Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavinləri Əli Həsənovu və Hacıbala Abutalıbovu vəzifədən azad edilmələri ilə bağlı verdikləri ərizələrlə əlaqədar qəbul edib.
Prezident Hacıbala Abutalıbovun və Əli Həsənovun Azərbaycan Respublikası Baş nazirinin müavinləri vəzifələrindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.