13/11/2019 15:47
728 x 90

Paşinyan hələ siyasi məhbus olarkən ədliyyə nazirindən gördüyü şəxsi pisliyin qisasını aldı

Elçin Mirzəbəyli: “Nikol Paşinyanın sərgilədiyi davranışların təməlində qisasçılıq dayanır”

img

“Hrayr Tovmasyan Ermənistanın ədliyyə naziri postunu tutarkən Nikol Paşinyanın yazışma hüququ  qanunsuz olaraq məhdudlaşdırılıb”. Bu barədə öz “Facebook” səhfəsində Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan yazıb.

Mətbuatın suallarını cavablandırarkən o bildirib ki, həmin vaxt siyasi məhbus olan Nikol Paşinyana hər hansı qısa və uzunmüddətli görüşlər qadağan olunub: “Hrayr Tovmasyan ədliyyə naziri olan zaman Nikol Paşinyan həbs olunanda ona qısa və ya uzunmüddətli görüşlər verməyib. O vaxt mətbuatı izləyənlər bilirlər ki, N.Paşinyan həbsdə olarkən yazı yazmaq üçün lazım olan bütün vasitələrdən məhrum olmuşdu”.

Məlumdur ki, Ermənistanda hakimiyyətin törətdiyi qanunsuzluqlarla etiraz edən Konstitusiya Məhkəməsinin sədri H.Tovmasyan hazırda həbsdədir və onun ailəsinin əmlakı müsadirə olunub. Belə bir fikir səslənir ki, Tovmasyanın ailəsinin əmlakının müsadirə olunması N.Paşinyanın ondan qisas alması ilə ilə bağlıdır.

Belə anlaşılır ki, Ermənistan hakimiyyəti qisasçı bir siyasət aparır.

  • “…həbsə atdığı insanlar da, prinsip etibarilə, onun şəxsi maraqları çərçivəsində həbs olunan şəxslərdir”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi icmalçı Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, N.Paşinyanın sərgilədiyi davranışların təməlində qisasçılıq dayanır: “Onun həbsə atdığı insanlar da, prinsip etibarilə, onun şəxsi maraqları çərçivəsində həbs olunan şəxslərdir. Məlumdur ki, Ermənistanın sabiq hakimiyyətinin bütün nümayəndələri, o cümlədən, Serj Sarkisyan cinayətkardır. Və onların cinayətkar əməlləri haqqında kifayət qədər fakt var. Vaxtilə özünün həbs olunmasını Robert Köçəryana bağışlamayan Paşinyan Sarkisyanın Ermənistan xalqına qarşı daha ağır cinayət törətməsinin fərqinə varmır. Bu gün də Serj Sarkisyan sərbəst şəkildə Ermənistanda yaşayır. Bütövlükdə, N.Paşinyanın hər bir davranışı qisasçılıq zəminindədir. Əminliklə deyə bilərəm ki, bu şəxsin demokrat imicinin arxasında yırtıcı bir obraz dayanır”.

Günel CƏLİLOVA

Son xəbərlər