22/09/2020 05:14
728 x 90

Azərbaycanda kadr islahatlarını ləkələmək istəyən “erməni variantı” - klanlararası mübarizənin nəticəsi…

Samir Adıgözəlli: “Yaydıqları dezinformasiyanı Azərbaycan dilində bizim izləyicilərə oxudurlar”

img

Azərbaycanda islahatların aparılması göz önündədir. Əslində, daimi aparılan islahat kursu bu il daha geniş sahələri əhatə etməyə başlayıb. Struktur və kadr islahatına vətəndaşlar rəğbətlə yanaşırlar. Hiss edilir ki, ölkədə həyata keçirilən bu yeniləşmə kursuna demokratik ölkələr də  böyük dəyər verirlər. Çünki bir sıra bəyantlarda buna edilən işarələr nəzərə çarpır.

İslahatlara erməni mediasının özünəməxsus tərzdə verdiyi reaksiya və bu yöndə apardıqları təbliğat maraqlı görünür. Erməni KİV-nin verdiyi aqressiv reaksiyadan bu qənaətə gəlmək olar ki, onlar ciddi narahatlıq keçirirlər. Azərbaycanda gedən yeniləşməni isə islahat yox, “klan mübarizəsi” kimi qələmə verməklə onlar hansı hədəflərə çatmaq istəyirlər?

  • “Ermənilərin islahatlara ləkə atmaq cəhdi xarici aləmə bunu yanlış təqdim etmək, daxilimizdə isə münasibətləri qızışdırmaqdan ibarətdir”

İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin bu narahatlığı başadüşüləndir: “Bilirsiniz ki, düşmən ölkə həmişə rəqibinin zəif olmasını istəyər. Bu heç də belə anlama gəlməsin ki, Azərbaycan hazırda zəif durumdadır. İndi vəziyyətdə belə Azərbaycan onlardan qat-qat güclüdür. Bizdə gedən islahatların mahiyyəti belə izah olunur ki, idarəetmə aparatının gəncləşməsi ölkənin daha da inkişaf etdirilməsinə hesablanıb. Həyata keçirilən bütün tədbirlər ölkənin dinamizmini  artırır. Ermənilər bunu diqqətlə izləyirlər. Ona görə də prosesə ləkə yaxırlar. Məsələnin başqa bir tərəfi isə ideoloji mübarizə ilə bağlıdır. Bu da informasiya vasitəsilə həyata keçirilir. Fikir versəniz görərsiniz ki, ermənilərə məxsus KİV daim ölkədəki  milli və regional münasibətlərin qızışdırılmasına meyl edir. Cünki bu, həssas məsələdir. Mən yaxından izləyirəm ki, onlar sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərirlər. Azərbaycan dilində yaydıqları informasiyaları pullu reklama qoyub, bizim seqmentə istiqamətləndirirlər. Bilirsiniz ki, sosial şəbəkələrdə belə bir funksiya var. Yəni auditoriyanı seçə bilirsən. Onlar da auditoriya kimi Azərbaycanı seçirlər. Yaydıqları dezinformasiyanı Azərbaycan dilində bizim izləyicilərə oxudurlar. Böyük əksəriyyət heç məlumatın ermənilər tərəfindən yayıldığının fərqinə vara bilmir. Bu yöndə əsasən Ermənistanın ictimai radiosunun saytı aktiv fəaliyyətdədir. Onların saytına nəzər yetirsəniz görərsiniz ki, Azərbaycan dilində aktiv xəbər istehsal edirlər. Ermənilərin islahatlara ləkə atmaq cəhdi xarici aləmə bunu yanlış təqdim etmək, daxilimizdə isə münasibətləri qızışdırmaqdan ibarətdir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər