17/11/2019 03:27
728 x 90

Kremldən kürd YPG-yə xəbərdarlıq... “Sərhəddən çəkilməsələr Türk ordusu tərəfindən əziləcəklər”

img

Xəbər verildiyi kimi dünən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən 6 saatlıq görüşdə "təhlükəsiz zona" barədə razılığa gəliblər.

Baki-xeber.com xəbər verir ki, bu razılaşma çərçivəsində Türkiyənin “Barış Pınarı” hərbi əməliyyatı ilə terrordan təmizlədiyi yerlər Türkiyə Silahlı Qüvvələrinin əlində qalacaq. Sərhədin digər xəttində türk və rus əsgərləri 10 km dərinlikdə patrul keşiyi çəkəcək. YPG 30 km-lik zolaqdan tam çıxacaq. Rusiya və Əsəd qüvvələri terrorçuların çıxarıldığı bölgəyə girəcək.

Bu gün isə Kremldən gələ yeni açıqlamada "YPG, Türkiyə sərhədindən çəkilməzsə Türk ordusu tərəfindən əziləcəyi" deyilir. Açıqlamda, ABŞ-ın terror təşkilatını Türkiyə sərhədində saxlamağa çalışdığı və bir qarşıdurma yaratmaq istədiyi də iddia edilir.

"ABŞ kürdlərin ən yaxın müttəfiqi oldu. Ancaq yenə də onları tərk etdilər. Əslində onlara xəyanət etdilər və indi kürdləri sərhədi saxlamağa və türklərlə savaşa məcbur edirlər. YPG geri çəkilməsə Suriyanın sərhəd təhlükəsizliyi və Rusiya hərbi qüvvələri bölgədən geri çəkilmək məcburiyyətində qalar. Türkiyə və Rusiya razılaşması çərçivəsində də, YPG Türk ordusu tərəfindən əzilər" – Kremlin açıqlamasında deyilir.

Son xəbərlər