Cümə axşamı günü, 05 noyabr 2026
     

KİVDF jurnalistlər üçün "DOST mərkəzləri müasir Azərbaycanın siması kimi" mövzusunda müsabiqənin qaliblərini mükafatlandırdı - FOTO

Image


Oktyabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "DOST mərkəzləri müasir Azərbaycanın siması kimi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

1 saylı DOST mərkəzində keçirilən tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə DOST mərkəzinin fəaliyyəti və burada əhaliyə göstərilən xidmətlərlə yaxından tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqları salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini xüsusi qeyd edib. O bildirib ki, bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub. Eyni zamanda həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramları getdikcə genişlənir. Nazir qeyd edib ki, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal, şəffaf, çevik iş mexanizmləri üzərində qurulması, vətəndaş məmnuniyyətinə nail olunması üçün mühüm islahatlar aparılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin gerçəkləşməsi bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. Nazir əlavə edib ki, bu ilin sonunadək 2, gələn il isə 8 əlavə DOST mərkəzinin istifadəyə verilməsi vətəndaş məmnunluğunun yüksək səviyyədə təminatına, xidmətlərin avtomatlaşdırılmasına və keyfiyyətinin yüksəlməsinə imkan verəcək.

Nazir həmçinin xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi müşavirədə gələn il də ciddi sosial proqramların icra ediləcəyini, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımların atılacağını bəyan edib. Dövlət başçısı, eyni zamanda, şəffaflığın, dövlət nəzarətinin və ictimai nəzarətin təminatını əsas vəzifələrdən biri kimi müəyyən edib, "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq", - deyə vurğulayıb.

Sahil Babayev müvafiq fəaliyyət sahələrində ictimai iştirakçılığın və ictimai nəzarətin, nazirlik üzrə məlumatların ictimai açıqlığının təmin edilməsi üçün görülmüş işləri qeyd edib. Bildirib ki, "e-sosial" internet portalı vətəndaşlara özləri barədə sosial xarakterli məlumatlara çıxış imkanı ilə bərabər, öz sosial hüquqlarının təminatına da geniş ictimai nəzarət imkanı verib. Burada özünüməşğulluq proqramının iştirakçıları, onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin rəsmi saytında "İşsizin DOSTu" proqramı iştirakçılarının siyahısı təqdim olunur.

Nazir ictimaiyyətlə əlaqələrin effektiv təşkilində, ictimai məlumatlandırmada media ilə fəal əməkdaşlığa da xüsusi önəm verildiyini vurğulayıb. Nazir əlavə edib ki, "DOST mərkəzləri müasir Azərbaycanın siması kimi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin təşkilində məqsəd dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə göstərilməsinə imkan verən DOST layihəsinin üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. Nazir müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu sosial islahatlar paketi 2019-cu ildə vətəndaşların sosial rifah halının əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edib. O, son 1 il yarımda nazirliyin səmərəli və çevik fəaliyyətinin əhalinin sosial rifah halının yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədinə xidmət etdiyini bildirib. Hökumət üzvlərinin iştirakı ilə keçirilmiş son iqtisadi müşavirədə nazirliyin uğurlu fəaliyyətinin dövlətimizin başçısı tərəfindən də qeyd edildiyini xatırladan Vüqar Səfərli qazanılan nailiyyətlərə görə nazir Sahil Babayevi təbrik edib.

Çıxışını davam etdirən icraçı direktor həmçinin bildirib ki, Fondun fəaliyyətində başlıca istiqamətlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir. Vüqar Səfərli əlavə edib ki, bu məqsədlə mütəmadi olaraq konfranslar keçirilir, fərdi jurnalist yazıları təşkil olunur. Son 1 il yarımda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 4 belə müsabiqənin keçirildiyini xatırladan Vüqar Səfərli bunu nazirliyin mediaya açıq olması və səmərəli fəaliyyəti kimi dəyərləndirib.

İcraçı direktor həmçinin vurğulayıb ki, 24 iyul 2019-cu il tarixdə elan edilən və 27 sentyabr 2019-cu il tarixdə başa çatan müsabiqəyə 17 KİV-dən 29 yazı təqdim edilib. Yazılar 3 nəfər ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi (1 nəfər) üçün 1000 manat, II yerin qaliblərinin (2 nəfər) hər biri üçün 800 manat, III yerin qaliblərinin (3 nəfər) hər biri üçün 500 manat, eləcə də həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarının (5 nəfər) hər biri üçün 200 manat pul mükafatı və diplomlar nəzərdə tutulub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dövlət qurumlarının fəaliyyətində mətbuatla sıx əməkdaşlığın, o cümlədən belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, qalibləri təbrik edib. Ə.Amaşov bildirib ki, dövlət başçısının uğurla reallaşdırdığı iqtisadi islahatların nəticəsi kimi son illər əhalinin sosial müdafiəsi mexanizmləri təkmilləşir, bu sahədə xidmətlərin səviyyəsi yüksəlir.

Mətbuat Şurasının sədri sosialyönümlü islahatların uğurla reallaşdırılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, xüsusən də regionlarda yaşayan əhalinin maarifləndirilməsi istiqamətində nazirliklə medianın birgə və səmərəli fəaliyyətinin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ