04/08/2020 00:58
728 x 90

Azərbaycan və Ermənistanın XİN başçıları gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər - YENİLƏNDİ

img

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.

Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Bildirilir ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər.

XXX

Bratislavada (Slovakiya) ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutan görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kasprşik də iştirak edir.

Son xəbərlər