiləməlidir:“Əks təqdirdə Ermənistan rəhbərliyi yeni savaşın ölkəmiz üçün nə ilə nəticələnəcəyini yaxşı bilməlidir. Ermənistan yeni savaşa hazır deyil, nə ordumuz, nə də iqtsaidiyyatımız buna imkan verir. Hakimiyyət sözlərlə manevr etməyə, “Madrid prinsipləri”ndən yayınmağa cəhd etsə də, istənilən halda bu prinsipləri heç kim ləğv etməyib. “Madrid prinsipləri” gündəlikdə qalmaqda davam edir. Ona qarşı çıxıldığı halda müharibə həmişə bizi təhdid edəcək. Azərbaycan münaqişəni hərb yolu ilə həll etməkdən heç vaxt imtina etməyib”.  Beləliklə, aydın görünür ki, yaranmış durumda Azərbaycanın ardıcıl şəkildə öz hərbi gücünü artırması da Ermənistanda böyük təşvişlə qarşılanır. Burada hesab olunur ki, Bakı məsələnin güc yolu ilə də həllinə ciddi hazırlıq görür. Bunun əvəzində isə İrəvanın yarıtmaz daxili və xarici siyasəti Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır. Yeni  Qarabağ savaşının başlanması isə, sadəcə, bu problemlərin miqyasını daha da genişləndirəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ