Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan “Qarabağ klanı”nın daha bir nəhəng fiqurunu məhv edir – keçmiş prezidentə rəsmi korrupsiya ittihamı…

Image


Ermənistan daxilində baş verən son olaylar burada hakimiyyətlə “Qarabağ klanı” arasında çəkişmənin hələ tam bitmədyini göstərir. Belə bəlli olur ki, gələn il Azərbaycanın zəbt edilmiş ərazilərində yaradılan separatçı rejim rəhbərliyinə keçriləcək “seçkilərə” az müddət qaldığı bir vaxtda tərəflər arasında çəkişmənin daha da dərinləşməsi özünü qabarıq formada büruzə verir. Bu fonda baş nazir Nikol Paşinyan “Qarabağ klanı”nın əsas liderləri sayılan Robert Köçəryandan sonra Serj Sarksiyanı da tam şəkildə neytrallaşdırmağı düşünür. Onun barəsində yeni cinayət işinin açılması da elə buna xidmət edir.

Xatırladaq ki, Serj Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram, yəni 1 milyon dollardan çox pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun barəsində ölkədən çıxmağa qadağa qərarı qəbul edilib. Ona qarşı ilkin istintaq araşdırmaları çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. İttihama görə, 24 yanvar 2013-cü ildə hökumət torpaq istifadəçilərinə dövlət dəstəyi proqramını təsdiqləyib. Proqrama əsasən, təxminən 17 milyon litr dizel yanacağı satılıb. Məbləğ regional idarəetmə və Kənd Təsərrüfatı Nazirliyi sisteminin müraciətləri əsasında ayrılıb.

"Maksxur” və "Fleş” şirkətləri də daxil olmaqla, dizel yanacağının tədarükünə görə keçirilən tenderdə iştirak üçün bir neçə şirkət ərizə təqdim edib. "Maksxur” daha aşağı qiymət təklif edib. Nəticədə bu şirkətin müraciəti hökumət tərəfindən təsdiqlənmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilib. Serj Sarkisyan "Maksxur”un daha sərfəli təklifini bilə-bilə ona məhəl qoymayıb və rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Fleş” şirkətinin xeyrinə seçim etməyi tapşırıb. Nəticədə, hökumətin 7 fevral 2013-cü il tarixli qərarı ilə 17 milyon litr dizel yanacağı almaq üçün hökumətin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1,7 milyard dramdan çox vəsait ayrılıb. Bu pul "Fleş” şirkətinin hesablarına köçürülüb. Sonradan hökumətin qərarı ilə tələb olunan yanacağın miqdarı 17 milyon min litrə qədər artıb, məbləğ isə 1,82 milyard drama çatıb. Lakin proses "Maksxur” şirkəti vasitəsilə həyata keçirilsəydi, həmin məbləğ daha az olardı. Nəticədə dövlət büdcəsindən 489 milyon 160 min dram oğurlanıb. Həmin pulun da məhz Sarkisyana çatdığı bildirilir. Artıq baş verənlər çərçivəsində Sarkisyan Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən sorğu-sual edilib. Erməni mediası Sarksiyanın da tezliklə Köçəryanın yanına gedəcəyini yazır. Ermənistanın “Adekvat” partiyasının sədri Artur Danielyan məsələ tlə bağlı bildirir: “Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyandan alınmış ifadələr əsasında müttəhim kimi cəlb olunub. Sarkisyan hansısa xidməti dizel çeklərinin tullantılarında ittiham olunur. Amma reallıq budur ki, bu hal Paşinyanın qisasının davamıdır. O, Sarksiyanı mütləq qaydada həbs etmək istəyir”. Erməni politoloq Qrant Məlik-Şahnazaryan isə bildirir: “Serqo Karapetyanı xatırlayırsınız, elə deyil? Əvvəlcə kənd təsərrüfatı naziri işləyirdi. Deyim bilin, onun adı artıq hər zaman sizin dilinizdə olacaq. Sizin və nəsillərin. Çünki xainlər unudulmur, hər zaman xatırlanır”. O bildirib ki, Paşinyan Serj Sarkisyanı təcrid edərək “Qarabağ klanı”nın müqavimətini poza biləcəyini düşünürsə, çox pis yanılır: “Kim xəbərdar deyilsə, deyim, o elə bir sənədə imza atdı ki, bunun nəticəsində əvvəlcə Serj Sarkisyan həbs olunacaq, “Qarabağ klanı” sıradan çıxarılacaq, sonra da Qarabağ məsələsi, yumşaq dildə desək, qeyri-ermənipərəst həll mərhələsinə daxil olacaq. Qarabağ məsələsində istənilən antierməni proqramının, sözünün, hətta vergülün əks-təsiri çox güclü olacaq”.

Baş verənlərlə bağlı Serj Sarkisyan özü bildirir ki, Xüsusi İstintaq Xidməti tərəfindən verilən saxta və cəfəng ittihamlarla özünü günahkar hesab etmir, bunu siyasi təqib hesab edir. Sarksiyanın sədri olduğu Respublika Partiyasının ali orqanının bəyanatında isə bildirilir: “Təqdim olunan ittihamın yalan və absurd olduğunu nəzərə alaraq bəyan edirik: 1. Biz Serj Sarkisyana qarşı ittihamın siyasi təqiblərin ifrat təzahürü olduğunu düşünürük. 2. Bu prosesin məqsədi Ermənistan və Qarabağ üçün təhdidlər fonunda, o cümlədən danışıqlar prosesindəki son hadisələr kontekstində siyasi rəqibləri susdurmaqdır. 3. Hakimiyyət belə amansız addımları ilə erməni xalqının diqqətini ölkədə hər gün daha da gərginləşən bir çox problemlərdən yayındırmağı hədəfləyir. 4. Qondarma “antikorrupsiya mübarizəsi” çərçivəsində milli məsələlərə dair bu ibtidai tövsiyələr məhvə məhkumdur, çünki həm Respublikaçıların, həm də digər siyasi qüvvələrin və ictimaiyyətin sarsılmaz müqavimətinə rast gələcək.
5. Bu proses üçün bütün məsuliyyət Ermənistanda hakimiyyəti ələ keçirmiş populist və avtoritar rejimin üzərinə düşür. 6. Respublika Partiyası bu məsələni və onun ətrafında baş verən hadisələri müvafiq beynəlxalq platformalarda və formatlarda da qaldıracaq”.

Amma erməni mediası qeyd edir ki, Paşinyan Sarksiyanı istənilən halda həbsə atmaqda israrlıdır. Bununla o, “Qarabağ klanı”nı əhəmiyyətli dərəcədə zəiflədərək, ona qarşı ciddi müqavimət təşkil edə bilənləri tam sıradan çıxaracaq. Digər tərəfdən, bununla Paşinyan Qarabağ separatçılarının rəhbəri vəzifəsinə də istədiyi şəxsi gətirə biləcək. Robert Köçəryan olayı isə göstərdi ki, Sarkisyanın həbsinə görə də Paşinyan xaricdən hansısa ciddi təhdidlə üzləşməyəcək. Yəni indiki halda bu təhdidi yarada biləcək Rusiya Sarkisyana görə Paşinyanı küncə sıxışdırmayacaq. Elə bu da Ermənistanda “Qarabağ klanı”nın tam sıradan çıxarılmasını istisna etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ