Cümə axşamı günü, 05 noyabr 2026
     

“Əli Nağıyev Heydər Əliyevin dilindən yalan danışdı” iddiası - Heydər Əliyev belə edərdimi...

Image


Sabiq nazir Əli Nağıyev verdiyi son müsahibədə Prezidentin köməkçisi Əli Həsənov barədə bəzi fikirlər səsləndirib. Həmin fikirlərin mahiyyəti və konkret dəlillərə söykənməməsi Nağıyevin Əli Həsənovla şəxsi intriqası olduğuna şübhə yeri qoymur.

Ancaq maraqlıdır ki, Əli Nağıyev səsləndirdiyi sərsəm fikirləri mərhum prezident Heydər Əliyevin adı ilə arqumentləşdirmək istəyir. Azərbaycan xalqının mənəvi keyfiyyətlərinə aid olan məsələlərdən biri də budur ki, hansısa dedi-qodu ilə dünyasını dəyişən adamın ruhunu narahat etmək olmaz. Bu qayda hətta sadə adamlara münasibətdə belə qorunub saxlanılır. Ancaq, görünür, Əli Nağıyev üçün belə məsələlər elə də böyük əhəmiyyət kəsb etmir. Belə olmasaydı, o, xalqın sevimlisi olan bir liderin adını öz şəxsi intriqasına qatıb, onunla manipulyasiya etməzdi. Əli Nağıyevin  fikirlərindən sitat: “Mən hələ nazir idim, Heydər Əliyev məni çağırıb, Əli Həsənovun arxamca danışdığını söylədi. Heydər Əliyev mənə bildirdi ki, Əli Həsənov Əli Nağıyevin YAP-ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çevirdiyini deyir. Mən də Heydər Əliyevə bildirdim ki, Əli Nağıyev partiyanı deyil, nazirliyi YAP edir. Əsaslandırdım ki, məndən əvvəl Rəfael Allahverdiyevi və Əli İnsanovu daha böyük qurumlara vəzifəyə qoymusunuz, ancaq onlar partiyadan, demək olar ki, heç kimi irəli çəkməyiblər. Axı məni bu nazirliyə partiyadakı fəaliyyətimə görə nazir təyin etmisiniz. Bəs onda mən lazım olan kadrları haradan seçməliyəm? Sözsüz ki, partiyadan! Bu cavabımdan sonra Heydər Əliyev mənə bir kəlmə də artıq söz demədi”.

Əli Nağıyev daha sonra yenə adi bir məişət söhbətinə də Heydər Əliyevin adını qatır: “O vaxtı Əli Həsənovu bağıma aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir “lüsturası” var ki, düşsə, Prezident Aparatı uçar”.

Əli Nağıyev iddia edir ki, bütün bu söhbətləri ona Heydər Əliyev deyib. Faktiki olaraq, Heydər Əliyevin adını öz komanda üzvləri arasında gedən intriqalarda vacib element kimi qeyd etməyə can atır. Təbii ki, hamı bilir ki, Heydər Əliyev belə məişət məsələləri səviyyəsinə enən şəxsiyyət olmayıb. Əli Nağıyevin Heydər Əliyev barədə sələndirdiyi fikirləri nə dərəcədə əsaslı saymaq olar?

  • “Heydər Əliyev qlobal problemlərin yoluna qoyulması ilə məşğul olurdu”

Vaxtilə Heydər Əliyevlə yaxın münasibətdə olmuş, onun idarəetmə prinsiplərinə yaxından bələd olan sabiq dövlət müşaviri Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əli Nağıyevin Heydər Əliyevə xitabən söylədiyi fikirləri inandırıcı saymır: “O dahi şəxsiyyətin dedi-qodu, məişət məsələləri, kimin evində nəyin olub-olmamsı ilə işi olmazdı. Və yaxud da kiminsə belə mövzuları onun yanında açmağa cəsarəti çatmazdı. Həmin dövrlərdə müharibə gedirdi, beynəlxalq münasibətlərdə gərginlik vardı. Heydər Əliyev belə qlobal problemlərin yoluna qoyulması ilə məşğul olurdu. Şəxsən mən dəfələrlə onunla şəxsi kontaktda olmuşam. Böyük dövlət adamı bütün görüşlərdə ancaq Azərbaycanı narahat edən məsələlər, xalqın taleyi ilə bağlı söhbətlər edirdi. Mən Əli Həsənova Heydər Əliyevin deyilən səviyyədə münasibət bəslədiyinə inanmıram. Beləydisə, niyə Heydər Əliyev gətirib Əli Həsənovu ən mühüm posta təyin edirdi? Əli Həsənov hələ Moskvada oxuyarkən Heydər Əliyevlə yaxın olub. Ondan sonrakı dönəmdə, Naxçıvan və Bakıda hər zaman Heydər Əliyevlə əlaqədə olub. Onların arasında güclü, qarşılıqlı etimad mühiti formalaşdırılmışdı. Belə dedi-qodular tarixdə olan gercəklərə kölgə sala bilmir.  Mən rəhmətə gedən bir şəxsin adından belə fikirlərin söylənməsini etik saymıram. Bu cür taktikadan istifadə etikadan kənar olmaqla yanaşı, həm də dövlətimiz üçün ziyanlıdır. Belə bir dönəmdə bu cür söhbətlər İlham Əliyevin yekdil komandasına ziyandan başqa nəsə vəd etmir. Əli Nağıyev nahaq yerə gücünü belə lazımsız fəaliyyətə xərcləyir. Bununla o, hakimiyyət daxilində hər hansı narazılığın yaradılmasına nail ola bilməyəcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ