30/01/2020 00:49
728 x 90

Azərbaycan, Türkiyə və Qətər birgə hərbi təlimlər keçirə bilər

img

Azərbaycan, Türkiyə və Qətər birgə hərbi təlimlər keçirə bilər. Məsələ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qətərin Bakıdakı yeni səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşündə müzakirə olunub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilir.

“Azərbaycan-Qətər münasibətlərinin inkişafında ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan Z.Həsənov ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib. Həmsöhbətlər Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək bu əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb”, - məlumatda vurğulanıb.

Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Öz növbəsində, səfir qeyd edib ki, Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində rəsmi Bakının mövqeyini dəstəkləyir.

Son xəbərlər