Cümə axşamı günü, 05 noyabr 2026
     

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Image


Bildiyimiz kimi, Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təntənəli qeyd edir. Çox qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri davam edən ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan duyğularla keçirir.

Bu ənənəvi Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı ildən-ilə daha geniş vüsət alır, ürəklərdə vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir həmvətənimiz tərəfindən güclü dəstək alır. Birinci dəfə həmrəylik və birlik eşqi ilə dillərə düşən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.

Ənənəvi bayram Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha sübuta yetirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlarının həmrəylik və birlik günü haqqında" qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın yeni tarixində ən mühüm sənədlərdən biridir. Tarixi sənəddə deyilir ki, çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun torpaqları zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən alınıb. Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ilə Azərbaycan xalqı və onun tarixi torpaqları parçalanaraq Rusiya ilə İran dövlətləri arasında bölünüb.

Lakin dəfələrlə tarixi ədalətsizliyə məruz qalsa da, milli dövlət institutları ləğv edilsə də, Azərbaycan xalqı müstəqillik yolunda öz mübarizəsini dayandırmamışdır. İyirminci yüzilliyin əvvəllərində yaranmış mürəkkəb tarixi şəraitdə müstəqilliyini bərpa etmək üçün xalqımız mühüm addımlar atıb. İmperiya zülmündən azad olan Quzey Azərbaycan 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlətini – Azərbaycan Demokratik Cümhuriyyətini yaratdı. Çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüzə - bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Beləliklə, qanuni hakimiyyət zorakılıqla devrildi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoyuldu. Demokratik qüvvələrin əksəriyyəti repressiyaya məruz qaldı, xalqın bir qismi isə mühacirət etməyə məcbur oldu.

Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışdır. İmperiya siyasəti dünya azərbaycanlılarını bir-birindən təcrid etmək məqsədilə pantürkizm məfhumunu Şərq aləmində təhlükəli bir ideya kimi təqdim edərək, dünyada və Sovetlər İttifaqında yaşayan türkdilli xalqlar arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi sərhəd çəpərləri Azərbaycan xalqını parçalamışdır. Bütün bunlara baxmayaraq, azərbaycanlılar milli dövlət, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər.

Ötən əsrin 90-cı illərindən başlayaraq, xalqın milli özünüdərki güclənmiş, ictimai həyatın demokratikləşməsi istiqamətində xalq hərəkatı genişlənmişdir. Naxçıvan Muxtar Respublikasında demokratik qüvvələr milli birlik və müstəqillik ideyası ətrafında birləşərək siyasi və ictimai birliklər yaratmışlar. 1989-cu ilin dekabrında Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul edildi.

Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ Sərhəd Qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq, Naxçıvanda "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirildi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Muxtar Respublikada geniş qeyd edildi.

Doğulduğum kənd Araz çayının qırağında olduğu üçün, uşaqlıq dövründə tikanlı məftillərin niyə çəkildiyi, rus sərhədçilərinin bizi Araz çayına hansı səbəbdən buraxmadıqları ilə çox maraqlanırdım. Qoca nənəm həmişə deyərdi ki, Arazın o tayında yaşayanlar da bizim millətdir, sadəcə, onlarla bizi ruslar ayırıb. Onun savadı yox idi, ancaq sonradan gördüm ki, bu millətin taleyinə düşən ayrılıq, ikiyə bölünməyin səbəbini nənəm tam izah edə bilməsə də, bir sadə cümləsi ilə millətin faciəsinə səbəb olan tarixi hadisənin əsl səbəbkarlarına düz işarə edib. Nənəmin qəlbində olan Cənub həsrətində milli ayrılıqdan daha çox doğma insan itkisinin üzüntüsü yaşayırdı. O həmişə deyirdi ki, "Qaçaquş" vaxtı doğma bacım o tayda qaldı. Yaşlı nəslin nümayəndələri bilir ki, keçən əsrin əvvəlində ermənilərin Naxçıvana etdiyi basqın vaxtı əhalinin, xüsusilə də qadınların bir hissəsi düşməndən qorunmaq üçün Arazı keçərək Cənuba sığınıb. Məhz "Qaçaquş" adı da həmin vaxtdan qalıb və nənəm o hadisələr zamanı bir bacısını itirib. Bu həsrəti savadlı insanlar milli faciə kimi, savadsızlar isə doğmalarının itkisi kimi dəyərləndirsə də, mahiyyət etibarilə heç nə dəyişmir. Nəticədə ürəyimiz hələ də Cənub həsrəti ilə sızlamaqdadır. Həmin vaxt 13 yaşım vardı. Naxçıvanda Milli Azadlıq Hərəkatının dalğası öz pik həddinə çatdı, hətta gedən proses böyük bir imperiyanın sərhədlərinin sökülməsi ilə nəticələndi. Naxçıvanın sərt qışına baxmayaraq, o taylı-bu taylı əhali bir-birilə danışmaq, görüşmək üçün Arazın qırağına axın edirdi. Öz itkin düşmüş doğmalarını soraqlaşaraq tapanlar, qışın soyuğuna baxmayaraq, özlərini suya ataraq bir-birilə görüşmək istəyirdilər. Hətta həmin hadisələr zamanı istər bizim vətəndaşlarımızdan, istərsə də cənublu qardaşlarımızdan bir neçə nəfər suda boğularaq dünyasını dəyişdi. Bir az əvvəl haqqında söhbət etdiyim nənəm də soraqlaşıb öz bacısı haqda məlumat əldə etdi, ancaq təəssüflər olsun ki, o, dünyasını dəyişmişdi. İtkin düşən və sonradan rəhmətə gedən bacısının övladları ilə görüşəndə nənəmin hansı hisslər keçirdiyi hələ də yadımdan çıxmır. Məhz onda mən millətimizin hansı iztirabı çəkdiyini anlamağa başladım.

Mən yaxın tariximizdə Naxçıvanda cərəyan edən hadisələri təsadüfən yada salmadım. Bəli, milli birliyimizə və həmrəyliyimizə gedən yol, bu istiqamətdə aparılan dövlət siyasətinin əsası məhz Naxçıvanda qoyulduğu üçün bunu etdim. Danılmaz faktdır ki, istər sərhədlərin sökülməsi, istərsə də 31 dekabrın Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi daxil olması prosesi ilə bağlı siyasi qərar da məhz dahi siyasətçi Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi tərəfindən verildi.

Dünya azərbaycanlılarının təşkilatlanmağa başladığı ilk illərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni və ermənipərəst qüvvələrin apardığı qeyri-obyektiv təbliğatın ifşası, Azərbaycan həqiqətləri ilə bağlı doğru informasiyanın yayılması Azərbaycan diaspor qurumlarının qarşısında dayanan əsas vəzifələrdən biri kimi qəbul edilib.

Prezident İlham Əliyev bütün tədbirlərdə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündən, Dağlıq Qarabağ münaqişəsi ətrafında ermənipərəst qüvvələrin apardığı təbliğatın mahiyyətindən geniş söhbət açır. Azərbaycan Respublikasına qarşı hər hansı formada təcavüzün qarşısının alınması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi, milli maraqların müdafiə olunması hər bir Azərbaycan icmasının və xaricdə yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsi kimi dəyərləndirlir.

Dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın maraqlarının qorunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə lazımi şəkildə çatdırılmasında xaricdəki diaspor təşkilatlarımızın qarşısında bir sıra mühüm vəzifələr durur. İlk növbədə, dünyada yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmlənməsinə ehtiyac var. Vətənləri ilə bağlı olan soydaşlarımız özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda, Azərbaycan dövləti onlara daha böyük dəstək verə biləcək. Dövlətimizin başçısı İlham Əliyevin bu xüsusda həmvətənlərimizə belə bir müraciəti var: “Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu çox yaxşı olar.”

Yeni tarixi şəraitdə diaspor təşkilatlarımızın qarşısında duran vacib vəzifə Azərbaycan reallıqlarını, ilk növbədə, Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırmaqdan ibarətdir. Biz informasiya dövründə yaşayırıq və informasiyanın əhəmiyyəti getdikcə artır. Biz buna hazır olmalıyıq. Lakin etiraf etmək lazımdır ki, bizim zəif yerlərimizdən birincisi xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdırsa, ikincisi isə xarici media qurumları ilə Azərbaycan diaspor təşkilatlarının öz işini lazımi səviyyədə qura bilməməsidir. Bizim xarici mediaya çıxışımız çox məhduddur. Bu sahədə əsaslı dönüş yaratmaq üçün təbliğat işimizi daha da təkmilləşdirməliyik.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ