Cümə axşamı günü, 05 noyabr 2026
     

Rəsmi Bakı Moskvadan yeni silahlar alır, İrəvan böyük qorxu içində...

Image


Ermənistanda son günlərdə ciddi narahatlıq predmetinə çevrilən əsas məsələlərdən biri də Azərbaycanın Rusiyadan yeni silahlar alması istiqamətində görülən işlərdir. Özü də bu istiqamətdə müvafiq danışıqların aparılmasının Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın məlum sərsəm çıxışlarından sonraya təsadüf etməsi işğalçı ölkəni daha çox pərt edib.

Erməni mediası yazır ki, bununla Rusiya Ermənistanı heçə saydığını bir daha nümayiş etdirmiş oldu. Xatırladaq ki, həmin sammitdə çıxışı zamanı Paşinyan KTMT ölkələrini Azərbaycana silah satmamağa çağırmışdı. Aydın idi ki, onun bu müraciəti daha çox Rusiya və Belarusa ünvanlanıb. Amma real vəziyyət Ermənistan rəhbərlyinin bu istiqamətdə çağırışlarının KTMT-nin digər üzvləri, o cümlədən Rusiya üçün əhəmiyyətsiz olduğunu bir daha nümayiş etdirir.

Bütün bu qeyd edilənlər fonunda Ermənistanda hazırda böyük narahatlıq predmetinə çevrilən əsas məqamlardan biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda verdiyi açıqlamalardır. Həmin açıqlamalardan belə bəlli olur ki, Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi bundan sonra da davam edəcək. Lavrov da vurğulayıb ki, hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir. Lavrov  Azərbaycana silah satılması ilə bağlı Ermənistanın KTMT ölkələrinə qarşı iddialarına münasibət bildirərkən onu da deyib ki, Rusiya hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır. Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirib ki, Azərbaycanla Rusiya arasında hərbi texniki əməkdaşlıq iki ölkə arasında aparılan danışıqların gündəliyində hər zaman olub və bu davam edəcək:  "Rusiya ilə hərbi sferada müəyyən maraqlı fikirlər mövcuddur. Sövdələşmə həyata keçirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək". 

Bu açıqlamalardan bir daha aydın görünür ki, Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlıq Ermənistanın bütün narahatlığına rəğmən davam etdiriləcək. Xatırladaq ki, bir neçə gün əvvəl də Azərbaycan Müdafiə Nazirliyi yeni Rusiya silah-sursatının alınmasına hazırlığı haqqında bəyanat verib. Bundan öncə isə Prezident İlham Əliyev bildirib ki, Bakı rus silah-sursatının tədarükü üçün yeni müqavilənin imzalanmasında maraqlıdır. Bu məsələ İlham Əliyevin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovla görüşündə də müzakirə predmeti olub. Rusiya və Azərbaycan arasında artıq həyata keçirilmiş silah tədarükü müqavilələri isə 5 milyard dollar dəyərindədir. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Leyla Abdullayeva da “RİA Novosti”yə açıqlamasında məsələ ilə bağlı mühüm açıqlamalar verib: “Azərbaycan KTMT üzv ölkələri ilə sıx hərbi-siyasi və hərbi-texniki əməkdaşlıqdadır. Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm”. Leyla Abdullayeva bildirib ki, zərurət yaranacağı təqdirdə, Azərbaycan Rusiyadan yeni silah-sursat alacaq. Erməni ekspert Manvel Sərkisyan bu fonda qeyd edir ki, Rusiya durmadan Azərbaycana yeni silah növləri satmasını ancaq biznes maraqları ilə izah etməyə çalışsa da, məsələ belə deyil. “Moskvada Azərbaycan ordusunu yeni Rusiya silahları ilə təchiz etmək barədə siyasi qərar qəbul edilib. Rusiya bütün gücü ilə Azərbaycanla əlaqələrini dərinləşdirməyə çalışır və təbii ki, heç cür Ermənistanla hesablaşmaq istəmir. Azərbaycana yeni silahların verilməsi məhz Ermənistana böyük zərbədir”.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin isə bildirir ki, Moskva özü də Bakıya silah tədarükündə maraqlıdır: “Burada Moskva ilk növbədə iqtisadi maraqlarını nəzərə alır. Ermənistanın mövqeyi burada nəyisə ifadə etmir. Azərbaycanın isə bütün növ silahlarla silahlanmasında məqsəd Dağlıq Qarabağı geri almaqdır. Hesab edirəm ki, müharibədən yayınmaq olmayacaq, çünki məsələ başqa yollarla həll edilmir. Mən bu məsələ haqqında çox danışmışam. KTMT-nin bütün ölkələrindən yalnız Rusiya Ermənistana kömək edə bilər, lakin bu, Ermənistan ərazisinə hücum olarsa baş verə bilər”. Onun sözlərinə görə, Qarabağ münaqişəsi Rusiya üçün problemlər yaradır: “Digər ölkələrin bu münaqişə ilə əlaqəsi yoxdur. Bəli, Rusiya üçün bu münaqişə problemlər yaradır. Rusiya çox istəsə, bu konfliktdən kənarlaşdırıla bilər, lakin o, böyük ehtimalla, bunu etməyəcək, çünki bu konflikt hətta onun üçün problemlər yaradır. Rusiyanın regionda necə siyasət apardığı məlumdur. O həm Azərbaycanla, həm də Ermənistanla yaxşı əlaqələrə malikdir. Rusiya hər şey edə bilər, lakin ümumi mənada, bəli, Rusiyanın hər iki tərəf üzərində böyük təsiri var. Yəni Rusiya çox istəsə, ona qarşı getmək Qarabağ münaqişəsinin həllində problem yaradan Ermənistan üçün çətin olacaq. Necə ki, Ermənistan Rusiyanın Azərbaycana silah satışını əngəlləyə bilmir”.

Bunlar fonunda indi işğalçı ölkə görür ki, Azərbaycan ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir. Rusiyadan alınacaq yeni silahlar isə bu prosesə əlavə təkan verəcək.

Digər tərəfdən faktdır ki, Ermənistandan fərqli olaraq, Rusiya hər zaman Azərbaycana ən müasir silahları böyük həvəslə satmağa hazır olduğunu bildirir və ölkəmizin buna maliyyə imkanları da çatır. İndiki vəziyyətdə artıq o da məlumdur ki, Rusiya Azərbaycana yeni müasir silahlar kimi Su-30SM və MiQ-35 təyyarələrini artıq təklif edib.  Rusiyalı hərbi ekspert Sergey Suvorov bu təyyarələrin alınmasını mümkün sayır: “Hazırda Azərbaycanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın uğurla davam edir. Azərbaycan həmişə Rusiyanın strateji tərəfdaşı olub və bu cür də qalır. Bu gün Bakı ilə Moskva olduqca yaxşı və sıx əlaqələrə malikdir. Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil Su-30SM  və Su-35 qırıcı təyyarələri verməsinin mümkünlüyünə də toxunan Suvorov gələcəkdə belə bir müqavilənin imzalanmasını istisna etməyib. Onun fikrincə, Azərbaycana yeni nəsil növbəti müasir silahların satışı tamamilə mümkündür: “Əgər biz Su-35 təyyarələrini digər ölkələrə sata biliriksə, onda niyə də Azərbaycana satmayaq?”. Xatırladaq ki, ordunun digər növləri ilə yanaşı hərbi aviasiyanın gücləndirilməsi də rəsmi Bakının əsas prioritetlərindən biri sayılır. Bir müddət əvvəl qeyd olunan səpkidə Azərbaycanla fərqi azaltmaq üçün Ermənistan Rusiyadan Su-30 SM hərbi təyyarələrini almaq niyyətini ortaya qoysa da, hətta bununla bağlı razılıq əldə etdiyi bildirilsə də, hadisələrin real inkişaf axarı İrəvanın arzularının ürəyində qalmaqda olduğunu göstərir. Ermənistanın “Jamanak” nəşri də yazır ki, Moskva Bakıya yeni silahların satılacağının anonsunu versə də, Su-30 SM hərbi təyyarələrinin İrəvana gəlməsi böyük sual altındadır. Bunun səbəblərindən biri Moskva-İrəvan münasibətlərinin kəskinləşməsi, digəri isə Ermənistanın maliyyə imkanlarının yoxluğudur. “Jamanak” qeyd edir ki, təyyarələrin alınması üçün Ermənistanın maliyyə krediti ilə, yoxsa nağd pulla ödəniş edəcəyi məlum deyil. Məsələnin qeyri-müəyyən olaraq qalması isə təyyarələrin alınmasını da sual altına alıb: “Burada söhbət “kiçik olmayan” silah növlərindən gedir. Amma Ermənistanın maliyyə imkanları bu silahları almağa imkan vermir. Rusiya isə, əvvəlki kimi, Ermənistana kredit ayırmaqda maraqlı deyil. Deməli, təyyarələrin ölkəyə çatdırılması da sual altına düşür. Bu durumda Azərbaycan vəziyyətin və ya status-kvonun idarə edilməsi, eləcə də növbəti sabitliyin təmin olunması məsələsində kifayət qədər incə xəbərdarlıq nümayiş etdirir. Status-kvonun idarəetmə mexanizmi hərbi-siyasi və hərbi-texniki balansla birbaşa əlaqəlidir. Bu balansın təmin olunması üçün Ermənistanın hərbi-texniki imkanlarının geniş şəkildə modernləşdirilməsi olduqca vacib məsələdir. Amma buna maliyyə imkanı yetmir. Digər bir diqqətə çatdırılmalı məsələ isə sözün əsl mənasında bu silahların hansı qiymətə başa gələcəyidir. Ermənistan üçün bunlar ciddi problemdir”. Məhz bu durumda Rusiyadan Azərbaycana yeni silahların gəlişinə görülən hazırlıq düşmən ölkədə əsl şok effekti yaradır. Bunu rus hərbi ekspert İqor Korotçenko da xüsusi vurğulayır və qeyd edir ki, Ermənistan tərəfindən Rusiyanın Azərbaycana silah satmasına görə etirazlar hər zaman olur. Amma bunun praktik baxımdan heç bir təsiri yoxdur. Onun sözlərinə görə, həm Rusiya, həm də Belarus Azərbaycana müasir silahlar satıb və satmaqda davam edəcək: "Vəziyyət dəyişməyəcək. Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində ən vacib tərəfdaşlarından biridir və Rusiya silahlarının davamlı tədarükünə arxalana bilər. Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar isə bunu heç bir şəkildə dəyişdirə bilməz. Rusiya hər dəfə bildirir ki, Azərbaycana müasir silah tədarükü hər hansı üçüncü ölkəyə qarşı deyil, Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini möhkəmləndirməyə yönəlib. İrəvanın narazı olması faktı başadüşüləndir, çünki Azərbaycan Silahlı Qüvvələri daha müasir, güclü və keyfiyyətli olur. Rusiya silahları Azərbaycan ordusunun imkanlarını xeyli artırır". Digər ekspertlər hesab edir ki, artıq İrəvanın bundan müvafiq nəticə çıxarmasının vaxtı çoxdan çatıb. Əks təqdirdə, alınan yeni silahların hədəfində kimlərin olacağı heç kimə sirr deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:38
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ