22/09/2020 04:51
728 x 90

Mehriban Əliyevanın Moskvada əldə etdiyi daha bir böyük razılaşma rəsmi təsdiqləndi - YENİLƏNDİ

Prezident İlham Əliyev Rusiyanın İqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

img

Prezident İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi inkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

-…Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir.

Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.

…Mən onu da bilirəm ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin - əczaçılıq müəssisəsinin açılışı olacaq. Bu istiqamətdə Azərbaycan bazarının genişlənməsini, əhalinin və istehlakın da artmasını nəzərə alsaq, bu çox sevindirici haldır. Əlbəttə ki, biz bazarı özümüzün istehsal etdiyimiz məhsullarla zənginləşdirməkdə maraqlıyıq. İndiki halda Rusiya şirkətinin Azərbaycanda istehsalı başqa istiqamətlərdə, maşınqayırma, energetika və nəqliyyatda olduğu kimi, bizim münasibətlərimizin yaxşı göstəricisidir. Samur çayı üzərindən körpünün tikintisi praktiki olaraq başa çatdırılıb. Bu da onun nəticəsidir ki, yüksək səviyyədə qəbul edilən bütün qərarlar yerinə yetirilir. Zənnimcə, bu, bizim münasibətlərimizin əsas nailiyyətlərindən biridir. Biz qarşıya konkret məsələlər qoyur, onları konkret həll edir və yaxşı nəticələr görürük.

Əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd etməliyəm. Mən bu pavilyonun açılışına televizorla baxmışam, sonra isə bizim telekanallarda çoxlu reportajlar göstərilib. Bu, əlbəttə, bizim münasibətlərimiz üçün çox böyük əhəmiyyət kəsb edən olduqca əlamətdar hadisə və bizim ortaq tariximizə hörmət əlamətidir. Düşünürəm ki, bu pavilyon Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək.

Sonra Rusiya Federasiyasının İqtisadi inkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. 

Son xəbərlər