Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan 102-ci bazanın dəstəyindən məhrum olur

Image


Azərbaycana qarşı təcavüz siyasətini davam etdirən Ermənistanın bu vaxta qədər Rusiyaya, xüsusən də ərazisində yerləşdirilən 102-ci hərbi bazaya güvəndiyi heç kimə sirr deyil. Amma Nikol Paşinyan iqtidarının yürütdüyü siyasət və Moskva ilə yaranan problemlər bu gedişlə 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını istisna etmir. Çünki Paşinyan hakimiyyətində təmsil edilən müəyyən şəxslərə bağlı qurumlar bu xüsusda fəal iş aparır. Onlara Qərbdən də hər cür dəstək verilir. Hətta prosesə qonşu Gürcüstan da cəlb olunub.

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, Ermənistan işğal siyasətinin davam etməsində daim 102-ci bazaya güvəndiyini heç vaxt gtzlətməyib. Onlar hətta son vaxtlara qədər də bu fikirdə idilər ki, Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi təqdirdə Ermənistan bu bazanın yardımından istifadə edə bilər. Amma 2016-cı ilin aprel döyüşləri zamanı üzə çıxan reallıq ermənilərin bu ümidini tammailə alt-üst etdi. O vaxta qədər də 102-ci hərbi bazaya qarşı fəal iş aparan Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu bazaya qarşı Ermənistanda fəaliyyətin genişlənməsi müşahidə olunur. Maraqldır ki, Ermənistanla yanaşı, hazırda Gürcüstanda da bu bazaya qarşı fəal təbliğata start verilib. Gürcüstanın “Rezonansi” qəzeti yazır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun güclənməsi Gürcüstan üçün real təhlükədir. Qəzetin yazdığına görə, Rusiya və Gürcüstan arasında hərbi qarşıdurma vəziyyətində Gümrüdə yerləşdirilən 102-ci rus hərbi bazası Gürcüstana qarşı istifadə olunacaq. Hərbi analitik Vaxtanq Mayisayan qəzetə bildirib ki, Rusiya hərbi bazasının yerləşdirilməsi nəzərə alınmaqla, Gürcüstan mümkün hədəfə çevrilir: “Bənzər sxemlə Rusiya Abxaziyada da fəaliyyət göstərir, beləliklə Gürcüstan, faktiki olaraq, halqa içərisindədir”. Hərbi ekspertin sözlərinə görə, Rusiya və Gürcüstan arasında yeni hərbi əməliyyatlar halında təhlükə var. Belə ki, qarşıdurma baş verəcəyi təqdirdə rus qoşunları Ermənistandan Gürcüstanın Samtsxe-Cavaxeti rayonuna doğru hərəkət edəcək və Borjomi dərəsinə daxil olacaq. Qəzetin məlumatına görə, bundan sonra rus qüvvələri Abxaziya və Cənubi Osetiyada yerləşdirilən rus hərbçilərinə qoşulacaq: “İlk zərbə Tiflis, daha sonra, çox güman ki, Kutaisi və Zuqdidi istiqamətində olacaq, Batumiyə zərbə endirilməsi variantı da istisna edilmir”.

Xatırladaq ki, bu günlərdə Rusiya 102-ci hərbi bazanın döyüş potensialının yeni və modernləşdirilmiş silah, hərbi texnikalarla təkmilləşdirildikdən sonra iki dəfə artacağını bildirib. Elə bundan sonra Ermənistanda bu bazaya qarşı fəal təbliğata start verilib. Məsələn, erməni politoloq Ara Papyan qeyd edir: “Şərtlərin dəyişməsi haqqında yeni açıqlama olmadığına görə, güman etmək olar ki, 102-ci hərbi bazanın iki dəfə gücləndirilməsi xərclərini erməni tərəfi ödəməyə davam edəcək, yəni xərcimiz iki dəfə artacaq”. Onun sözlərinə görə, bu həqiqətən də Ermənistana aid hərbi baza olsaydı, o zaman yanaşma fərqli olardı: “Lakin biz dəfələrlə Rusiya tərəfindən eşitmişik ki, rus bazası Qarabağ məsələsi üzrə Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunmayacaq. Bizim Türkiyə vəziyyətində də narahatlıqlarımız var ki, bu hərbi bazanın müdaxiləsi, belə deyək, üç gün gecikə bilər”. Papyanın sözlərinə görə, Rusiyanın Suriyada da hərbi bazası var, lakin Türkiyəyə qarşı münaqişəyə müdaxilə etməyib, əksinə Türkiyə ilə əməkdaşlıq edir: “Bizim hansı zəmanətimiz var ki, eyni şey Ermənistanda təkrar olunmayacaq?”. Erməni politoloq bildirib ki, istənilən hərbi baza təkcə təhlükəsizlik komponenti deyil, eyni zamanda başqa ölkələr üçün hədəfdir: “Yəni Rusiya başqa bir ölkə ilə münaqişə etsə, Ermənistan Respublikasının ərazisi həmin ölkə üçün hədəf olacaq və biz daha həssas olacağıq. Mən hesab etmirəm ki, biz hər hansı münaqişəyə cəlb olunmaq üçün bu hərbi bazaya icazə verə və ya verməyə bilərik: ruslar bu hərbi bazaya tam nəzarət edir”.

Paşinyan hakimiyyətinə yaxınlığı və radikallığı ilə seçilən “Sasna Tsrer” partiyası da bazanın çıxarılmasını tələb edənlər sırasındadır. Partiyanın katibliyinin koordinatoru Varujan Avetisyan baza ilə bağlı qeyd edib ki, erməni-rus əlaqələrinin bütün sistemi köklü şəkildə yenidən nəzərdən keçirilməlidir:
“Bunların xarakterinə görə müstəmləkə olduğu müddətcə, Rusiya öz maraqlarını maraqlarımız hesabına həyata keçirəcək. Rusiya hərbi bazası da müstəsna olaraq Rusiya maraqlarını maraqlarımız hesabına müdafiə etmək üçün Ermənistan ərazisindədir. Buna görə də, hazırda regionda artan gərginliklər fonunda Rusiyanın bu cür yanaşması, fəaliyyətləri həyati maraqlarımıza toxuna və bizim üçün ekzistensial təhdidlər yarada bilər”. Avestisyan qeyd edib ki, bir gün Ermənistanda heç bir dövlətin hərbi bazası olmayacaq: “Rusiya beynəlxalq standartlara uyğun olaraq ərazimizi istifadə etdiyinə görə pul ödəməlidir, yalnız raket əleyhinə müdafiə qüvvələri və vasitələri buraxılmalıdır, quru bölmələri isə çıxarılmalıdır, çünki onların mövcudluğu Ermənistanın müstəqilliyinə və subyektivliyinə təsir edir”. Bunun ardınca Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun “Rusiyanın Ermənistandakı hərbi iştirakı və onun insan haqlarına təsiri” mövzusunda hesabatı üzə çıxıb. Artur Sakuntsun hesabatı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı“ proqramı çərçivəsində maliyyələşdirilib. Hesabatda deyilir ki, Ermənistanın əlində 102-ci hərbi bazanın fəaliyyətinə nəzarət və monitorinq üçün heç bir mexanizm yoxdur. Hesabatda bazanın fəaliyyətinin xronologiyası, hərbi bazaya dair iki ölkə arasında imzalanmış bütün sənədlər, Rusiya hərbçilərinin iştirakı ilə baş vermiş insidentlər, xarici hərbi iştirak və insan haqları arasında əlaqə təqdim olunur. Sakunts rus hərbi bazasının fəaliyyətinə nəzarət etmək mexanizmlərinin yoxluğu nəticələri haqqında danışarkən Moldova təcrübəsini təqdim edir: “Bu, Moldovanın Dnestryanı bölgəsində insan hüquqlarının pozulması üçün kifayət qədər ciddi problemə səbəb olub və bununla bağlı Avropa Məhkəməsinin məşhur “İlasku Moldova və Rusiyaya qarşı” adlı qərarları da var. Qərarda Rusiya Federasiyası günahkar kimi tanınıb. Belə ki, Rusiya bu regionu de-fakto idarə edərək insan hüquqlarının pozulmasına görə cavabdehdir”. Sakunts bildirib ki, Ermənistan dövlət büdcəsindən rus hərbi bazasının həyat fəaliyyəti üçün ayrılan maliyyə vasitələri belə gizli saxlanır. Onun sözlərinə görə, Ermənistanın müdafiə büdcəsi açıqdır, lakin rus hərbi bazasına nə qədər pul ayrıldığı dövlət sirridir. Sakunts qeyd edib ki, bu, konseptual baxımdan anlaşılmazdır. Məsələyə artıq  Rusiyanın Ermənistandakı səfirliyi sərt reaksiya verib. Səfirlik bildirir ki, 102-ci hərbi bazanın fəaliyyətinin müxtəlif aspektləri barədə erməni cəmiyyətinin məlumatlandırılmasının vacibliyini şübhə altına almır və bu planda Rusiya tərəfi dialoqa açıqdır. “Lakin sual veririk: nəyə görə ölkələrimizin nə az, nə çox, suverenliyinə və təhlükəsizliyinə aid olan, ikitərəfli münasibətlərin fundamental məsələlərinə dair “araşdırmalar” Qərb fondlarından maliyyələşdirilir? Rusiya hərbi kontingentinin Ermənistanda mövcudluğunun öldürücü nəticələri barədə çoxsaylı “müstəqil” araşdırmaların müəlliflərinin məqsədi nədir?  Sonda iki dövlətin tarixi əlaqələrinin dağıdılması kimə sərfəlidir?”. Səfirlik bu cür ”müstəqil araşdırmaların” obyektivliyinin də sual altında olduğunu bildirir. Doğrudur, Rusiya səfirliyinin qəzəbli bəyanatlarında Ermənistan hakimiyyətinin 102-ci bazaya qarşı aparılan təbliğatda iştirakı kənarda saxlanır. Lakin “Qərbdən maliyyələşən həmin QHT-lər və KİV-lər” hamısı əslində elə Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr arasında yer alıb. Özü də onlar indiki Ermənistan hakimiyyətinin kursunun müdafiəçiləridir. Digər tərəfdən, Paşinyan hökumətinin bir çox üzvlərinin Rusiyaya qarşı bəyanatları və fəaliyyətləri barədə faktlar Rusiya mətbuatında da dəfələrlə sadalanıb. Bu baxımdan Rusiya səfirliyinin bəyanatında həm də hökumətə ünvanlanmış mesajlar olduğunu elə erməni mediası özü də xüsusi vurğulayır. Hesab edilir ki, vəziyyət bu həddə davam edərsə, Moskva bazanı Ermənistandan çıxara bilər. Bunu Rusiyanın birinci dərəcəli dövlət müşaviri, siyasi analitik Modest Kolerov da istisna etmir. Kolerovun sözlərinə görə, Gümrüdə yerləşdirilmiş 102-ci rus hərbi bazasının döyüş qabiliyyətinin iki dəfə artırılması faktına baxmayaraq, onun Ermənistandan çıxarılması planı Ermənistanın hazırkı hakimiyyətinin fəaliyyət perspektivində mümkündür: “Müvəqqətilərin hakimiyyəti gec ya tez sona çatacaq. Rusiya Azərbaycanla cəzbedici, Türkiyə ilə hazırda müvəqqəti heyranedici münasibətlərə malik olaraq sabahın təhdidləri haqqında düşünür. Bunlara rəğmən, mən bir daha təkrar edirəm ki, bazanın çıxarılması kursunu Paşinyan hökumətindən gözləyirəm”. Digər ekspertlər də prosesin elə bu istiqamətdə getdyini vurğulayır. Aydındır ki, bazanın Ermənistandan çıxarılması istiqamətində tələbləri Moskva asanlıqla qəbul etməyərək, Ermənistana təzyiqləri artıracaq. Bu təzyiqlərin həm də Qarabağ kartı üzərindən olması tamamilə gözləniləndir. Məhz bu şəraitdə Moskvanın fəal dəstəyi ilə münaqişənin həllinin tezləşməsi də istisna olunmur. Amma artıq bir şey tam dəqiqdir ki, Qarabağ məsələsində ermənilərin 102-ci baza ümidləri heç vaxt doğrulmayacaq.  

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ