Cümə axşamı günü, 05 noyabr 2026
     

Türkiyənin Suriya əməliyyatları Ermənistanda Rusiya bazasının taleyi barədə müzakirəni yenidən qaldırıb

Image


Ermənistanda son günlərdə ciddi narahatlıq və narazılıq predmetinə çevrilən məsələlərdən biri də Türkiyənin Suriyada uğurla həyata keçirdiyi hərbi əməliyyatlardır. Düzdür, əməliiyatlar beş gün müddətinə dayandırılıb və proseslərin gedişi razılaşdırılmış 5 gün başa çatandan sonra onun daha geniş miqyasda davam etməsini istisna etmir, çünki PKK terrorçularının heç də hamısı Türkiyənin qoyduğu şərtə əməl edərək nəzərdə tutulan ərazidən tam şəkildə çıxmayıb.

Xatırladaq ki, PKK terror təşkilatı və dəstəkçilərinə Türkiyə sərhədindən 30 kilometr cənuba geri çəkilmələri üçün verilən 120 saatlıq müddət oktyabrın 22-də gecə saat 22:00-da başa çatacaq. “Sülh çeşməsi” hərəkatına bu məqsədlə verilən 5 günlük fasilə müddətində PKK, YPG-nin müəyyən sayda qüvvələri bölgədən çıxıb. 765 terrorçunun zərərsizləşdirildiyi, yüzlərlə terrorçunun yaralandığı və qaçdığı təşkilat ilk olaraq yaralıların təxliyəsi üçün Ras əl Eynə 39 avtomobildən ibarət təcili yardım konvoyu aparıb. Türkiyə Silahlı Qüvvələrinin nəzarəti ilə keçən avtomobillər yaralıları Təl Əmir bölgəsinə aparıb. Türkiyənin Müdafiə naziri Hulusi Akar hərəkatla bağlı açıqlamasında türk ordusunun çəkilmə prosesini yaxından izlədiyini deyib: “Proses ABŞ-la birlikdə izlənir. Ras əl Eyndən təşkilata aid 125 avtomobil çıxıb. Proses üçün verilən müddətin başa çatmasına az qalıb”. Təhlükəsizlik qaynaqları Ras əl Eyn mahal mərkəzindən PKK-çıların yalnız yarısının çəkildiyini bildirib. Şəhərdə minə yaxın terrorçunun olduğu ehtimal edilir.

Buna baxmayaraq, PKK Təl Abyaddan çıxmaq haqqında düşünmür. Terrorçular Təl Abyadın qərbinə sığınmağa çalışır. Belə vəziyyətdə Türkiyə hərbi əməliyyatların davam etdirilməsini qaçılmaz sayır. Bu fonda isə, ABŞ prezidenti Donald Trampın qərarına uyğun olaraq, ABŞ-ın Suriyadakı əsgərlərinin çəkilmə prosesi davam edir. Bu çərçivədə artıq Eyn İsa şəhərindəki “La Farge” fabriki, Hesekedəki Təl Bəydar bazası, Eyn əl-Ərəb və Münbiçdəki Dadat düşərgəsi boşaldılıb. Rəsmi Vaşinqton Suriyanın şimal-şərqindən çıxardığı hərbçilərini İraqa göndərməyi planlaşdırır. ABŞ müdafiə naziri Mark Esper 700-dən çox hərbçinin İraqın cənubunda yerləşdiriləcəyini və İŞİD-ə qarşı mübarizəni davam etdiricəklərini deyib. Qeyd olunur ki, Britaniya Xüsusi Hava Xidmətinin Xüsusi Qüvvələrə Dəstək Qrupunun əsasən paraşütçülərdən ibarət olan naməlum sayda hərbi qulluqçusu da çıxarılanlar arasında olub. Məlumata görə, çıxarılan hərbi qulluqçular arasında az sayda fransız da olub.

Qərb ölkələrinin atdığı bu addım indi Ermənistanda böyük təşvişlə qarşılanır, onlar hesab edir ki, ABŞ və Avropa Türkiyə qarşısında geri çəkilib. Erməniləri narahat edən odur ki, Suriyada istəyinə nail olduqdan sonra Cənubi Qafqaza daha çox diqqət yetirəcək Türkiyəyə Qərb hansısa formada müqavimət göstərməyəcək. Erməni ekspert Ruben Akopyan bildirir ki, bu şəraitdə Türkiyənin regionda Ermənistan üzərində təzyiqi daha çox hiss ediləcək: “Təəssüf ki, Yaxın Şərqdə cərəyan edənlərin nəticələri Ermənistanın lehinə deyil. Qərblə yanaşı, Rusiyanın da Türkiyəyə yaratdığı şərait Ankaranın geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Türkiyənin isə Ermənistana münasibəti məlumdur”. Bununla yanaşı, Ermənistanda belə çağırışlar da səslənir ki, Rusiya Türkiyə ilə sıx işbirlyini davam etdirib onun geosiyasi mövqelərinin güclənməsinə şərait yaradırsa, rus qoşunlarının Ermənistanda saxlanmasına ehtiyac yoxdur. Məsələn, erməni politoloq Aram Amatuni bildirir ki, yaranmış durumda rus ordusuna ehtiyac aradan qalxır: “Bir çoxu Türkiyənin Suriyadakı əməliyyatlarını Ermənistanda Rusiya hərbi bazasının mövcudluğuna haqq qazandırmaq və bu mövcudluqla bağlı hər hansı danışıqları, iradları rədd kimi qəbul edir”. Onun sözlərinə görə, hətta belə təəssürat yaranır ki, bu insanlar Suriyanın şimalındakı vəziyyətdən bir o qədər də narahat deyillər, onları narahat edən əsas amil Rusiya hərbi bazası və onun Ermənistandakı mövcudluğu barədə hər hansı bir müzakirəni istisna edə bilməkdir: “Ümumiyyətlə, burada problem daha genişdir və əslində ictimai şüurda Rusiyanın “xilaskar” rolunda olması güclü bir şəkildə ortaya atılır, “Türk amili” də bu məqsədlə istifadə olunur. Türkiyənin erməni amili ilə problemləri var və Ermənistanla həmsərhəddir. Bu kontekstdə, Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı mühakimələrlə ifadə olunan geniş bir tendensiya mövcuddur”. Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanın hərbi və siyasi təhlükəsizliyində böyük rol oynaması və Rusiya hərbi bazasının bu baxımdan ən vacib vasitə olması şübhə altındadır: “Hərbi bazanın Ermənistandan çıxarılmasına dair qəti iddiaların olduqca primitiv və ekstremal olması da şübhəsizdir. Ancaq problem burasındadır ki, əvvəla, hərbi bazanın mövcudluğu və Rusiyanın vacib rolu hələ də bu rolun fasiləsiz reallaşacağını bildirmir. Biz Rusiyadan aprel döyüşlərində yalnız ermənilərin hissləri ilə oynayarkən deyil, onu Türkiyə və Azərbaycanla ticarət obyekti halına gətirməkdə mühüm rol oynadığı vaxt əmin olduq. Buna görə, əsas məsələ Rusiyanın və onun hərbi bazasının Ermənistanın maraqları və təhlükəsizliyi kontekstində oynadığı, bu maraq və təhlükəsizliyin türklərlə ticarət edilməməsi vəziyyətinin necə qurulmasıdır. Burada vacib olan odur ki, Rusiyanın ən əsas  rolunu qeyd edərkən erməni xalqı heç vaxt “rolu və əhəmiyyəti” unutmasın. İstənilən halda, onun təhlükəsizliyinin heç bir xilaskardan qaynaqlanmadığını bilməli və bu “xilaskar” olmadan biz itib-batarıq deyə düşünməməlidir. Rusiyanı rolunu oynamağa məcbur etmək və onu türklərlə təhlükəsizliyimiz hesabına ticarətdən çəkindirmək üçün əsas səbəblərdən biri budur ki, Rusiyadan başqa müttəfiq və tərəfdaş təhlükəsizlik alternativimiz olmadığını heç vaxt düşünməməliyik. Buna görə Suriyadakı mövcud vəziyyət fonunda, əlbəttə ki, Rusiyanın Ermənistanla bağlı bir sıra problemli siyasi məqamlarının olduğunda israr etmək, amma təhlükəsizliyə alternativimiz yoxdur deyə bəzi mürəkkəb təbliğat texnologiyasından istifadə edilməsi təhlükəlidir. Bu, təhlükəli Rusiya-Türkiyə ticarətinin Ermənistanın hesabına başlaması və Ermənistanın və ermənilərin şüuruna alternativlərin olmamasını yeritməklə başlayır”.

O bildirir ki, belə vəziyyətdə rus ordusunun Ermənistandan çıxması hansısa ciddi təhdid mənbəyinə çevrilməyəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ