04/08/2020 00:27
728 x 90

Xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsi…

img

Türkiyədə müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanıb. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dövləti həmişə xaricdə yaşayan soydaşlarının yanındadır. Onun sözlərinə görə, soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası"nın hazırlanması üzərində işlər aparılır: “Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsun”.

F.Muradov, həmçinin əlavə edib ki, xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsi üzərində işlər yekunlaşıb. Qanun layihəsi hazırlanan zaman dünya təcrübəsi də öyrənilib: "Layihə müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra "Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq”.

Son xəbərlər