Cümə axşamı günü, 05 noyabr 2026
     

Sabiq prezident Serj Sarkisyan “Qarabağ klanı”na xəyanət etdi...

Image


Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistanın sabiq prezidenti Serj Sarkisyana 1 milyon dollar pulu mənimsəmə işini təşkil etməklə bağlı ittiham irəli sürülüb. O, dizel yanacağı tenderini öz yaxını Barseq Bəyləryana məxsus “Fleş”ə verib. Ermənistan Respublika Partiyası artıq bu ittihamı “siyasi təqibin qalmaqallı təzahürü” kimi qiymətləndirib.

Partiya üzvlərinin sözlərinə görə, Sarkisyanın son müsahibələri fəaliyyətdə olan hakimiyyəti narahat edib, buna görə də ittiham irəli sürülməsinin məqsədi siyasi əleyhdarları susdurma cəhdi hesab olunur.
Ermənistan parlamentinin deputatı Kristine Poqosyanın sözlərinə görə, Sarkisyanı bununla yanaşı, həm də qarşıda “1 mart” işi gözləyir:“Sarkisyanın qarşıda “1 mart” işi var və Aprel döyüşlərini araşdıran istintaq komissiyasına gəlməlidir. Onu maraqlı günlər gözləyir”.

Bütün bunlar sabiq prezidentin həbsə atılmasını qaçılmaz edir. O da aydındır ki, Sarkisyan həbsə atıldığı halda “Qarabağ klanı”nın Ermənistanda mövqeyi xeyli sarsılacaq. Artıq o da məlum olub ki,  hakimiyyət Sarkisyanın Avropaya, həmçinin Rusiyaya gözlənilən səfərlərinin də qarşısını alıb.  Məsələ burasındadır ki, ilkin istintaq orqanı ittiham olunan, barəsində ehtiyat tədbiri seçilən şəxslərdən pasportu götürür və onlar ölkədən çıxa bilməzlər. Məlumata görə, Sarkisyanın da pasportu əlindən alınıb. Lakin bütün bunların həm də bir şou olduğuna dair də məlumatlar səslənir. 

Ermənistanın “1in.am” portalı yazır ki, ümumiyyətlə, Sarkisyan ətrafında proseslər çox maraqlı müstəvidə cərəyan edir:“Serj Sarkisyan hakimiyyətinin oğru, korrupsioner xarakterli olması aşkardır və aydındır ki, kriminal oliqarxiyanın 20 illik hakimiyyəti konkret adamların, respublikanın ikinci və üçüncü prezidentlərinin və onların ətrafının acgözcəsinə varlanmasına xidmət edib. Bu mənada, Serj Sarkisyana qarşı irəli sürülmüş ittiham nəinki obyektivdir, eyni zamanda gözlənilən və öncədən görüləndir.

Lakin bütün problem ondadır ki, cəmiyyət Serj Sarkisyana qarşı daha ciddi ittiham gözləyirdi. Amma ona qarşı yalnız 1 milyon dollarlıq mənimsəmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Heç bir halda Sarkisyana qarşı irəli sürülmüş ittihamın obyektivliyini, qanunauyğunluğunu şübhə altına almaq lazım deyil, lakin bu ittiham zəifdir və belə təəssürat yaranır ki, cəmiyyətdə inqilab komandası və onun, guya gizli danışıqlarının olması haqqında gedən söz-söhbət kəsilsin deyə üçüncü prezident müttəhim statusu alıb. Digər tərəfdən, Serj Sarkisyan həbs olunmayıb. Bu da təlqin edir ki, mövcud hakimiyyət Ermənistan Respublika Partiyasına və onun liderinə manevr etmək və siyasi möhtəkirliklə məşğul olmaq imkanı yaradaraq, “məxməri” münasibət göstərməyə davam edir. Sarkisyana qarşı irəli sürülən ittiham tamdəyərli deyil, yarımçıqdır. Bu da onun Zaqrebdəki çıxışının və ya son dövrlərdəki aktivliyinin hakimiyyətdə “narahatlıq” yaratması haqqında illüziya yaradaraq, siyasi manipulyasiyalar, möhtəkirliklər üçün pəncərə açır.

Serj Sarkisyan əvvəlki sistemin cinayət simvollarından biridir və 1 mart hadisələrinə görə Robert Köçəryanla birlikdə eyni dərəcədə məsuliyyət daşıyır. Hakimiyyət Sarkisyanı manevr etmək imkanlarından, təqib olunan siyasi xadim obrazı əldə etməkdən məhrum etmək üçün onun cinayətkar obrazını tamamlamağa məcburdur. Maraqlıdır ki, belə bir vaxtda “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Gevorq Petrosyan “məxməri inqilab”ətrafında yeni hakimiyyətlə Serj Sarkisyan arasında əldə edilən razılaşmalardan danışaraq bəyan edib ki, bu iqtidarın hakimiyyətə gəlməsi üçün Serj Sarkisyana nə qədər borclu olduğunu dəqiq bilmir. Yəni Gevorq Petrosyan iddia edir ki, Nikol Paşinyan məhz Sarkisyanla hansısa razılaşma əsasında hakimiyyətə gəlib və bu səbəbdən sabiq prezidentə qarşı sərt ittihamlar, çoxsaylı cinayət işlərində iştirakla bağlı məsuliyyət məsələsi qaldırılmır.

Petrosyan kifayət qədər maraqlı alt mətnlərdən danışır.  Lakin istənilən halda, Gevorq Petrosyanın bəyanatı onun şəxsi fikirlərini deyil, ən azı, başda Haqik Tsarukyan olmaqla, “Çiçəklənən Ermənistan” Partiyasının müəyyən dairəsinin onun ağzı ilə ifadə olunan fikirlərini əks etdirir. Bundan bir neçə gün öncə Tsarukyan başqa mövzu haqqında danışarkən “Gevorq hər şeyi düz edir” deyərək, özü bunu təsdiqləyib. Deməli, Gevorq Petrosyanın ağzı ilə, praktiki olaraq, Tsarukyan yeni hakimiyyətlə Serj Sarkisyan arasında razılaşmalardan danışır. Ən azı, heç nə bilməməsi kontekstində… Bu halda, ən əhəmiyyətli olan eyhamdır. Özü də Serj Sarkisyanın həbsi fonunda. Hər şeydən göründüyü kimi, eyhamın bir tərəfi ondan ibarətdir ki, tərəflərdən hansı birisə razılaşmanı pozub.

Lakin eyhamın digər tərəfində daha diqqətəlayiq cəhət ola bilər. Belə ki, Serj Sarkisyana qarşı ittiham irəli sürülməsinə baxmayaraq, “Çiçəklənən Ermənistan” Partiyası və ən azı, köhnə sistemin müəyyən hissəsi “Çiçəklənən Ermənistan” Partiyasının ağzı ilə bəyan edir ki, bu ittihama “inanmır”. Fakt budur ki, köhnə sistemin Serj Sarkisyana qarşı başqa ittihamı var: o, hakimiyyəti təhvil verib və hamını fakt qarşısında qoyub. Mühüm deyil ki, təhvil verib və ya saxlaya bilməyib, uduzub və sair. Mühüm olan odur ki, bu ittiham və onunla birlikdə, hər halda, onun uduzmadığı, hakimiyyəti təhvil verdiyi haqqında bir şübhə mövcuddur. Bunu Gevorq Petrosyanın eyhamı da təsdiqləyir. İstənilən halda, maraqlıdır, görəsən, Tsarukyan  bu dəfə də deyəcək ki, Petrosyan düz danışır? Bununla birlikdə, Petrosyanın eyhamı bu fonda, “Mənim addımım” blokunun və “Çiçəklənən Ermənistan” Partiyasının münasibətlərinin kəskinləşdiyi, Nikol Paşinyanın bu partiyaya qapını göstərdiyi bir vaxtda da maraqlıdır.

Deyəsən, “Çiçəklənən Ermənistan” Partiyası parlamentin işinin uzunmüddətli boykot edilməsi haqqında qərar qəbul etməyə cəsarət etməyib. Bu, əlbəttə, rasional addımdır, lakin “Çiçəklənən Ermənistan” Partiyasının həm parlamentdə, həm də parlament xaricində ata biləcəyi addımlar əhəmiyyətli dərəcədə məhdudlaşıb. Və görünür, bu durum Tsarukyanı belə düşünməyə məcbur edir ki, o, inqilaba su verməyinə baxmayaraq, onu sulamayıb, bəlkə də “Çiçəklənən Ermənistan” Partiyasının siyasi yolunu qurudub”. Bütün bu qeyd edilənlərdən aydın görünür ki, Ermənistanda maraqlı siyasi proseslər cərəyan edir. İndi bu fonda Sarkisyan həbsə atılmasa, bu onun Paşinyanla həqiqətən müəyyən razılaşması olduğunu təsdiqləyəcək. Eyni zamanda bu hal Sarkisyanın “Qarabağ klanı”na xəyanətini də üzə çıxaracaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ