12/11/2019 04:30
728 x 90

Elmar Məmmədyarov Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın əsas prioritetlərindən danışdı

img

Azərbaycan heç bir hərbi birlikdə iştirak etmir və müstəqil siyasət həyata keçirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək. “Trend”in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov oktyabrın 23-də Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşündə deyib.

E.Məmmədyarov bildirib ki, ilk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti də keçiriləcək.

Nazir bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir: “Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

E.Məmmədyarov vurğulayıb ki, Qoşulmama Hərəkatı sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. O qeyd edib ki, qarşıda duran əsas məqsədlərdən biri təşkilatın fəaliyyətini yeni reallıqlara uyğunlaşdırmaqdır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Son xəbərlər