28/09/2020 12:48
728 x 90

Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışını etdi - FOTO

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfər edib.

Prezident Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin və "ASAN Həyat" kompleksinin də açılışlarında iştirak edib.

Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə də tanış olub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb. Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib. Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Son xəbərlər