Cümə axşamı günü, 05 noyabr 2026
     

Mətbuat Şurasında «Yeni Müsavat» qəzetinin 30 illik yubileyi qeyd edildi - FOTO

Image


«Yeni Müsavat» qəzetinin 30 illik yubileyi Azərbaycan Mətbuat Şurasında qeyd edilib. Bu münasibətlə noyabrın 1-də Şuranın İdarə Heyəti üzvlərinin toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, müasir dövr jurnalistikamızın ən populyar media orqanlarından olan «Yeni Müsavat» qəzetinin fəaliyyətdə olduğu ötən 30 il həm ümumən ölkəmizin, həm də mediamızın tarixi baxımdan son dərəcə mühüm mərhələdir. “Bu mərhələyə nəzər salarkən görürük ki, yubilyar nəşrin müstəqillik, istiqlal baxışlarının carçısı olan ideoloji mərkəzdən peşəkar jurnalistika məktəbi statusunadək olan inkişafından danışmaq üçün kifayət qədər dolğun əsaslar var. «Yeni Müsavat» özlüyündə bir tarixdir. Bu tarixin yaradılması üçün əməksevərliyin, prinsipiallığın, qətiyyətin peşəkarlıqla çulğalaşması tələb olunurdu ki, bu missiyanı da Rauf Arifoğlu başda olmaqla nəşrin kollektivi üzərinə götürməyi bacardı. Nəticə etibarilə «Yeni Müsavat» milli ruhlu nəşr statusu qazandı. Belə bir zirvənin fəthi 30 ilin ən böyük mükafatıdır», - deyən Ə.Amaşov rəhbərlik etdiyi qurumun diplomunu «Yeni Müsavat» qəzetinin baş redaktoru R.Arifoğluna təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli «Yeni Müsavat» qəzetinin fəaliyyətə başladığı dövrün çətinliklərindən söz açıb. Belə bir şəraitdə mətbu orqan təsis etməyin fədakarlıq olduğunu vurğulayıb. O bildirib ki, zaman keçdikcə, yubilyar nəşr daha da inkişaf edib. Bu günün «Yeni Müsavatı»ı istər yayımı, istərsə də tirajı baxımından ön sırada dayanan kütləvi informasiya vasitəsidir.

MŞ İdarə Heyətinin üzvü, «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev «Yeni Müsavat» qəzetinin böyük yol keçdiyini vurğulayıb. Baş redaktor bildirib ki, həmin yolun uğurunu şərtləndirən cəhət nəşrin həm siyasi, həm də sırf yaradıcılıq baxımından özünü təsdiqləyə bilməsidir. Buna görə də günümüzün «Yeni Müsavat» qəzeti həm də peşəkar jurnalistika məktəbidir.

MŞ İdarə Heyətinin üzvü, «APA Group»un rəhbəri Vüsalə Mahirqızı da çıxışında «Yeni Müsavat» qəzetini məktəb kimi səciyyələndirib. O, fikrini əsaslandırarkən bildirib ki, Qafqazın ən böyük media resursu statusuna layiq fəaliyyət göstərən yubilyar KİV-in yetirmələri hazırda digər media orqanlarında uğurla çalışmaqdadırlar. V.Mahirqızı, həmçinin, bildirib ki, «Yeni Müsavat» qəzetinin hazırkı yüksək mövqeyi Rauf Arifoğlunun xidmətidir. Baş redaktorun yaratdığı işgüzar mühit nümunədir. Həmçinin, onun müstəsna əməyinin nəticəsidir ki, ənənəvi mediadan onlayn mediaya uğurlu transformasiyanın modelinə çevrilmiş qəzet Azərbaycanın media brendi statusundadır.

MŞ İdarə Heyətinin üzvü, «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1989-cu ildə müstəqil qəzet yaratmağın məziyyətlərindən söz açıb. O bildirib ki, çətinliklərə qatlaşmaq əzmi «Yeni Müsavat»ı Azərbaycanın ictimai rəyində oturuşmuş media orqanına çevirib. Nəşrin qazandığı mövqeni qoruyacağına əminliyini ifadə edən V.Rəhimzadə bunun üçün qəzetin yaradıcı potensialının və zəngin təcrübəsinin olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı qeyd edib ki, ötən 30 illik müddət «Yeni Müsavat»a Azərbaycan dövləti var olduqca, varolma təminatını qazandırıb. Bu, nəşrin son dərəcə böyük uğurudur və onun əldə edilməsi baş redaktor kimi R.Arifoğlunun müstəsna əməyinin, dözümünün həm nəticəsi, həm bəhrəsi, həm də mükafatıdır.

«Yeni Müsavat» qəzetini Azərbaycan mediasının simvolu və rəmzi kimi dəyərləndirən MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, yubilyar nəşr ən çətin dövrlərdə etibarlı tribuna rolunu oynamağı bacarıb. E.Mirzəbəyli, eyni zamanda, əminliyini vurğulayıb ki, «Yeni Müsavat»ın müasir müstəqillik dövrü tariximizdə daşıdığı missiya zamanla ciddi tədqiqatlar mövzusu olacaq.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl «Yeni Müsavat» qəzetinin keçdiyi yolun örnək mahiyyət daşıdığını bildirib. O qeyd edib ki, nəşrin bugünkü simasını və statusunu baş redaktor R.Arifoğlunun özünün peşəkar jurnalist kimi mahiyyəti, məxsusi yanaşma tərzi şərtləndirir.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, «Yeni Müsavat» qəzeti müstəqillik dövrü Azərbaycan tarixinin mühüm salnaməçisi kimi diqqətçəkən mətbuat orqanıdır. Bu cəhət xalqa xidmətin ən mühüm göstəricisidir. Yubilyar nəşrin ötən 30 illik fəaliyyət dövrü xalqa xidmətin ən müxtəlif təzahür formaları ilə zəngindir. Qəzetin hadisə və proseslərə münasibətindəki obyektivlik isə onun ictimai rəydəki başlıca populyarlıq təminatçısıdır.

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında «Yeni Müsavat»ın fəaliyyətə başladığı dövrə ekskurs edib. Bu baxımdan yaddaqalan məqamları diqqətə çatdıran Y.Məmmədli nəşrin dayanıqlı inkişaf yolunda olduğunu bildirib və əlavə edib ki, bu inkişaf, bütövlükdə, Azərbaycan mediasının ruhundan, mahiyyətindən irəli gələn mühüm göstəricidir.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli yubilyar nəşrin hər zaman milli xəttə sadiqliyini vurğulayıb. Bu mövqeni peşəkarlıq meyarı kimi dəyərləndirən M.Ələsgərli nəşrin əldə etdiyi uğurların məğzində R.Arifoğlu obrazının dayandığını önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, «Yeni Müsavat» qəzetinin 30 illik fəaliyyət dövrü böyük iradə və gücün təntənəsi kimi meydana çıxan prosesdir. O, yubilyar nəşri Azərbaycan tarixi baxımından mühüm mənbə kimi qiymətləndirib. A.Aşırlı, həmçinin, vurğulayıb ki, «Yeni Müsavat» Azərbaycanda ciddi jurnalist nəslinin formalaşmasında müstəsna xidmətləri olan mətbuat orqanıdır. Ən əsası isə qəzet milli ruhludur.

MŞ İdarə Heyətinin üzvü, «Azadinform» İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev «Yeni Müsavat»ı ölkəmizin informasiya təminatındakı mühüm etibarlı mərkəz kim xarakterizə edən cəhətlərə toxunub. Nəşrin gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə əminliyini ifadə edib.

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, «Yeni Müsavat» ümumxalq qəzeti kimi yaranmış media orqanıdır. T.Aydınoğlu nəşrin sonrakı illərdəki fəaliyyətinin, tutduğu mövqeyindən, hadisə və proseslərə yanaşmasından asılı olmayaraq, bu xəttə sadiqlik ruhuna kökləndiyini önə çəkib.

MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev çıxışında «Yeni Müsavat»ı milli ideya və ideallara sadiq peşəkar insanların eyni zamanda jurnalistikaya sevgi, bütövlükdə, söz sənətinə böyük ehtiramla çalışdıqları mərkəz olaraq dəyərləndirib.

Sonda çıxış edən «Yeni Müsavat» qəzetinin baş redaktoru R.Arifoğlu rəhbərlik etdiyi KİV-in, eləcə də özünün ötən 30 ildəki jurnalistlik fəaliyyətinin yaddaqalan anlarından söz açıb, xatirələrini bölüşüb. Toplantı iştirakçılarına təşəkkürünü bildirən R.Arifoğlu, eyni zamanda, vurğulayıb ki, ötən 30 ildə baş redaktor kimi göstərdiyi fəaliyyət ona dəyərli həmkarlar qazandırıb və onlar yanaşma tərzlərindən, mövqelərindən asılı olmayaraq, özlərini həmkar kimi təsdiqləməyi bacarıblar. Bu cəhət isə Azərbaycan jurnalistikasının özünəxas keyfiyyət göstəricisidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ