27/01/2020 08:30
728 x 90

Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

img

4 dekabr tarixində səfir Hidayət Orucovla Qırğız Respublikasının (QR) Prezidenti Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov arasında görüş keçirilib.

Görüşün əvvəlində H.Orucov D.Sıdıkova “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalını təqdim edərək, bu dövlət mükafatının Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edildiyini bildirib.

D.Sıdıkov yubiley medalı ilə təltif edildiyinə görə dərin təşəkkürünü bildirərək, yüksək mükafatın təqdim edilməsini böyük şərəf hesab etdiyini və ilk xarici dövlət mükafatını qardaş Azərbaycandan alması onun üçün qurur verici olduğunu vurğulayıb. Öz növbəsində o, səfir H.Orucovu “QR Xarici İşlər Nazirliyinin yaranmasının 75 illiyi yubiley medalı” ilə təltif edilməsi ilə bağlı təbrik edib. Qeyd edib ki, Qırğızstanda akkreditə olunmuş diplomatik korpusdan yalnız səfir H.Orucov bu yüksək mükafatla təltif olunub.

Təbrikə görə təşəkkürünü bildirən səfir H.Orucov Prezident İlham Əliyevin 14-15 oktyabr 2019-cu ildə Bakı şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində QR Prezidenti Sooronbay Jeenbekovla səmimi görüşünü xatırlayaraq, ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu vurğulayıb. Son illər ərzində Azərbaycan-Qırğızıstan əlaqələrinin müxtəlif istiqamətlər üzrə genişlənməsini məmnunluqla vurğulayan səfir ölkələrimiz arasında iqtisadi-ticari sahədə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, digər aktual məsələlər müzakirə olunub.

Son xəbərlər