Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında da iştirak ediblər.
Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkiblər.