Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan diplomatiyası Ermənistanı ABŞ və Rusiyanın gözündən tam saldı

Image


Cənubi Qafqazın lider dövləti olan Azərbaycana beynəlxalq miqyasda marağın artması, ölkəmizlə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşməsi işğalçı Ermənistanda indi böyük təşviş, həm də qısqanclıqla qarşılanır. Bu hal, xüsusən də Qərb dövlətləri, o cümlədən ABŞ-la ölkəmiz arasında ən fərqli sferanı əhatə edən əlaqələrin intensivləşməsi fonunda özünü qabarıq formada büruzə verir.  

Ermənistanda hesab edilir ki, Azərbaycanın ABŞ-la intensivləşən hərbi, siyasi əlaqələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın okeanın o tayından daha çox dəstək alması ilə nəticələnəcək.

Ümumiyyətlə, hadisələrin inkişaf axarı Azərbaycanla ABŞ arasında həqiqətən, hərb sferası da daxil olmaqla, münasibətlərin yüksələn xətt üzrə inkişafını aydın surətdə nümayiş etdirir. Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfə daim hər iki tərəfdən yüksək qarşılanıb. Onu da xatırladaq ki, ABŞ və Azərbaycan arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlığın tarixi  Azərbaycanın müstəqilliyinin bərpasının ilk vaxtlarına gedib çıxır. O vaxtdan bəri ABŞ Azərbaycanla bu istiqamətdə əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Son dövrlərdə isə münasibətlərdə yeni intensivlik nəzərə çarpır. Hətta ABŞ, əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycana artıq hərbi texnikaların satışında belə maraqlı olduğunu açıq bəyan edir. Belə vəziyyət isə, yuxarıda qeyd olunduğu kimi, Ermənistanda böyük narahatlıq yaradır. Erməni amerikaşünas Suren Sarkisyan bu xüsusda bildirir:

“Birləşmiş Ştatlarla əməkdaşlığı regional kontekstdə müşahidə etsək, ABŞ-ın Ermənistandan fərqli olaraq Azərbaycanla aktiv gündəmi var”.

O, cəmi bir neçə gün bundan öncə Azərbaycan və ABŞ müdafiə nazirlərinin görüşünü, ikitərəfli əlaqələrlə bağlı bəzi proqramları müzakirə etdiyini xatırladıb: “Gürcüstanla da məzmunlu iş var, silahlı qüvvələr, təhlükəsizlik sistemi və sair. Türkiyəyə gəlincə, bu gün müəyyən qədər gərginlik var, lakin Türkiyə Birləşmiş Ştatlar üçün strateji əhəmiyyətə malikdir və bugünkü pis münasibətlər belə qalmayacaq, təbii olaraq əlaqələrin istiləşməsinə doğru yerdəyişmələr olacaq. İran isə ABŞ-ın hədəfində hər zaman bir nömrəli düşmən kimi qalır”. Erməni amerikaşünas bildirib ki, müqayisədə hər şeyi düzgün müşahidə edilib: “Yenidən müqayisəyə toxunaq: Azərbaycan müdafiə naziri ABŞ Müdafiə naziri ilə görüşüb, lakin bizim müdafiə nazirimizlə hələ görüş olmayıb. Ümid edirəm ki, görüş planlaşdırılma mərhələsindədir. Həm Azərbaycan, həm də Gürcüstan rəsmiləri ilə aktiv əlaqələr var. Bu baxımdan onlar daha irəli gedib, Birləşmiş Ştatlarla daha operativ və effektiv işləyirlər. Azərbaycan bu məsələdə çox nailiyyətlər əldə edib. Bizdə isə problemlər qalmaqdadır. ABŞ üçün Azərbaycan daha vacibdir”.

Xatırladaq ki, ötən ayın sonunda NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantısı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri Mark Esperlə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib. Tərəflər Azərbaycanla ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşün bilavasitə ABŞ tərəfinin təşəbbüsü ilə baş tutması elə o vaxtdan Ermənistanda böyük narahatlıq yaradıb.

Azərbaycandan fərqli olaraq, ABŞ-da Ermənistan rəsmilərini yüksək səviyyədə qəbul etmirlər. Erməni politoloq Suren Sarkisyan bildirir ki, bu, ABŞ-ın Azərbaycan və Ermənistana hansı münasibət bəsləməsinin real təzahürüdür. Onun sözlərinə görə, ABŞ təkcə son 2 ildə Azərbaycana 100 milyon dollar hərbi yardım edib: "Ermənistana münasibət isə fərqlidir. Bizə hərbi yardım, demək olar ki, dayandırılmaq həddinə gəlib çatıb. Cari il ərzində Ermənistana demokratik inkişaf, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik, energetika, təhsil, ingilis dilinin tədrisi, meşə xidmətləri və digər sahələr üçün yardım ayrılıb. Bu fonda diqqətçəkən məqamlardan biri Azərbaycan müdafiə nazirinin Pentaqon rəhbəri ilə görüşərək ikitərəfli hərbi əməkdaşlığı müzakirə etməsidir. Bizim müdafiə naziri hələ də belə görüş keçirə bilməyib.  Ermənistan baş nazirinin isə, ən yaxşı halda, ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələr ofisinin direktoru Şeril Fernandes ilə görüşü baş tutur. Bunlar da ABŞ  üçün Ermənistanın arxa plana düşdüyünü təsdiq edir. Amma onların Azərbaycana münasibəti fərqlidir".

Digər erməni ekspert Edvard  Sanamyan vurğulayır ki, Azərbaycan geosiyasi müstəvidə daha uğurlu manevrlər edərək Rusiyanın ardınca ABŞ-ı da öz yanına çəkir. Onun sözlərinə görə,  Ermənistan Suriyaya göndərilən hərbi heyətin fəaliyyəti ilə bağlı ABŞ-ın qəzəbinə tuş gəlib: "Suriyada erməni hərbi heyətinin Rusiya himayəsi altında fəaliyyət göstərməsi ABŞ-ın hələ də qəzəbinə yol açan məqamlardan biridir. Bu fonda Donald Tramp administrasiyası təhlükəsizliyə yardım məqsədilə Azərbaycana ayrılan yardımı nəzərəçarpacaq dərəcədə artırıb. 2018-2019-cu maliyyə ili ərzində Azərbaycana edilən yardımın həcmi 100 milyon dollardan artıq olub. Gələn il bu məbləğ bir qədər də arta bilər. Əvəzində isə Ermənistana bu istiqamətdə yardımlar azalır. ABŞ Ermənistan hakimiyyətinin siyasəti ilə barışmır və Azərbaycan da bundan istifadə edərək Vaşinqtonla da münasibətlərini gücləndirir. Təbii ki, əsas məqsəd də Qarabağ məsələsində ABŞ-dan daha çox dəstək almaqdır".

Ermənistanın “armenianreport.am” saytı isə yazır ki, Rusiyadan sonra Azərbaycana ABŞ tərəfindən də dəstək artsa, Qarabağ məsələsində İrəvan çox çətin duruma düşəcək: “İnqilabdan sonra bizi Avrasiya bataqlığına daha güclü bağladılar və kiçicik bir müqavimət göstərmədən onda batırıq. Məsələn, Avrasiya İqtisadi Birliyi və KTMT Rusiya ilə münasibətlərdə kolonializmi daha da gücləndirir. Ermənistanın Kremldən asılılığına son qoymaq şüarı ilə meydana atılan Paşinyana camaat inandı və istədiyi kresloya doğru irəliləməkdə ona dəstək oldu. Ancaq indi nə baş nazir özü, nə də ətrafı xarici siyasət vektorunu dəyişmək və Ermənistanı Qərbə yönəltmək haqda verdikləri vədi xatırlayır. Özləri özlərini bataqlığın daha da dərininə çəkirlər. Fakt kimi İrəvanda keçirilən bir iclası misal göstərmək olar. Belə ki, İrəvanda Müdafiə Nazirliyinin binasında “KTMT Parlamentlərarası Assambleyasının iclası” adlanan parazitlərin müntəzəm toplanışı keçirilir, iclasda təşkilatın üzv ölkələrindən olan deputatlar və hətta Serbiya deputatları da müşahidəçi qismində iştirak edir. Bu yığıncaqda rusları Putin Rusiyasının ən güclü siyasətçilərindən biri, gözlərinə görə “ikinci Surkov” adlandırılan Vyaçeslav Volodin təmsil edir. Yəni Rusiyanın ideologiyasına və siyasətinə böyük təsir göstərən bir insan. Rəsmi mətbuat məmnuniyyətlə bildirir ki, “iclası parlamentin spikeri Ararat Mirzoyan və Dövlət Dumasının sədri Vyaçeslav Volodin açaraq, parlamentlərarası, o cümlədən müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib”. Başqa sözlə, Mirzoyan müdafiə sahəsini rəsmi mətbuatda “strateji müttəfiq” adlanan, amma reallıqda türk və azərbaycanlılar  kimi ermənilərin düşməni olan ölkənin nümayəndələri ilə müzakirə edir. Eynilə, Azərbaycan rəhbərinin çəkmələrini yalamağa hazır olan KTMT heç öz üzvünü müdafiə etmək fikrində deyil. Yaxud Mirzoyan və onu bu iclasa göndərən Paşinyan düşünürlər ki, biz Azərbaycanın aprel savaşının soyuq duş olduğunu unutmuşuq. Onda onlara xatırladırıq ki, 2016-cı ilin aprelində nə Rusiyadan, nə də KTMT-dən hər hansı diplomatık və ya mənəvi dəstək aldıq.

Moskva dəfələrlə bəyan edib ki, Azərbaycana ən müasir hərbi texnikanı verməyə hazırdır. Rusiyada Azərbaycana hörmətlə yanaşılır, Ermənistanı isə saya salmırlar, çünki ermənilər Moskvadan asılı vəziyyətdədir. İrəvandakı yuxarıda barəsində bəhs edilən iclas kimi gicbəsər hadisələr rusları yalnız gücləndirir. Və Paşinyan özü siyasəti ilə Kremlə həqiqətən heç yerə getməyəcəyini sübut edir. Cəmi bir il yarımdan sonra Qərb “inqilab lideri”ndə Kremlin növbəti itaətkar kuklasını görərək bundan tamamilə məyus olub. Bu səbəbdən ABŞ-ın Ermənistana mövcud münasibətində Vaşinqtonu günahlandırmaq çətin məsələdir. Rus diqtəsindən əsl bir qurtuluş istəyirik və bunun üçün ilk növbədə onu qoruyan qurumları - KTMT və AİB-ni tərk etmək lazımdır, bu üzvlük bizə yaxşı bir şey verməyib. Volodinin başçılıq etdiyi parazitlərin iclası bir sübutdur ki, inqilab aşiqi artıq rusların əlində itaətkar bir alətə çevrilib. Lakin maraqlıdır ki, bunun əvəzində Rusiya yenə Ermənistana yuxarıdan aşağı baxır. Azərbaycana isə, qeyd olunduğu kimi, hörmətlə yanaşılır. Bunların əvəzində Qərbdən də dəstək görmürük. ABŞ kimi nəhəng üçün Azərbaycan, Türkiyə ilə əməkdaşlıq prioritetdir. Bakı bütün bunlardan istifadə edib daha çox beynəlxalq dəstək almağa çalışır ki, Qarabağ münaqişəsini istədiyi çərçivdə daha tez həll edə bilsin”.

Erməni mediasında bu qeyd edilənlərdən bir daha bəlli olur ki, İrəvan bu gün nə ABŞ-da, nə də Rusiyada hörmətlə qarşılanır. Əksinə, ona sadəcə bir vasitə, alət kimi yanaşılır. Belə vəziyyətdə böyük dövlətlərin diqqətini Azərbaycan üzərində cəmləməsi isə, təbii ki, Qarabağ münaqişəsinin çözümündə də mühüm yeniliklərə yol aça bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ