17/11/2019 04:37
728 x 90

Azərbaycanı qaralamağa çalışan Avroittifaqın öz mərkəzində yüzlərlə insan polis zorakılığına qarşı küçələrə çıxdı - FOTO

img

Belçikanın paytaxtı Brüssel şəhərində polis zorakılığına etiraz olaraq aksiya keçirilib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Belçikadakı müxtəlif dərnəklərin və qeyri-hökumət təşkilatlarının çağırışı ilə 200-ə yaxın nümayişçi Brüssel şəhərinin mərkəzindəki Albertina Meydanına toplaşıb.

Belçika polisinin xüsusilə etiraz aksiyalarında "həddindən artıq zorakılıq" etməsinə qarşı keçirilən nümayişdə "Ədalət olmazsa barış olmaz", "Polis zorakılığına son", "İrqçi polisə son" və "Biz ədalət istəyirik" kimi şüarlar səsləndirilib.

Etirazçılar "Polis zorakılığına qarşı durun" yazılmış pankartlar açıblar.

Bütün bunlara baxmayaraq, etirazçılar ətrafında sıx təhlükəsizlik tədbirləri də diqqətlərdən yayınmayıb.

Onu da qeyd edək ki, Brüsseldə baş verənlər oktyabr ayının 19-da Bakının mərkəzində icazəsiz aksiyadan sonra baş verib. Həm də, polis zorakılığı əleyhinə keçirilən bu aksiya Azərbaycanda polisin qanun çərçivəsində atdığı addımlara zorakılıq, işgəncə donu geyindirməyə çalışan Avropa İttifaqının mərkəzi hesab edilən Brüsseldə baş verir. Həm də elə İttifaqın, “polis zorakılığı” adı ilə Azərbaycanı qaralayan bəyanatından iki gün sonra, paytaxtı Brüssel yüzlərlə insanın polis zorakılığına qarşı etiraz aksiyasına səhnə olur...

Fransada, Barselonada, başqa adını çəkmədiyimiz Qərb ölkələrində, hətta onlarla insanın ölümü, şikəst olması ilə nəticələnən zorakılıqlara susdular. Vəziyyət o həddə çatdı ki, bütün dünyaya demokratiya dərsi keçməyə çalışan Avroittifaqın mərkəzində insanlar polis zorakılığına qarşı küçələrə çıxır... 

Brüsselin mərkəzində polis zorakılığına qarşı etiraz aksiyası əslində Avropa İttifaqının ikili standartlar siyasətini növbəti dəfə ifşa edir.

TAHİR

Son xəbərlər