Cümə axşamı günü, 05 noyabr 2026
     

Eçmiədzinə 2700, İrəvana 2801 il yaş - erməni saxtakarlıqları baş alıb gedir

Image


Qondarma tarix yaratmaqda pərgar olan ermənilər uzun müddətdir İrəvan şəhərinin tarixini saxtalaşdırmaq sahəsində də işlər görürlər. Bundan başqa, onlar saxta yollarla hazırda dünya ermənilərinin dini mərkəzinə çevirdikləri Eçmiədzin kilsəsinin də tarixini “qədimləşdirmək” yolunu tutublar. Ötən il Ermənistanda İrəvan şəhərinin “2800 yaşı” qeyd edildi, bu il isə şəhərin “2801 yaşı”nı qeyd edirlər. Hətta İrəvanın meri Ayk Marutyan şəhərin “2801 yaşı” münasibətilə sakinləri təbrik edib.

Onu da vurğulayaq ki, 2007-ci ildə nəşr edilən “Bolşaya Rossiyskaya Ensiklopediya”nın 9-cu cildində İrəvan haqqında bunlar yazılıb: “17-ci əsr boyu İrəvanın bütün əhalisi müsəlmanlar olub. 1820-ci ildə İrəvanın əhalisi 11,5 min nəfər olub. 19-cu əsrin sonunda isə əhalinin sayı 29 min nəfərə çatıb. Bu say Rus İmperiyasının Osmanlı İmperiyası və İrandan erməniləri köçürməsi sayəsində formalaşıb”.

Bu gün Ermənistanda İrəvanın tarixinin bu şəkildə saxtalaşdırılması, onun yaranma tarixinin təhrif edilmiş formada təqdim olunması bir kampaniyaya çevrilib. 

Azərbaycan tarixçiləri isə qeyd edirlər ki, İrəvan qədim yox, orta əsrlərdə yaradılan bir şəhərdir.

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın qeyd etdiyinə görə, İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olub. O bildirir ki, İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. “Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir.

Erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olmuşdur. Orta əsrlərdə artıq şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebuni qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından sonra İrəvan şəhərinin ərazisi genişlənərək Erebuni qalasının yerləşdiyi Qanlı təpəni öz içərisinə almışdır. Urartululara aid mixi yazılardan aydın olur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır...”.

O vurğulayır ki, İrəvanın Urartu çarı I Argişti tərəfindən e.ə. 782-ci ildə əsası qoyulan Erebuni (İrpuni) şəhəri ilə eyniləşdirilməsi tarixin saxtalaşdırılmasının bariz nümunəsidir.

İrəvanın adının “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir.

N.Mustafanın sözlərinə görə, məşhur türk səyyah-coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllərinə aid edir. “Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da, öz növbəsində, 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur. Bəzi tədqiqatçılar İrəvan şəhərinin və qalasının salınmasının tarixçəsi ilə bağlı Övliya Çələbinin yazdıqları ilə razılaşır, bəziləri isə şəhərin tarixinin daha qədim olması haqqında yazan digər müəllifləri haqlı hesab edirlər. Fakt odur ki, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində, strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdır.

Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən-ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılara məruz qalmış, sonradan yenidən bərpa edilmişdir. 1554-cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın edərək ələ keçirmişdir. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa paşa yenidən İrəvanı işğal etmişdir.

Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə inşa edilmişdir. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı...” - deyə N.Mustafa qeyd edir.

1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə gedib. Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırım, onlara məxsus maddi mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilib. Məscidlərə od vurulub, azərbaycanlıların evləri talan və zəbt edilmişdi.

Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistanın siyasətinin tərkib hissəsi olub.

1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində, azərbaycanlıların izini silməyə xidmət edirdi. Göy məsciddə İrəvan şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirbulaq məscidindən başqa qalan bütün məscidlər yerlə yeksan edilmişdi. Dəmirbulaq məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı. Sərdar sarayı, İrəvan qalasının divarları sökülərək daşlarından Sahil bulvarının salınmasında istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayan məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.

N.Musatafa yazır ki, İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünüldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünki İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğuna görə ermənilər onların hamısını yer üzündən silmişlər. İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilib.

  • “İrəvan xanlarından qalan bütün abidələri yox etdilər, onların izlərini sildilər...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev də “Bakı-Xəbər”ə bildirdi ki, İrəvanın yaşının 2801 kimi təqdim edilməsi növbəti erməni saxtakarlığıdır. O hesab edir ki, İrəvan şəhərinin salınması tarixi məlumdur və bu şəhər orta əsrlərdə salınıb. “Bir məsələni qeyd edim ki, hara erməni ayağı dəyirsə, hara erməni nəfəsi toxunursa, mütləq orada saxtalaşdırma baş verir. Ermənilər o qədər yalan uydurub yazırlar ki, bu yazıların sayı-hesabı yoxdur. Hətta onlar özlərindən əvvəl yazanların da yazılarını, fikirlərini təkzib etməyə cəhd edirlər. Digər tərəfdən, İrəvanın qədim şəhər olmadığını, Eçmiədzinin də qədimlərdən ermənilərə aid olmadığını bütün dünya tarixçiləri, arxeoloqları bilir. Sovetlər dövründə İrəvanın 2650 illik yubileyi ermənilər tərəfindən keçiriləndə də onlar bu rəqəmi meydana gətirməyə çox ciddi saxtakarlıq hesabına nail olmuşdular. Ermənilər hətta başqa yerlərdən gətirdikləri qədim eksponatları İrəvan yaxınlığında aparılan arxeoloji qazıntı yerlərində basdırırdılar. Həmin tədbirdə iştirak edən alimlərin hamısı danışırdı ki, ermənilər burada nə qədər iyrənc, saxtakar əməllər həyata keçiriblər. Amma təəssüflər olsun ki, Sovet dövründə xristian həmrəyliyi mövcud olduğundan, ermənilərin iç üzünü açmağa imkan vermirdilər. Amma indinin özündə də hər şey yazılır, çəkilir, deyilir, yenə də ermənilər bu saxtakarlıqlardan əl çəkmək istəmirlər. Onlar heç bir fakta söykənmədən, əsaslandırmadan İrəvanın Erebuni olduğunu elan edirlər, ona saxta tarix düzəldib yubileyini keçirirlər. Pyatrovski hətta ermənilərin bu əməllərini özünün yazdığı 14 səhifəlik məqaləsi ilə ifşa etdi. Halbuki, ermənilərin tarixini ondan çox yazan olmayıb, o, saxta yollarla ermənilərin tarixini şişirdib. “Van çarlığı” və digər əsərləri, böyük monoqrafiyaları ilə bu işi görüb. Pyatrovski ilə o vaxt görüşlərdə, İqrar Əliyevin yanında ona demişəm ki, siz ermənilərin olmayan tarixini yaradıb və onu göylərə qaldırmısınız. O zaman “saxta” sözünü demək çətin idi. Ermənilər rus emissarlarının və erməni tarixçilərinin iştirakı ilə orta əsr şəhəri olan və Rəvanqulu xanın tikdirdiyi İrəvan şəhərini saxta yollarla Erebuni etdilər, indi də onun qondarma 2801 illiyini qeyd edirlər. Əlbəttə, Ermənistan hökuməti İrəvana saxta, qondarma 2801 illik keçirməklə bir daha göstərir ki, saxtakarlıq, yalan onun dövlət siyasətidir”.

Q.Hacıyev qeyd etdi ki, İrəvan şəhəri Rəvənqulu xanın dövründə salınmış, qala da onun tərəfindən inşa edilmiş qaladır, hər ikisi orta əsrə aiddir. “Üç-dörd gün bundan əvvəl İqdırda idim, İqdırla İrəvanın arası 16 kilometrdir. Biz gecə oradan İrəvana baxırdıq, gecə işıqlar görünür. İqdırla İrəvanın tarixi yaxınlığı da var. Yəni İrəvan çox uzaqda olmayan bir ərazidir, onların tarixi bir-birinə çox yaxındır. Qərbi Azərbaycan ərazisi Şimali-Şərqi Anadoluya qədər uzanıb gedirdi. Qərbi Azərbaycan təkcə indiki Ermənistanı deyil, böyük bir ərazini əhatə edirdi. O cümlədən də İrəvan şəhəri də onun tərkibində orta əsrlərin son dövrlərində tikilmiş şəhər və qala idi. Ermənilər o qalanı dağıtdılar, Sərdarabad qalasını məhv etdilər, İrəvan xanlarından qalan bütün abidələri yox etdilər, onların izlərini sildilər, məscidləri xaraba qoydular. Orada bir neçə məscid vardı və onların hamısının fotoşəkilləri vardı. İrəvanda ermənilər bircə məscid saxlayıblar, onu da utanıb çəkinmədən  “fars-İran məscidi” adlandırırlar. İranlı qonşularımız da gedib o məscidin açılışında iştirak edirlər. Həm Şuşada, həm də İrəvanda erməni saxtakarlığı baş alıb gedir” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ