30/01/2020 01:35
728 x 90

AKP Türkiyədə deputat erməni Paylanın dövlətin suverenliyi əleyhinə fəaliyyətlərinə nə qədər dözəcək...

Məhəmməd Əsədullazadə: “Erməni əsilli deputat Karo Paylanın belə avantürası sıradan bir hadisə deyil”

img

Türkiyə parlamentinin HDP-ni təmsil edən erməni əsilli deputatı Karo Paylan Qars Bələdiyyə Məclisi və "Anadolu Kültür"ün təşkil etdiyi "Daş Şehir - Ani "sərgisində iştirak edib.

Erməni mətbuatının yazdığına görə, K.Paylan qədim Ani şəhərinin xarabalıqlarını gəzib. Bununla belə, Ani şəhərinə səfəri ilə əlaqədar olaraq Paylan “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeydini Ani fonunda fotoşəkillərlə paylaşıb: “Ani şəhərini ziyarət etdik. Ani, bütün səylərə baxmayaraq, kədərlidir... Şəhərin yaxınlığından axan bir çay Türkiyə ilə Ermənistan arasındakı sərhədə çevrildi. 26 ildir ki, sərhəd bağlanıb. Bu dağılan körpünü təmir etdiyimiz gün Ani şəhəri üçün böyük bir bayram olacaq”.

K.Paylan, eyni zamanda, Qars şəhər meriyasında olub və HDP-nin icma rəhbərləri ilə görüşüb.

Ermənilər iddia edirlər ki, guya Ani şəhəri vaxtilə qədim Ermənistan dövlətinin paytaxtı olub. Hansı ki, bu, ermənilərin uydurmasıdır. K.Paylan da məlum mövqeyi ilə, bir növ, onların bu uydurmasına dəstək verib. Onun bu davranışı vətəndaşı olduğu Türkiyənin ərazi bütövlüyünə yönəlik bir addımdır. Zatən, Paylan dəfələrlə Türkiyəyə yönəlik bənzər addımlar atıb. Ən qəribəsi odur ki, Türkiyədəki QHT-lər, siyasilər Paylanın bu avantürasına çox dözümlü yanaşırlar. Hansı ki, buna görə o, mandatdan məhrum edilməli və bununla bağlı təşəbbüs qaldırılmalıdır. Türkiyə cəmiyyətində onun bu təxribatçı çıxışlarına sərt münasibət göstərilməlidir. Ən azından, iqtidarda olan AKP bununla bağlı mövqe ortaya qoymalıdır. Çox təəssüflər olsun ki, bunların heç biri baş vermir.

  • “Təəssüf ki, Türkiyədə QHT və siyasilər bu məsələlərə reaksiya vermir və bu da ermənilərin bir qədər də azğınlaşmasına gətirib çıxarır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paylanın bu təxribatçı fikirlərinə Türkiyə ictimaiyyətinin belə biganə yanaşması təəssüf doğurur: “Türkiyədə ermənilərin fəaliyyəti bir çox halda bu ölkənin özünün milli təhlükəsizliyinə təhdid olub. Bu ölkədə də erməni lobbisi var. Erməni lobbisi Türkiyə dəyərlərini, ərazi bütövlüyünü hədəfə çıxarır. Ermənistan açıq şəkildə Türkiyənin şərqinə yönəlik ərazi iddiaları ilə çıxış edir. O baxımdan erməni əsilli deputat K.Paylanın belə avantürası sıradan bir hadisə deyil. Türkiyədə bu şəxsə yönəlik cinayət işinin qaldırılması labüddür. Paylan mandatdan məhrum edilməlidir. Çünki bu, digərlərinə də görk olmalıdır. Təəssüf ki, Türkiyədə QHT və siyasilər bu məsələlərə reaksiya vermir və bu da ermənilərin bir qədər də azğınlaşmasına gətirib çıxarır. Hesab edirəm ki, bu istiqamətdə türklərin fəaliyyətsizliyi ermənilərin növbəti təxribatlara əl atmasına gətirib çıxaracaq. 100 ildir qondarma “soyqırım” iddialarından əl çəkməyən ermənilərin Türkiyəyə yönəlik ərazi iddiası aktual olaraq qalır. Bu məsələni Türkiyə vətəndaşları olan ermənilər dilə gətirirsə, demək, mütləq onlar Türkiyənin içində problemlər yaratmağa cəhd edəcəklər. Türkiyənin vətəndaş cəmiyyəti daim ermənilərin bu iddiaları qarşısında nədənsə çox zəifdir. Ona görə də bu açıq təhdidə qarşı mütləq cavab verilməlidir”.

Viddi ORDAHALLI

Son xəbərlər