Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Çavuşoğlu öz rəsmi "Twitter" hesabında paylaşım edib.
“Can Azərbaycanın Dövlət Bayrağı günü mübarək olsun! Bir kərə yüksələn bayraq bir daha enməz!", - deyə Türkiyə XİN başçısı qeyd edib və bir video paylaşıb.
Can Azərbaycanın Bayraq Günü mübarək! Bir kərə yüksələn bayraq bir daha enməz! <pic.twitter.com/eSyOXmBWPT — Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 9, 2019
Can Azərbaycanın Bayraq Günü mübarək! Bir kərə yüksələn bayraq bir daha enməz!
Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.
Onu da qeyd edək ki, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyə Respublikasında işgüzar səfərdədir. Səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasında iştirakdır.