20/11/2019 23:08
728 x 90

Qoşulmama Hərəkatının Bakı sammitində 60-a yaxın ölkə lideri iştirak edəcək və dörd sənəd qəbul olunacaq

img

158 ölkə Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək sammitində öz iştirakını təsdiqləyib. Bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.

"158 ölkə Qoşulmama Hərəkatının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək sammitində öz iştirakını təsdiqləyib", - deyə R.Həsənov bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, sammitdə 4 sənədin qəbul edilməsi nəzərdə tutulur.

R.Həsənov əlavə edib ki, 246 yerli və xarici jurnalist sammiti işıqlandırmaq üçün akkreditasiyadan keçib.

Ramiz Həsənov deyib ki, Venesuela prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək sammitində iştirak edəcəyi gözlənilir.

"Maduronun sammitdə iştirak edəcəyini gözləyirik", - deyə o, bu gün brifinqdə bildirib.

R.Həsənovun sözlərinə görə, ümumilikdə sammitdə 60-a yaxın prezident və hökumət başçısının iştirakı gözlənilir.

Sammitdə Qoşulmama Hərəkatına sədrlik üç il müddətinə Venesueladan Azərbaycana keçəcək.

Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammiti çərçivəsində nazirlər görüşündə iştirak etmək ehtimalı azdır.

“Daha əvvəl S.Lavrovun Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak edəcəyi planlaşdırılırdı. Görünür, onun səfəri baş tutmayacaq. Çünki bu günlərdə, 23-24 oktyabr tarixlərində Soçidə Rusiya-Afrika sammiti keçiriləcək”, - deyə o, bildirib.

Qoşulmama Hərəkatının Sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammitdən əvvəl 21-22 oktyabr tarixlərində rəsmi şəxslərin hazırlıq görüşü və 23-24 oktyabr tarixlərində nazirlərin hazırlıq görüşü keçiriləcək.

Son xəbərlər