30/01/2020 01:47
728 x 90

Səfir Hidayət Orucov Qırğızıstan XİN-in 75 illik yubiley medalı ilə təltif olundu - FOTO

img

Qırğızstan KİV-i məlumat verir ki, 3 dekabr 2019-cu ildə Azərbaycanın Qırğızıstanda səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.

Görüşdə bu il oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla  Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində keçirdiyi ikitərəfli görüşünün nəticələrinin icrası məsələləri müzakirə edilib. Qeyd olunub ki, ölkələrimiz arasında bütün sahələrdə işbirliyinin gücləndirilməsi dövlət başçılarının perspektivli siyasətinin prioritet istiqamətlərindədir. Dövlət başçılarının görüşündəı razılaşdırımış məsələlərin icrası ilə bağlı geniş müzakirə aparılıb.

Görüşün əvvəlində nazir Ç.Aydarbekov Qırğız Respublikasında diplomatik korpusun duayeni Hidayət Orucovun Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu qeyd edərək, ona “Qırğız Respublikası Xarici İşlər Nazirliyinin 75 illiyi (1944-2019)” yubiley medalını təqdim edib.

Qeyd edək ki, bu mükafata Qırğız Respublikasının diplomatik korpusundan yalnız səfir Hidayət Orucov layiq görülüb.

Son xəbərlər