21/11/2019 00:03
728 x 90

Beynəlxalq inspeksiya qrupu Naxçıvanda tankların və zirehli döyüş maşınlarının sayını yoxladı - FOTO

img

Naxçıvan Muxtar Respublikasında növbəti dəfə beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib. Baki-xeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Norveç Krallığının rəhbərlik etdiyi və tərkibində Danimarka, Lüksemburq, Niderland, İspaniya və ABŞ-dan olan nümayəndələrin də yer aldığı 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, artilleriya və minaatan qurğularının sayı yoxlanılıb, Təlim-Tədris Mərkəzinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

Yoxlamanın sonunda beynəlxalq inspeksiya qrupuna və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın gəzməli-görməli yerlərində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Son xəbərlər