29/01/2020 18:10
728 x 90

Dünya ticarət qaydaları yox olmaq ərəfəsində… Ümumdünya Ticarət Təşkilatının çöküşünə sayılı günlər qaldı

img

“Ümumdünya Ticarət Təşkilatı (ÜTT) bir neçə gündən sonra funksiyasını dayandıracaq. Çünki bunu Tramp istəyir”. Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” qəzeti yazır.

Qəzet, ABŞ prezidenti Donald Trampın ÜTT-nin fəaliyyətini iflic etmək üçün hər şeyi etdiyi və bir möcüzə baş verməsə bu həftə Trampın hədəfinə çatacağını bildirir.

ABŞ-ın iki ildir ÜTT-nin apellyasiya orqanının yeni üzvlərinin seçilmə prosesinə mane olduğu,

orqandakı 7 kreslodan sadəcə üçünün dolu olduğu, mövcud üç üzvün də bu həftə səlahiyyət müddətinin bitəcəyi qeyd edilir: “Bununla apellyasiya orqanı və onunla birlikdə dünya ticarətinin əsas idarəetmə orqanının sonu çatacaq”.

Bu həftə apellyasiya orqanının fəaliyyətinə son qoyulmaqla yanaşı, bütün ÜST sisteminin də çökəcəyi və dünya ticarət qaydalarının da rəsmən ləğv ediləcəyi vurğulanır.

Trampın ÜTT olmadan ölkəsi üçün daha sərfəli şərtlər əldə etməyi düşündüyünü söyləyən müəllif, apellyasiya orqanı çökdükdən sonra dünya ticarətində "güclülərin hüququ" prinsipinin işə düşəcəyi, buna görə Avropa Birliyinin də hazırlıqlara başladığını yazır.

Son xəbərlər