Cümə axşamı günü, 05 noyabr 2026
     

İlqar Məmmədovun “qadınlar dəstəsi” ailənin mənəvi əsasları üçün təhlükəli konvensiyanı Azərbaycana gətirmək istəyir

Image


Azərbaycanda ailə dəyərləri tarixən yüksək qiymətləndirilib, bu müqəddəs məfhumun mühafizə və müdafiə edilməsi əsas götürülüb. Çox təəssüflər olsun ki, son zamanlar cəmiyyətdə müəyyən qüvvələr “qadın azadlığı, gender bərabərliyi” adı altında müxtəlif təxribatçı fikirlər irəli sürürlər.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Real Partiyasının sədri İlqar Məmmədovun öyrədərək təxribata cəlb etdiyi bir qrup qadın şəhərin mərkəzində icazəsiz aksiya keçirməyə cəhd göstərdi. "Konvensiyanı rədd etmə, qadınları qətl etmə!" və digər şüarlar səsləndirilən bu aksiyada bir qrup “azad qadın” Azərbaycanın İstanbul Konvensiyasına qoşulmasını tələb edirdi. Sözsüz ki, “azad qadın” dəstəsinin bu aksiyası milli adət-ənənələrimizə, ailə dəyərlərimizə zərbə vurmağa, onları laxlatmağa nail olmağa hesablanmışdı.    

Barəsində danışılan İstanbul Konvensiyasının ("Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyası) Azərbaycan tərəfindən imzalanmasına, ratifikasiya olunmasına yönəlik çağırışlar edən İlqar Məmmədovun “azad qadın” dəstəsi, əslində, bununla Azərbaycan xalqının ənənəvi ailə modelini dağıtmaq niyyəti güdür.

Qeyd edək ki, konvensiyanın tələbləri ilə tanış olan ekspertlər qeyd edirlər ki, əslində, bu sənəddə qadın hüquq və azadlıqlarının təmin olunmasından çox, başqa məsələlər əsas götürülür. Daha dəqiq desək, bu sənəd ənənəvi ailə modeli və bütünlükdə adına milli mental dəyərlər dediyimiz adət-ənənələrin aradan qaldırılmasına, ailədə ənənəvi qadın stereotiplərinin sındırılmasına hesablanıb. Yəni İstanbul Konvensiyası hüquqi sənəddən daha çox ideoloji sənəddir. Bu ideoloji sənəd də ailələrin əridilməsinə, milli ailə institutlarının məhv edilməsinə hesablanıb.

  • “Urra” psixologiyası ilə qadınlar bu tendensiyanın, İstanbul Konvensiyasının arxasınca gedəcəkcə, biz Azərbaycandakı qutsal ailə dəyərləri ilə vidalaşmalı olacağıq”

Məsələyə münasibət bildirən filologiya üzrə fəsləfə doktoru, dosent, tanınmış qələm adamı Esmira Fuad hesab edir ki, Avropa Şurasının bizə qəbul etdirmək istədiyi sənədlərin bir çoxu zərərlidir və milli dəyərlərimizin, ailə institutumuzun dağılmasına hesablanıb. E.Fuad hesab edir ki, İstanbul Konvesniyasının qadın hüquq və azadlıqlarının gender bərabərliyinin qorunmasına deyil, birbaşa ailə dəyərlərinin dağıdılmasına hesablanması təhlükəli tendensiyadır. Azərbaycanda bəzi qüvvələrin bu sənədin qəbul edilməsinə tərəfdar olmasından təəssüfləndiyini deyən E.Fuadın sözlərinə görə, Azərbaycan dövləti İstanbul Konvensiyasına qoşulmamaqla, onu ratifkasiya etməməklə ailə dəyərlərimizi təhlükədən qoruyur. “Bəzi qrupların Azərbaycanı bu kimi ideoloji konvensiyalara qoşmaq istəyini normal qəbul etmirəm. Bilirsiniz, biz həmişə deyirik ki, Avropaya, dünyaya inteqrasiya edək, onlara qoşulaq. Olsun. Amma nədə? Biz onların yaxşı şeylərini götürək, pis şeylərini yox. Təəssüf ki, bizə Avropanın zərərli dəyərlərini qəbul etdirmək istəyirlər. Bizim özümüzün çox yüksək dəyərlərimiz var ki, bu dəyərlər ən sivil sayılan ölkələrə də nümunə ola bilər. Məsələn, böyüyə hörmət, kiçiyə sevgi, qadına, anaya hörmət bizim cəmiyyətdə əsrlərlə mövcud olub, bu gün də davam edir. Türk ailəsində hər zaman ana, qadın xüsusi hörmət sahibi olub. Təbii ki, Azərbaycanda insan hüquqlarının qorunmasına həmişə böyük əhəmiyyət verilib, bu müvafiq sənədlərdə də öz əksini tapıb. Qadın hüquqlarının qorunması sahəsində də yüksək pillədəyik. Mən Güney Azərbaycan ədəbiyyatının araşdırıcısı kimi hər zaman güney azərbaycanlı qadınlarla Quzey Azərbaycandakı qadınların ailədə və cəmiyyətdəki mövqeyini müqayisə etmişəm. Quzey Azərbaycanda qadınlar daha çox cəmiyyətdə, Güney Azərbaycanda isə ailədə daha azaddırlar. Quzey Azərbaycan qadınları cəmiyyətdə, ictimai aləmdə daha üstün mövqeyə malikdirlər. Azərbaycan qadını özünü tamamilə işə həsr etməli deyil, qadın ailəyə də üstünlük verməlidir. Biz dəyərlərimizin, əldə etdiklərimizin qədrini çox zaman bilmirik. İstanbul Konvensiyasının qəbul edilməsinə gəlincə, deyim ki, bu konvensiyanın əsas məqsədi ənənəvi ailə modelini, ailə dəyərlərini dağıtmaqdır. Mən ənənəvi ailə modelinin qorunmasının tərəfdarıyam, üç-beş insanın ambisiyasına görə öz ənənələrimizdən, əsrlərlə formalaşan ailə gələnəklərindən, ailə institutundan imtina etməyi heç cür qəbul edə bilmərəm. Bir ziyalı kimi bunu pisləyirəm. Müəyyən siyasi qüvvələr tərəfindən Azərbaycana daşınıb gətirilməsi nəzərdə tutulan hər bir zərərli ideologiya bizim ailə dəyərlərimizi sarsıtmağa hesablanıb. Amma biz buna imkan verməməliyik. Əsrlərdən bəri daşınıb yaşadılan ənənəvi ailə gələnəklərinin qorunmasının, təbliğ edilməsinin tərəfdarıyam, özüm də bu yoldayam. Qadınlara İstanbul Konvensiyasının tələblərinə uyğun “azadlıq verilməsi”nin tərəfdarı deyiləm. Bəzi qadınlar azadlığı necə görmək istədiklərini anlaya bilmirəm. “Urra” psixologiyası ilə qadınlar bu tendensiyanın, İstanbul Konvesniyasının arxasınca gedəcəkcə, biz Azərbaycandakı qutsal ailə dəyərləri ilə vidalaşmalı olacağıq. Qadına “azadlıq” verilməsi o demək deyil ki, o istədiyini etməlidir. Bu bizi hara aparacaq, heç onu düşünüblər?”.

E.Fuadın sözlərinə görə, Azərbaycan dövlətindən İstabul Konvensiyasının qəbul edilməsini tələb edənlər Avropanın özünün Şərq dəyərlərini mənimsəyərək onun üzərində inkişaf etdiyindən xəbərləri yoxdurmu?

Alim hesab edir ki, Azərbaycan dövlətində qadın hüquq və azadlıqları kifayət qədər qorunur və bəzi qruplar da bundan sui-istifadə edərək daha böyük “azadlıq” tələb etməməlidirlər. E.Fuadın dediyinə görə, hər bir Azərbaycan vətəndaşı ailə dəyərlərimiz üçün zərərli olan tendensiyalara, ideologiyalara qarşı mübarizə aparmalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ