Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakı İrəvanın Tehran ümidləri üzərindən xətt çəkdi – “Yaddan çıxmış ölkəyə çevriləcək…”

Image


Son dövrlərə qədər Ermənistanın xarici iqtisadi fəaliyyətində ən çox ümid bəslədiyi ölkələrdən biri qismində İran çıxış edirdi. Amma Tehranın diqqətini daha çox Azərbaycanla həyata keçirilən transmilli layihələrə yönləndirməsi Ermənistanda böyük məyusluq yaradıb.

Ermənistanda dərc edilən “Qrapark” qəzeti yazır ki, İrəvanın bütün cəhdlərinə baxmayaraq, İranı maraqlandıran əsas məsələ Azərbaycanla birgə həyata keçirilən layihələrdir: “Çünki həmin layihələr praktiki icra mərhələsindədir və İran indi məhsullarını Azərbaycan üzərindən müxtəlif bazarlara çıxarmağa daha çox diqqət ayırır. Ermənistanla nəzərdə tutulan layihələr isə hələ də kağız üzərindədir və vəziyyətin yaxın tezlikdə dəyişəcəyinə hansısa ümid də yoxdur. Bunun əvəzində Azərbaycanla birgə həyata keçirilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi tam işə düşdükdən sonra Ermənistanın İranın yadından çıxması tamamilə gözləniləndir. Sanksiyalara görə iqtisadi çətinliklə üzləşən İranı Ermənistan daha az cəlb edir və Tehran üçün indi ən vacib məsələ “Şimal-Cənub”un mümkün qədər tez yekunlaşmasıdır”.

Hesab edilir ki, “Şimal-Cənub” dəhlizi işə düşdükdən sonra Ermənistan həqiqətən də yaddan çıxan bir ölkəyə çevriləcək. Bu fonda isə İran Azərbaycanla əlaqələri daha sürətlə genişləndirməyi düşünür. Bunu İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami də xüsusi olaraq vurğulayır. Nazir qeyd edir ki, İranla Azərbaycanı yalnız dəmir yolları deyil, eyni zamanda, avtomobil yolları birləşdirəcək. O bildirib ki, hazırda İranın Ərdəbil və Rəşt şəhərləri ilə Astara şəhəri arasındakı magistral yollarda yenidənqurma işləri aparılır: “Bu yollar genişləndirilir və ağır yüklərin daşınması üçün möhkəmləndirilir. Azərbaycanda Ələt-Astara (Azərbaycan) magistral yolu yenidən qurularaq istifadəyə verilib. Bu yolla İranın Astara şəhərinə daxil olan yük maşınları Astara-Ərdəbil magistralı ilə İranın Qərb vilayətlərinə, Astara-Rəşt yolu ilə Şərq vilayətlərinə gedə bilər”.

Nazir nəzərə çatdırıb ki, Azərbaycanla İran arasındakı avtomobil yolları yalnız iki ölkəni deyil, həm də Rusiyanı birləşdirəcək. Bu yollar İranla Azərbaycan və Rusiyanın cənub regionları arasındakı ticarət əlaqələrinin inkişafına təkan verəcək. Onun sözlərinə görə, qarşıdakı günlərdə İranda Miyana-Bastanabad dəmir yolu xətti istismara veriləcək ki, bu da “Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin mənzilbaşına çatdırılması vaxtını 5 saat azaldacaq. Nazir  bildirib ki, bu dəmir yolu vasitəsilə İranın qərb regionları da dəhlizdən istifadə edə biləcək. Qərb regionlarında fəaliyyət göstərən istehsal müəssisələri ixrac mallarını birbaşa “Şimal-Cənub” dəhlizi ilə hərəkət edən qatarlara yükləyəcək. İranlı nazirin açıqlamasından aydın olur ki, “Şimal-Cənub” dəhlizi, sanksiyalara baxmayaraq, tam gücü ilə fəaliyyət göstərəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ ilin əvvəlində İranın Çabahar limanını sanksiyalardan azad edib ki, bu da ölkənin tranzit imkanlarını daha da genişləndirib. Bu səbəbdəndir ki, dəhliz vasitəsilə Cənub Şərqi Asiya və Körfəz ölkələrindən Avropaya göndərilən yüklərin də həcmində artım müşahidə edilib. Həcmin daha da artması gözlənilir. Bu yüklər isə İrandan Azərbaycana, daha sonra Rusiya və Avropa ölkələrinə daşınır. Aydın olur ki, İranın tranzit imkanının artması Azərbaycan üzərindən daşınan yüklərin həcminin çoxalmasına səbəb olur.

Hazırda Cənub Şərqi Asiya və Körfəz ölkələrindən İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycana, buradan Rusiyaya, daha sonra isə Avropaya daşınır. Yüklərin Azərbaycan üzərindən daşınması isə ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olur. Bu fonda xatırladaq ki, "Şimal-Cənub" dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda, İran Astarasında Azərbaycan tərəfindən 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir.

Onu da xatırladaq ki, 2018-ci ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda, taxıl terminalının təməli qoyulub. Bu il martın 6-da isə “Şimal-Cənub” dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar hər iki ölkənin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək. Məhz bu vəziyyətdə, həqiqətən də, Ermənistanın İran üçün hansısa əhəmiyyəti də qalmayacaq. Çünki Tehranın maraq dairəsində olan ölkə məhz Azərbaycandır. Özü də tərəflər arasında əlaqələr təkcə nəqliyyat və ticarət sektorunu əhatə etmir. İranla Azərbaycanın enerji sahəsində də əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. İranın enerji naziri Rza Ardakian bu xüsusda  bildirib ki, hazırda iki qonşu ölkə arasında təbii qaz və elektrik enerjisi mübadiləsi həyata keçirilir. Bununla yanaşı, Araz çayı üzərində birgə inşa edilən su elektrik stansiyasının tikintisi davam etdirilir. Nazir onu da vurğulayır ki, hazırda Astara şəhərində 500 meqavatt gücündə elektrik stansiyası tikilir: “ Azərbaycanın bu stansiyanın tikintisinə sərmayə yatırması məsələsi müzakirə edilir. Stansiya istismara verildikdən sonra həm İranın, həm də Azərbaycanın sərhəd bölgələri dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq”.

Ardakian qeyd edib ki, sərhədyanı bölgənin enerji ilə təminatı əhalinin enerji tələbatını ödəməklə yanaşı, istehsal və emal müəssisələrinin yaranmasına və bölgənin iqtisadiyyatının inkişafına səbəb olacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan İranla birgə həyata keçrilən layihələrə həm də böyük miqdarda sərmayə yatırır və bu da Tehranı həmin layihələrdə xüsusi maraqlı tərəf edir. İranın Ermənistanla birgə layihələrində isə erməni tərəfi hansısa vəsait qoyuluşunu həyata keçirmir. İran da belə layihələri təkbaşına maliyyələşdirmək istəmir. Ona görə də İran-Ermənistan layihələri bu vaxta qədər kağız üzərində qalıb və görünən budur ki, bundan sonra da qalmaqda davam edəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ