20/11/2019 23:21
728 x 90

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir

XİN rəhbərlərinin iclasına sədrlik Azərbaycana keçdi

img

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşü keçirilir. Trend-in məlumatına görə, XİN rəhbərlərinin görüşü Qoşulmama Hərəkatına üzv ölkə rəhbərlərinin XVIII Sammiti ərəfəsində 2 gün - 23-24 oktyabrda baş tutacaq.

21-22 oktyabr tarixlərində isə iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü keçirilib.

Qoşulama Hərəkatının Xarici İşlər nazirlərinin (XİN) iclasına sədrlik Azərbaycana keçib.

Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə qurumun inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Son xəbərlər