Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanda yeni müxalifət - tam yenidən yaranacaq, ya köhnələr transformasiya olunacaq...

Image


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu günlərdə öz “Facebook” hesabından yayımladığı “Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib” başlıqlı məqaləsində maraqlı məqamlara toxunub.

Məqalədə bildirilir ki, bu ölkədə yenilənmək istəməyənlər yalnız 26 ildir Azərbaycanı xaos və anarxiyaya sürükləyən radikal müxalifət cəbhəsinin rəhbərləridir: “Uzun illərdir heç bir cəlbedici ideya və yaxud alternativ təklif ortaya qoya bilməyən, eyni cəfəng fikirləri təkrar-təkrar tirajlayan, bir neçə ambisiyalı şəxsin ətrafında cəmləşərək gecə-gündüz hakimiyyət eşqi ilə qovrulan, əsassız iddialarla dövlət qurumları və dövlət qulluqçularını mənəvi terrora, biabırçı söyüş kampaniyasına məruz qoyan, Azərbaycan cəmiyyətini ənənəvi pozucu fəaliyyətləri ilə bezdirən, 1990-cı illərin kif bağlamış qaranlığından çıxmaq iqtidarında olmayanlar keçən bütün dövr ərzində dayanmadan ölkədə hakimiyyətin dəyişməsini tələb etmişlər. Əlbəttə, heç bir iqtidar daimi deyil. Hər hansı bir siyasi partiyanın formalaşdırdığı iqtidarın ölkəni hansı müddətdə idarə etməsini Azərbaycan xalqı seçki yolu ilə müəyyən edir. Bu il fevralın 18-də qələmə aldığım “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləmdə də qeyd etmişdim ki, cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən, müxalifətin cari proseslərə, gələcəyə hesablanmış proqramlara, konsepsiyalara baxış və rəylərini öyrənmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı, ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin, hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazır formada qalması üçün vacib şərtdir”.

Əli Həsənov məqaləsinin sonunda radikal müxalifətin yenilənməyə ehtiyacının olduğuna işarə edir: “Bəli, bu gün Azərbaycanda hər şey inkişaf edir və yenilənir. Hətta müxalifətin əsas etiraz məkanı olan “Məhsul” stadionu da yenidən qurulur, təmir olunur və müasir görkəm alır. Amma 26 il müddətində radikal müxalifət düşərgəsində rəhbər kürsüləri zəbt edərək, sivil istefa nümunəsi ortaya qoymağı bacarmayan Əli Kərimli tipli “əvəzsiz liderlər” təmsil olunduqları düşərgədə istənilən pozitiv dinamikanı öz mövcudluqları üçün təhlükə hesab edirlər. Buna görə də xalq tərəfindən kütləvi şəkildə boykot olunmuş bu radikal və dağıdıcı müxalifət “liderlərindən” qurtuluşun tam zamanıdır. Dinamik inkişaf edən, müasirləşən Azərbaycana, yeniləşən cəmiyyətimizə, yenidən qurulan geniş meydanlara sağlam düşüncəli təşkilatlar, qurucu, konstruktiv və sağlam müxalif qüvvələrin gəlişi zamanın tələbidir”.

Əli Həsənovun məqaləsinin başlığı və məzmunundan da görünür ki, mövcud şərait ölkədə yeni müxalifətin ortaya çıxmasını şərtləndirir. Həmin yeni müxalifət necə yaranmalıdır? Bunun üçün ən optimal variant hansı sayıla bilər: tam yenidən müxalifətin yaradılması, yoxsa köhnələrin  yenidən transformasiya olunması?

  • “Yaxın zamanlarda yetişərək siyasi arenaya çıxacaq gənclər...”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  hörmətli Əli Həsənovu o olduqca uğurlu bir siyasətçi kimi xarakterizə edir: “Mən müşahidə etmişəm, o hamı ilə açıq təmas qurur, tədbirlərdə də yaxınlaşıb hər kəslə ayrı-ayrılıqda görüşür. Yəni belə vizionu olan adam tam doğrunu söyləyə bilər. Bundan əlavə, Əli Həsənov uzun müddətdir hakimiyyətdə məhz siyasi sahəni, partiyalarla münasibəti kurasiya edir. Onun bu sahə ilə bağlı zəngin bilgiləri və təcrübəsi mövcuddur. Əli müəllimin məlum məqaləsi də çoxları üçün demokratiya dərsi sayılmalıdır. Mən də razıyam ki, bu zehniyyətlə radikal müxalifət uzağa gedə bilməz. Təbii ki, onların yenilənməsinə ehtiyac var. Fikir verirsinizsə, partiyalara rəhbərlik edənlər postlarından elə bərk yapışıblar ki, onu kiməsə vermək istəmirlər. Onlar sıralarına cəlb etdikləri gəncləri də qaranlığa, zülmətə aparırlar. Məsələnin başqa aspekti isə budur ki, həmin adamlar xalqdan qida almırlar. Onlar xaricdən idarə olunurlar. Kənardan idarə olunan adamdan  yaxşı nəsə gözləmək olmaz. Çünki onları idarə edənlər heç vaxt ölkəmizdə əminamanlığın olmasını istəmirlər. Bu yenilənməni artıq tarixi şərait də zəruri edir. Artıq yalanlar da yerimir. Xalq görür ki, bunlar yerindən tərpənə bilmir. Ona görə də əsl xalqın içindən çıxan müxalifətin formalaşması ilə proses yenilənə bilər. Yəni köhnələrin yeni qaydalara və ya şəraitə uyğun şəkildə transformasiya olunması mümkün deyil. Yaxın zamanlarda yetişərək siyasi arenaya çıxacaq gənclər həmin boşluğu doldura biləcəklər. Onda bunlar öz-özlərinə səhnəni tərk edəcəklər. Çünki kiminsə diqtəsi ilə idarə olunan adamların transformasiya olunması mümkün deyil. Sağlam müxalifət bütün dövlətlərə lazım olduğu kimi, bizə də gərəkdir. Ancaq niyyəti, düşüncəsi sağlam olan müxalifətdən söhbət gedir. Əli müəllimin anonsunu verdiyi proses yaxın zamanlarda startını götürəcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ