Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan mərhələli həll variantı üzrə danışıqlara məcbur edildi – hətta ənənəvi müttəfiq sayılan Fransa…

Image


Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə Bratislavada baş tutan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin hansı səpkidə inkişaf edəcəyi indi xüsusi maraq doğurur. Düzdür, nazirlərin görüşündən sonra belə qərara gəlinib ki, danışıqlar davam etdirilsin və gələn ilin əvvəllərində növbəti görüş keçirilsin. Amma bu fonda erməni tərəfi bilir ki, Azərbaycan danışıqlardan qəti nəticələr əldə etməsə, alternativ həll variantlarını daha fəal şəkildə gündəmə gətirəcək.

Digər tərəfdən, Azərbaycan məsələni kifayət qədər aydın şəkildə qoyub və bunu Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı bir daha diqqətə çatdırdı:“Erməni həmkarımla 3 saat yarımdan çox davam edən görüşümüz oldu. Sizə deyə bilərəm ki, bu kifayət qədər çətin müzakirələr idi. Qarşıda hələ də həllini tapmayan məsələlər var. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri, BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”. Məmmədyarovun bu açıqlamasından bir daha görünür ki, Azərbaycan məsələnin mərhələli həllində və bu fonda zəbt edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasında israrlıdır. Əks halda məsələnin hərbi həlli aktivləşir. Bu mövqe Beynəlxalq Böhran Qrupu tərəfindən də dəstəklənir. Qeyd edək ki,  Beynəlxalq Böhran Qrupu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ, eləcə də Ermənistanın sərhəd kəndlərindəki vəziyyətlə bağlı analiz hazırlayıb. Burada qeyd olunur ki,  işğal faktına son qoyulmadan bölgədə əsl sülhün bərqərar olmasından danışmaq olmaz: “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ məsələsində atəşkəs əldə edilməsindən 25 il ötür. Lakin o vaxtdan bəri Dağlıq Qarabağda və ətrafında, eləcə də Ermənistanla Azərbaycan arasında beynəlxalq aləmdə tanınan sərhəd boyu tez-tez qarşıdurmalar olub. Ancaq bu il mübahisə bir az donduruldu ki, bu da Ermənistandakı 2018-ci ilin hakimiyyət dəyişikliyinin nəticəsidir.
İki ölkənin liderləri, eləcə də xarici işlər nazirləri bir neçə dəfə görüşüblər. 2018-ci ilin sentyabr və 2019-cu ilin mart ayında təhlükəsizlik əməkdaşları və siyasi nümayəndələr arasında iki yeni qaynar xəttin yaradılması sərhəd boyu gərginliyi və döyüş itkilərinin sayını azaltmağa kömək edib. 90-cı illərdəki müharibə səbəbindən bağlanan ikinci yol 2018-ci ilin sentyabr ayında Bakı və İrəvanın əlaqə yollarının yenidən açılmasına razılıq verməsindən dərhal sonra yenidən açıldı. Amma davamlı sülh üçün Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması mütləqdir. Əks halda genişmiqyaslı savaş istənilən an başlana bilər. Azərbaycan mövqeyində qətidir və ordusunu da savaşa hazırlamaq üçün çox iş görüb”. Fransanın Ermənistandakı səfiri Conatan Lakot da məsələyə bu rakursdan nəzər salaraq vurğulayır ki, Qarabağ münaqişəsinin dinc həlli Ermənistanın özü üçün çox vacibdir: “Münaqişənin ağırlığını, onun Ermənistan, onun büdcəsi, iqtisadiyyatı, sakinləri və xüsusilə də gəncləri üçün dəyərini müşahidə edirəm”. O qeyd edib ki, Ermənistan gəncləri uzun, ağır və təhlükəli hərbi xidmət həyata keçirir: “Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin dinc və danışıqlar yolu ilə həllinə başlayır. Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli region, Ermənistan üçün  müsbət heç nə vəd etmir və onun dinc həlli danışıqlar masası ətrafında olmalıdır. Münaqişənin həlli region üçün əhəmiyyətli olacaq”.

Elə erməni politoloq Suren Sarkisyan da vurğulayır ki, Azərbaycan istəyinə yaxın tezlikdə danışıqlar yolu ilə nail olmasa, savaşa üstünlük verəcək:
“Azərbaycan deyir: 1. Birinci addım Dağlıq Qarabağ və Azərbaycanın qalan digər işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin tam, qeyd-şərtsiz çıxarılması olmalıdır.
2. Növbəti mərhələdə Azərbaycan Dağlıq Qarabağın Azərbaycan tərkibində status qərarına Azərbaycan Konstitusiyası və qanunverciliyinə uyğun şəkildə baxır. 3. Ermənistanın ATƏT-dəki səfiri deyir ki, Azərbaycanın bənzər mövqeyi zəiflik nümayiş etdirir. 4. Mən də deyirəm zəiflik əlaməti deyil. Ultimatumdur. O, hərbi həllə aparır. Və ən əsası: Azərbaycan yuxarıda qeyd edilmiş sərhədlərdən kənarda konfliktin siyasi həllini görmür”.

Ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağı işğal edən erməni hərbi birləşmələrinin komandiri olmuş Arkadi Karapetyan isə bildirir ki, Azərbaycanın hərbi həllə əl atması Ermənistanı böyük problemlərə düçar edə bilər: “Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik”.  Karapetyan etiraf edir ki, Qarabağda döyüşlər bərpa olunacağı təqdirdə, Sovet İttifaqı dövründən fərqli olaraq, İrəvana heç kim kömək etməyəcək:“Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu bilirəm”. Daha sonra erməni zabit azərbaycanlıların ermənilərə qucaq açdıqları, onları öz doğma torpaqlarında məskunlaşdırıb, yedizdirib-içirdikləri zaman belə ermənilərin istənilən zaman arxadan zərbə endirməyə hazır olduqlarını etiraf edir. O bunu belə ifadə edib: “Sovet İttifaqi dövründə biz azərbaycanlılarla dostlaşdıq, ancaq əlimizdən silahı yerə qoymadıq”. Bu açıqlamadan aydın görünür ki, Azərbaycan ordusunun nəyə qadir olduğunu erməni hərbi dairələrində yaxşı bilirlər. Elə bu səbəbdən, hətta hərbi dairələr belə. məsələnin dinc müstəvidə həllini vacib məqam kimi önə çəkirlər. Ermənistan hakimiyyətinin buna qarşı çıxması  isə həqiqətən də düşmən ölkənin sonu ola bilər. Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyan da bunu xüsusi vurğulayır: “Əslində, Ermənistan rəhbərliyindən heç kim, indilikdə Nikol Paşinyan Azərbaycanla müharibə istəmir, çünki bilir ki, bu müharibə Ermənistanda istənilən hakimyyətin idarəçiliyinin sonu olacaq. Biz hamımız anlamalıyıq ki, bu müharibə bizim çiçəklənən ölkə həyatı haqqında arzularımızın sonu deməkdir”. Gevorkyan ermənilərin çoxunun hazırda vətənpərvərliyini döyüş meydanı yerinə sosial şəbəkələrdə göstərdiyini deyib. O, Bakının diplomatiyasının artıq öz bəhrəsini verdiyini etiraf edib.

Bütün bunlar hadisələrin mövcud inkişaf axarının heç də Ermənistanın lehinə olmadığını, düşmənin mövqelərinin sürətlə sıradan çıxmaqda olduğunu göstərir.

Yaranmış durumda artıq  Ermənistanda da bildirilir ki, bu gedişlə Azərbaycan Qarabağ münaqişəsinin həlli istiqatəində istədiyi nəticəyə daha tez nail olacaq. Çünki regionda hadisələrə təsir etmək gücündə olan ölkələr də tədricən Azərbaycanın yanında yer almağa başlayıb. “İşıqlı Ermənistan” partiyası fraksiyasının deputatı Arman Babacanyan vurğulayır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan böyük güclərlə əməkdaşlığını inkişaf etdirə bilməyib. Əksinə, son bir il ərzində bu istiqamətdə ciddi problemlər meydana çıxıb. Onun sözlərinə görə, ölkədə inqilabdan sonra xarici siyasətdə hər hansı bir dəyişiklik görülmür, əksinə, vəziyyət Ermənistanın əleyhinə pisləşir: “Milli təhlükəsizliyin təmin edilməsi baxımından xarici siyasətin həddindən artıq vacib əhəmiyyəti var. Bu əhəmiyyət, hətta bəlkə də Silahlı Qüvvələrin üzərinə düşən əhəmiyyətə bərabərdir. Ermənistan isə elə bir xarici siyasət apara bilmir. Belə siyasət olsaydı, Ermənistan onun təhlükəsizliyinə təhdid olan təhlükənin neytrallaşdırılmasının, beynəlxalq təhlükəsizlik sistemi ilə bağlı olmasını təmin edə bilərdi. Ermənistan bu rola yalnız keyfiyyətcə yeni dövlət, rəqabətli iqtisadiyyat və dünya standartlarına uyğun sosial təminatlı həyat tərzi yaratmaq, müasir səhiyyə və təhsil sistemi qurmaqla nail ola bilərdi. Amma biz bunların heç birinin əlamətini görmürük. Nəticədə bölgədə qüvvələr nisbəti sürətlə dəyişir və burada Ermənistanın geridə qalması açıq müşahidə olunur. Azərbaycanın bundan maksimal dərəcədə istifadə etməyə çalışması isə təbiidir”.
Bununla yanaşı qeyd olunur ki, hazırda Ermənistanın xarici siyasətində yol verilən yanlışlıqlar böyük güclərin İrəvanla müqayisədə Bakıya daha çox etimad göstərməsinə gətirib çıxarıb. Bu isə Qarabağ məsələsində də Azərbaycanın tədricən onlardan istədiklərini almasına gətirib çıxarır: “Təəssüf ki, bu məsələdə Azərbaycan daha yaxşı siyasət həyata keçirir. Azərbaycandan fərqli olaraq, indi dünya gücləri bizim hökumətə təzyiq göstərir. İş aparmaq və fəal siyasət yürütmək lazımdır. Bu olmadığından, Ermənistanın maraqları başqaları tərəfindən arxa plana atılır. Bu hal tam şəkildə Qarabağ məsələsinə də aiddir”. Bütün bunlar bir daha Qarabağ məsələsində hadisələrin inkişaf axarının tam şəkildə ölkəmizin lehinə olduğunu aydın nümayiş etdirir.

Digər tərəfdən, yuxarıda səslənən fiikrlərdən o da bəlli olur ki, yaranmış vəziyyətdə Qarabağ savaşının yenilənməsini də ermənilər özləri üçün böyük təhdid olaraq görür. Onların böyük əksəriyyəti hesab edir ki, danışıqlar masasında İrəvan müəyyən addımlar atmalıdır ki, Azərbaycan məsələni savaş müstəvisində həll etməsin. Çünki bu savaş Ermənistanın bütün şanslarının sıfırlanması, düşmən ölkənin faktiki məhvi demək olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ