21/11/2019 00:34
728 x 90

Azərbaycan Prezident Administrasiyası Aİ-nin Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatını kəskin tənqid etdi

img

Avropa İttifaqının (Aİ) Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir. “Trend”in məlumatına görə, bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “EURACTIV Network”də dərc olunan məqaləsində deyilir.

Müəllif qeyd edib ki, Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi birtərəfli və təhrif olunmuş formada təqdim edilib: “Aşırı güc tətbiq olunması və onlarla şəxsin saxlanması barədə bəyanatlar həqiqətə uyğun deyil”.

O bildirib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam təmin olunub.

Bundan başqa, H.Hacıyev qeyd edib ki, bu il oktyabrın 8-də həmin qrupun Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu: “Amma onlar bunu günün hərəkətli vaxtında mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar. 18 oktyabr mitinqində Azərbaycan polisi peşəkar davranıb. Saxlanan şəxslər xəbərdarlıq alıb buraxılıblar. Heç kim xəsarət almayıb. Beləliklə bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatlar yalandan başqa bir şey deyil”.

Şöbə müdiri Avropa paytaxtlarında dinc aksiyalar zamanı aşırı gücdən, o cümlədən rezin güllələrdən, eləcə də itlərdən istifadə olunması faktlarını xatırladıb.

H.Hacıyev yazıb ki, bu mitinqin əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsini göstərmək idi: “Bu fəaliyyət daxili və xarici ictimai dəstək almağa yönəlmişdi. Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir”.

Son xəbərlər