Cümə axşamı günü, 05 noyabr 2026
     

Beynəlxalq arenada yeni qəti rəy – Ermənistan üzündən 2019-cu il itirildi və Qarabağ müharibəsinə doğru bir addım da atıldı...

Image


Başa çatmaqda olan cari il ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyiş olmadı. Amma real təhlillər göstərir ki, indiki vəziyyətin uzun müddət davam etməsi də qeyri-mümkündür və Azərbaycan işğal siyasətinin davamına yol vermək niyyətində deyil. Bunu artıq erməni tərəfi də açıq şəkildə etiraf edir.

Erməni mediası yazır ki, əslində, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi məlumdur. Bu mövqe sonuncu dəfə xarici işlər nazirlərinin Bratislava görüşündən əvvəl açıqlanıb. Azərbaycanın tələbləri aşağıdakılardır:
1) Ermənistan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və ətraf ərazilərini tərk etməsi; 2) Azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıtması; 3) Bundan sonra Qarabağın statusunun təyin edilməsi.  Tələblərin sonunda Azərbaycan digər variantlarla razılaşmadığını olduqca qəti bir şəkildə əlavə edib. Artıq neçənci gündür ki, erməni mediası və rəsmiləri bu bəyanata kəskin reaksiya verməklə yanaşı, müharibə ilə bağlı qorxularını dilə gətirməyə məcbur olur və məsələni müxtəlif istiqamətlərdən təhlil etməyə çalışırlar. Bu xüsusda “armenianreport” portalı yazır: “Bəllidir ki, Ermənistanda və ya dünyanın heç bir ölkəsində belə bir həll yoluna razılıq verən hər hansı bir erməni yoxdur. Lakin bu da bir həqiqətdir ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşüb və bəzi məsələləri müzakirə ediblər. Bununla da iki çox təbii sual ortaya çıxır:
1) Bir tərəfin mövqeyi aydın və bu şəkildə qətidirsə, nə ətrafında danışıqlar aparılır?
2) Ermənistan tərəfi bu sərt mövqeyə qarşı hansı əks arqumentləri qoyur? Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, “atəşkəs rejimi etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi” haqqında, həmçinin “xalqları sülhün bərqərar edilməsinə hazırlamaqda əldə edilən təvazökar nəticə” kimi nəzərdən keçirilib.  Amma Ermənistan cəmiyyətində hər hansı bir layihənin müzakirə edildiyi, Azərbaycanın yuxarıda göstərilən tələblərinə cavab verəcək konkret mövqe yoxdur. Bunun əksinə inandırmaq üçün, yəqin ki, eyni dərəcədə Ermənistan tərəfinin də danışıqlardakı mövqeyini əks etdirən açıqlamalarını bilməliyik. Ermənistan xarici işlər nazirinin Bratislavada 26-cı ATƏT Nazirlər Konfransı çərçivəsində Qarabağda yaşayan əhalinin “öz müqəddəratını təyin etmə və təhlükəsizlik” hüququnu vurğulayan çıxışı bu baxımdan kifayət deyil. Azərbaycan dəqiq bir plan açıqlayır, Ermənistan isə yalnız şərtləri irəli sürür”. Bundan başqa qeyd olunur ki, Azərbaycan, şərtlərinə əməl olunmayacağı təqdirdə, məsələni güc yolu ilə həll etmək üçün də kifayət qədər hazırlıq görüb.

Elə rusiyalı ekspert Aleksey Fenenko da məsələyə eyni prizmadan yanaşır. Bu xüsusda o qeyd edir: “2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında qaçırılmış il oldu. Qorxuram, tarix artıq neçənci dəfə eyni şeyi təkrarlasın. Dəyişiklik olmasa, yeni Qarabağ savaşına şahidlik edə bilərik. Gücünə güvənən Azərbaycan əraziləri üzərində nəzarəti bərpa etməkdə israrlıdır”. Onun sözlərinə görə, müharibə baş versə, bunun məsuliyyətini Ermənistan daşıyacaq. Ekspert qeyd edir ki, İrəvan Qarabağ münaqişəsinin nizama salınması prosesinə ikinci dərəcəli məsələləri daxil etməyə çalışır, xüsusilə, etimad mühitinin formalaşdırılması kimi humanitar məsələləri: “Doğrudur, bu təəccüblü deyil. Son 30 ildə erməni tərəfi münaqişənin həlli ilə bağlı heç bir təklif irəli sürməyib. Azərbaycanın, Rusiyanın, ABŞ-ın və Fransanın təklifləri olub. Bu təklifləri tənqid etmək, müxtəlif cür şərh etmək olar, lakin erməni tərəfinin bütöv sənəd kimi heç bir təklifi yoxdur. Ermənistan Qarabağı danışıqlar masasına tərəf kimi qəbul etdirmək istəyir, hərçənd bu, sülh prosesinin pozulması deməkdir. İstisna etmirəm ki, Paşinyan danışıqlar prosesini bloklamağa davam etmək üçün bunu masaya şərt kimi qoysun. Ermənistanın baş naziri əla bilir ki, Azərbaycan buna getməyəcək. Paşinyan da deyəcək ki, budur, bizim təklifimiz var, amma qəbul etmirlər”. Fenenko qeyd edir ki, Ermənistan Moskvanın planını da alt-üst edir: “2016-cı ildə Rusiya ilkin addım kimi Qarabağ ətrafındakı rayonların qaytarılması ilə bağlı plan təklif etmişdi və hər iki tərəf buna razılaşdı. Paşinyan isə buna qarşı çıxır və iddia edir ki, masada heç bir sənəd yoxdur. Halbuki o, Ermənistanın baş naziri olaraq, əvvəlki razılaşmaların varisidir. Hesab edirəm ki, İrəvan bundan sonra da danışıqlar prosesini pozmaq üçün maksimum cəhd göstərəcək”. Rusiyalı politoloq bu halda Qarabağda müharibə ehtimalını istisna etmir: “Lakin tərəflər hələ danışıq prosesini davam etdirəcəklər. Heç bir nəticənin əldə olunmadığı tam ortaya çıxanda, eskalasiya başlana bilər”.

Məsələyə Rusiyanın “Kommersant” nəşrinin yanaşması da olduqca maraqlıdır. Rusiyalı politoloq Sergey Markedonovun müəllifi olduğu məqalədə qeyd olunur ki, Ermənistanın gedişləri Moskvanı da qane etmir. Bu halda Kremlin Ermənistan üçün ən böyük cəzası yeni Qarabağ savaşında İrəvanı güclü Bakının qarşısında yalnız qoyması ola bilər.

Ekspert xatırladır ki, Bratislavada ATƏT-in XİN rəhbərlərinin 26-cı iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu oldu: “Bununla Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan 2019-cu il ərzində beşinci dəfə görüşdülər. Bu təmaslara Azərbaycan və Ermənistan liderlərinin də görüşlərini əlavə edəndə, danışıqlar prosesinin intensivləşdiyini görmək olur. Lakin bütün bunlar Cənubi Qafqazın ən mürəkkəb problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı praktiki nəticələrin əldə olunmasına gətirib çıxarmadı. Münaqişə tərəfləri mövcud məsələlər, xüsusən də  Dağlıq Qarabağın gələcək statusu, ətraf rayonların azad edilməsi və qaçqınların qayıdışı  üzrə güzəştlərə hazır deyil. Bu fonda atəşkəs sazişinin 25 ili tamam olsa da, cəbhədə müddətsiz atışmalar olur. Və biz “Qarabağ kəfkiri” işini görürük, nə vaxt danışıqların raundu başlayır, təmas xəttində tərəflər toqquşur. Bu toqquşma təkcə təmas xəttində yox, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində də müşahidə olunur. Bütün bunlar o deməkdir ki, danışıqlar və görüşlər mənasızdır? İlk baxışda belədir, çünki hissolunan nəticə yoxdur. Lakin predmetlə daha dərin tanışlıq və adekvat qiymətləndirmə zamanı cavablar birmənalı deyil. Nəticə kimi “Qarabağ kəfkiri” diplomatik formata güc tətbiqinin əlavə edilməsi üzrə hərəkət edir”. Sergey Markedonov hesab edir ki, mövcud vəziyyətdə münaqişənin idarə edilməsi prinsipial olaraq əhəmiyyətlidir:“Sülhə nail olmaq alınmırsa, təmas xəttində eskalasiyanın qarşısını almaq və dialoqu saxlamaq yaxşı nəticədir. Amma bu nə qədər davam edəcək? Bax bu bilinmir. Yəni hər an genişmiqyaslı toqquşmalar mümkündür”.

Rusiyanın tanınmış ictimai xadimi, tarixçi-alim Oleq Kuznetsov da məsələyə eyni prizmadan yanaşır: “Savaşın yenidən başlanması Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bu mənada yaxşı olardı ki, Ermənistan sülh danışıqlarında real addımlar atmaq cəsarətini nəhayət, özündə tapa bilsin. Əks təqdirdə savaşın yenidən başlanması qaçılmazdır. Bunu baş nazir Nikol Paşinyan özü də yaxşı bilir. Müharibənin davamının Ermənistan üçün daha dağıdıcı nəticələrə gətirib çıxaracağını da İrəvanda yaxşı bilirlər. Bu səbəbdən Ermənistan artıq ya real addımlar atmalı, ya da yeni fəlaktələrə hazır olmalıdır”.

Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, indi istər hərbi, isərsə də diplomatik cəbhədə vəziyyət tamamilə Azərbaycanın lehinədir. Bunu həmsədrlər, beynəlxalq ekspertlər və media qurumları da davamlı şəkildə Ermənistan rəhbərliyinin diqqətinə çatdırır. Sadəcə, əsas məsələ budur ki, Ermənistan tərəfi reallıqdan nəticə çıxarıb məntiqlə hərəkət etməli, zəbt edilmiş ərazilərin boşaldılmasına başlamalıdır. Əks təqdirdə düşməni ordumuzun sarsıdıcı zərbələri gözləyir.

Hələlik isə Azərbaycan danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir. Amma bu mümkün olmadıqda, hərbi bir yol istisna deyil. Azərbaycan tərəfinin mövqeyi konkretdir, yəni məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdır, daha sonra digər məsələlərlə bağlı danışıqlar mümkün sayılır. Ekspertlər isə bu fonda diqqəti ona yönəldir ki, indilikdə Ermənistanın daxili və  xarici siyasəti həmişəki kimi reallıqdan uzaq olub, qeyri-konstruktiv və əsassız prinsiplərə söykənir. Bu və digər problemləri, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı uğursuzluqalrını gizlətmək üçün isə Paşinyan getdikcə daha çox radikal mövqe nümayiş etdirir. Amma bu radikallıq Ermənistanın özü üçün kəskin problemlər yaradır. Eyni zamanda Ermənistanın bu mövqeyi regionda kifayət qədər təhlükəli vəziyyət yarada bilər. Burada, yuxarıda qeyd olunduğu kimi, müharibə risqi artır. Ekspertlər hesab edirlər ki, hansısa məqamda regionda hərbi əməliyyatlar başlaya bilər. Bu məqamın regiondakı duruma təsiri isə daha çox dərəcədə mənfi ola bilər. Amma  Ermənistan üzündən regionda geosiyasi mənzərəni qeyri-müəyyənliyə salınmasının qarşısını asanlıqla almaq olar. Bunun üçün Minsk Qrupunun həmsədrləri olan ABŞ və Rusiyanın  Ermənistandan Qarabağ münaqişəsinə dair qəbul edilən sənədlərin müddəalarına əməl etməsi tələbini qəti qoyması kifayətdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar bu fonda daha tez nəticələr verə bilər. Əks təqdirdə savaş qaçılmaz sayılır və Azərbaycanın sürətli inkişafı, hərbi sahədə nailiyyətləri savaşın nəticələrinin necə olacağını da indidən müəyyən etməyə əsas verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ