21/11/2019 17:06
728 x 90

İslahatlara qarşı çıxanlar barədə Prezidentin ittihamlarına “Polisə Dəstək” İctimai Birliyindən də dəstək gəldi...

img

Oktyabrın 19-da “Polisə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

İclasda oktyabrın 15- də Azərbaycan Prezidenti yanında keçirilən iqtisadi müşavirədə ölkədəki islahatlara, dövlətin daxili və xarici siyasətinə qarşı olanlara dövlət başçısı İlham Əliyevin reaksiyası və bu istiqamətdəki tapşırıqlar  müzakirə edilib. “... Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunub. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir...!” Bu ifadələri həmin müşavirədə Prezident söyləyib.

Hakimiyyətin 4-cü qolu kimi diqqət çəkən mətbuatda da maraqlı şəxslər tərəfindən islahatlara qarşı meydan açılır. Hesab edirik ki, bu da dözülməzdir. Dövlətin bərabər hüquqlu vətəndaşlarının müəyyən, lap az hissəsi  bizə qarşı çıxırsa, deməli bizdən deyillər, biz də onlara qarşı olmalıyıq.

“Polisə Dəstək” İctimai Birliyinin İdarə Heyəti bəyan edir ki, ölkədəki davamlı sabitlik, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan Polisinin 141 ölkə arasında keçirilən tədqiqatın nəticəsinə görə 18-ci yerdə qərar tutması,  polis orqanlarına əhali tərəfindən etibarın və inamın artması, mülkiyyətin və şəxsiyyətin toxunulmazlığının konstitusion müdafiəsi dövlətin düşünülmüş və uzunmüddətli siyasətinin, milli fəaliyyət proqramlarının və strategiyasının təmin olunmasının canlı təzahürü kimi qəbul edilməlidir.

Prezident korrupsiyaya, sui-istifadə və digər qanunazidd, xoşagəlməz hallara qarşı mübarizədə vətəndaş cəmiyyyətinin və ictimai nəzarətin artırılmasına da önəm verir. “Polisə Dəstək” İctimai Birliyi Prezidentin ifadələrinə yüksək dəyər verərək və vətəndaş cəmiyyətinin fəal iştirakçısı olaraq bəyan edir ki,  dövlətin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, bu islahatlara qarşı olanlara ictimai nəzarət gücləndirilməli, hər cürə qanunazidd hallarla mübarizədə dövlətin müvafiq qurumlarına dəstək verilməlidir. Biz, Prezidentin vurğuladığı kimi, islahatlara alternativi olmayan bir yolun yolçusuyuq və bu yolda birgə addımlayacağıq.

Son xəbərlər