Cümə axşamı günü, 05 noyabr 2026
     

Üç güclü dövlət BMT-yə İran barədə məktub yazdı – “nüvə daşıyan raketlər istehsal edilir…”

Image


Dünya gündəmində vaxtaşırı diqqət mərkəzində olan məsələlərdən biri də İrana qarşı ABŞ-ın, İsrailin mümkün hərbi əməliyyatlara start verməsidir. Düzdür, indiyə qədər tərəflər arasında birbaşa elan edilmiş şəkildə savaş baş tutmayıb.

Amma faktdır ki, tərəflər müxtəlif istiqamətlərdə, məsələn, Suriyada dolayısı yolla olsa da bir-birinə qarşı savaş aparır. Elə İsrailin vaxtaşırı Suriyada İrana məxsus obyektlərə zərbə endirməsi də bunun təsdiqi sayıla bilər. Amma hadisələrin real inkişafı onlar arasında bu dəfə daha dəhşətli və qanlı bir savaşın ola biləcəyini istisna etmir.

Elə bu fonda İsrailin müdafiə naziri Naftali Bennet İrana Suriyada hərbi mövcudluğunu dayandırmağı məsləhət görüb. O qeyd edib ki, İsrail İrana mane olmaq üçün yorulmadan işləyəcək:"Heç kimə sirr deyil ki, İran bizim ölkəmizin ətrafında alov çevrəsi yaratmağa cəhd edir. Onlar artıq Livandadırlar və Suriya, Qəzza zolağı və digər yerlərdə möhkəmlənməyə çalışıblar. Biz İrana deyirik: Suriya sizin Vyetnamınız olacaq". Qeyd edək ki, daha əvvəl İsrailin xarici işlər naziri İsrail Katz da İrana xəbərdarlıq edərək bildirib ki, ölkəsi Tehrana qarşı hərbi əməliyyat imkanını nəzərdən keçirir. O bildirib ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hava zərbələri endirməyə hazırdır. Katz İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində “İranın bombardman edilməsi İsrailin nəzərdən keçirdiyi variantdırmı” sualına belə cavab verib:

“Bəli, bu variantdır. Biz İrana imkan vermərik ki, nüvə silahı əldə etsin və ya onu hazırlasın. Bu İranı dayandırmaq üçün sonuncu imkan olarsa, biz hərbi spektrdə hərəkət etməyə hazırıq”. Nazir Avropa ölkələrini tənqid edərək deyib ki, onlar Birləşmiş Ştatların İrana qarşı təzyiqlərinə dəstək vermir:“İranlılar nə qədər ki, özlərini aldadıb Avropanın onları dəstəklədiyini düşünürlər, geri çəkilmək onlar üçün asan deyil”.

Qeyd edək ki, ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra İran uran zənginləşdirilməsi istiqamətində fəaliyyətini yenidən artırıb. Buna cavab olaraq ABŞ İrana qarşı sanksiyaları kəskinləşdirib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ölkəsinə qarşı sanksiyaları “iqtisadi terror” adlandırır. O bildirir ki, ABŞ 2015-cı ildə İran və dünya gücləri arasında imzalanmış nüvə sazişinə qayıtmalıdır. Bir daha xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Avropa, Rusiya və Çin şirkətlərinə verilən möhlət isə bu günlərdə daha 90 günlüyə uzadılıb ki, ABŞ-ın cərimələri ilə üzləşmədən İranın mülki nüvə obyektlərində işi davam etdirsinlər. Amma ABŞ-da İsraili dəstəkləyən qüvvələr möhlətlərin ləğvinə çağırır. Onlar bildirir ki, bu, İrana silah hazırlamaq üçün texnologiyaya çıxış verir. Respublikaçı senatorlar Ted Kruz və Lindsey Qrahamın bu xüsusda bəyanatlarında bildirilir: “Bu məyusedicidir, fəlakətli Obama-İran nüvə sazişini məhv etmək üçün daha bir itirilmiş imkandır. Prezident Tramp dərhal administrasiyasına göstəriş verməlidir ki, mülki nüvə möhlətinin verilməsini dayandırsın”. Məhz bu durumda İsrailin İranın nüvə obyektlərinə qarşı mümkün zərbələri də ABŞ-da müəyyən qüvvələr tərəfindən açıq dəstək alır. İndilikdə İranın Suriyadakı obyektlərinə zərbə endirilməsi İsrail üçün əsas prioritetdir. Adını açıqlamayan İsrail Hərbi Hava Qüvvələrinin keçmiş rəhbər komandirlərindən biri “Haartez“ qəzetinə açıqlamasında bunun indilikdə çox vacib olduğunu bildirib:
“Bunlara cavab olaraq İrandan İsraili hədəf alan hücum çox təsirsiz olacaq və İsrailin hazırlaşmaq üçün çox vaxtı olacaq. Lakin Suriyaya hücum bir qədər fərqlidir. Çünki Suriya olduqca yaxındır”. Xatırladaq ki, İranın Livanda "Hizbullah"ı silahlandırması və Suriyada bazalar tikməsi adətən İsrail tərəfindən İranın yəhudi dövlətini məhv etmə niyyətinin sübutu kimi göstərilir. İsrail Suriyadakı İran obyektlərinə hücumu artırdıqca, İran bura yeni qüvvələr yığır. Livan və Suriyada İranın mövcudluğu həm hücum, həm də müdafiə xarakterli olaraq qiymətləndirilir. Amma aydındır ki, İsrail İranın ərazisində nüvə obyektlərini vursa, savaş cəbhəsi təkcə yuxarıda adları çəkilən ölkələrlə məhdudlaşmayacaq.

Belə bir vaxtda digər diqqətçəkən məqamlardan biri isə ABŞ-ın Fars körfəzinə yenidən əlavə hərbi qüvvələr cəmləşdirməsidir. Ekspertlər bildirir ki, İsrail İranın nüvə obyektlərinə zərbə endirsə, Fars körfəzindəki Amerika qüvvələri də işə qarışacaq. Hüquq və parlament işlərinə görə məsuliyyət daşıyan SEPAH komandiri, general Məhəmməd Saleh Cokar isə bildiir ki, İran istənilən istiqamətdən hücumu dəf etməyə tam hazırdır. İranlı general ABŞ-ın və İsrailin yeni müharibəyə girişmək istəməyəcəyindən əminliyini ifadə edib. Amma o, savaşa hazır olduqlarını da xüsusi vurğulayıb. Amerika isə indiki halda İrana qarşı daha sərt mövqe tutmaqda davam edir. Vaşinqton regiona əlavə hərbi qüvvə göndərməklə bərabər, diplomatiya, kəşfiyyat istiqamətlərində də fəallığını artırıb. Elə bunun nəticəsidir ki, ABŞ-ın diplomatik fəallığı fonunda Fransa, Almaniya və Britaniya BMT-ni İranın nüvə silahı daşıya bilən ballistik raket hazırlığını davam etdirdiyi haqqında xəbərdar edib. Bu xüsusda yayılan məktubda Tehranın sözügedən proqramdan imtina etməyi planlaşdırmadığı bildirilib. Bu raket hazırlığının BMT Təhlükəsizlik Şurası qətnamələrinə zidd olduğu vurğulanıb. Üç ölkə BMT Baş katibi Antonio Quterrişdən növbəti hesabatda Tehranın fəaliyyəti barədə məlumat verməsini istəyib. Ekspertlər isə bildirir ki, bununla ABŞ və İsrail İrana qarşı fəaliyyətlərində daha çox beynəlxalq dəstək almağa çalışırlar. Belə vəziyyət onlara İrana qarşı savaşa da başlamağa lazımi imkanlar verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ