09/04/2020 05:19
728 x 90

MSK üç partiyanın sənədlərini qeydə aldı

img

Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 10-da keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.

“Trend”in məlumatına görə, MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.

Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.

Son xəbərlər