Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropadakı bəzi azərbaycanlılar artıq Bakının küçələrində xaosa aparan əməliyat planları hazırlayır... - Aydın Quliyev yazır...

Image


Siyasi şərhçi, “Bakı Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev müxalifətin oktyabrın 19-da Bakının mərkəzində keçirməyə çalışdığı icazəsiz aksiya və onun ətrafında qurulan siyasi oyun çabalarını özünün facebook səhifəsində şərh edib. A.Quliyev yazır:

Milli Şuranın 19 oktyabr aksiyasından bir-iki saat əvvəl bəzilərinin yekə-yekə televiziya adlandırdığı feys yayımçıları camaatı qızışdırmaq üçün əllərindən gələni edirdilər. Fotoşop edərək Milli Bankın ətrafını elə bir şəklə salmışdılar ki, sanki həqiqətən "iynə atsaydın yerə düşməzdi". Əslində isə ... Bölgələrdən biriləri feys yayımçısına zəng vurub deyirdilər ki, "bəs filan rayondan, şəhərdənik, mitinqə gəlmək üçün avtovağzala getdik, lakin polis bizi Bakıya getməyə qoymadı. Guya rayonlardan mitinqə gəlmək istəyənlərin alnında "mitinq" yazıldığı üçün polis onları tanıyıb. Yalana baxın.... Biri deyir ki,filan rayonda evimi polis mühasirəyə alıb. Guya həmin rayonda da nəinki cəbhəçi var, hətta çoxlu polis qüvvələrini onun evini mühasirəyə almağa vadar edəcək qədər güc və nüfuz sahibi imiş. Yenə yalana baxın... Biri lap ağını çıxartdı. Deyir ki, gözümün qabağında 10 yaşlı qız uşağının başını dubinka ilə dağıtdılar. Biri isə dedi ki, 5-6 yaşlı uşağı da həbs edib avtobusa basdılar. Bu yerdə feys yayımçısı "dəhşətə, zülmə baxın" deyərək elə kədərləndi ki, sanki camaat onu süni kədərləndirən bu telefon xəbərlərinin planlı uydurmalar olduğunu başa düşmür. 5-6 yaşlı uşağı necə həbs eymək olar, ay millət? Başı dubinka ilə dağldılan o 10-11 yaşlı qızın meyiti necə oldu bəs? Bu sayaq quraşdırılmış komik uydurmaların üstündən keçirik, ən azı ona görə ki, xalqın düşüncəsinin belə şeyləri uyduran nadanların təfəkküründən çox dərin olduğunu bilirik. Bir az qorxulu mətləblərə Avropada yaşayan bəzi radikal azərbaycanlıların zənglərində rast gəldik. Bir "avroazərbaycanlı "(ifadə şəxsən mənim özümə məxsusdur) özünü çox usta hesab edırək dedi ki, mitinqi yaxşı hazırlamayıblar, filan küçədə polislər toplaşdığı üçün filan küçə ilə filan meydana girib mitinq etmək olardı. "Dahiyanə" şəkildə əlavə etdi ki, növbəti aksiyaları daha ağıllı planla hazırlayacaqlar. Fikir verirsənmi, ay millət? Hələ heç soruşmuram ki, həmin meydana girib də nələr etməyə ümidlisiz, beş-üç nəfər həyatdan bezmişin qaçaraq birtəhər hansısa meydana girməyi ilə bir milyon Bakı sakininin ora doluşacağını düşünürsünüzsə, belə plan müəlliflərinin ağlının yox, ağılsızlığının dərəcəsinə heyrətlənmək lazım gəlir. Sadə səbəbdən - o meydanda bir milyon adamın görmək istədiyi parlaq LİDER - ŞƏXSİYYƏT yoxdur axı... Qayıdaq Bakının küçələrini Dəməşqin, Bağdadın, Sənanın, Beyrutun küçələri kimi əməliyyat meydanına çevirmək istəyən avroazərbaycanlıya... Bu gün Bakı küçələrini əliyalın radikalların əməliyyat meydançası kimi nəzərdə tutanların eyni yerdə silahlı əməliyyat planlarına da malik olduqlarına şübhə yoxdu. Görürsünüzmü, Bakının başında hansı niyyətlərlə oyun quranlar var.?  Nədi, nə deyil, məsuliyyətsizlik üzündən 1993-cü ildə hakimiyyətdən qovulmuş bir qrup səriştəsizin hakimiyyət ambisiyası bitib-tükənmək bilmir. Müxalifətsiz cəmiyyətlərdə uzunmüddətli və dayanıqlı inkişafın mümkünsüzlüyünü hamı qəbul edir. Azərbaycan da bu yolla gedir və getməlidir. Ancaq Bakının küçələrində "əməliyyat planları" quran müxalifətdənsə, ümumiyyətlə müxalifətsizlik durumunun fəsadlarını yaşamaq daha asan olar. Ancaq indiki Azərbaycan da sivil müxalifətsiz deyil, sadəcə hələ başı "radikal-əməliyyatçı müxalifətə" qarışdığı üçün xalq onlara lazımı diqqəti ayıra bilmir. Azərbaycanın daha güclü, sivil, hakimiyyətlə ancaq qanun çərçivəsində davranan, bir bəyanatla çox işlər görə bilən, xalqın ürək qızdırdığı müxalifəti formalaşacaq. Xalqı küçə-bacada əməliyyatlara cəlb etmək istəyənlərin isə axırı yoxdu. Bir vaxtlar - daha dəqiqi 20 il əvvəllərə qədər şəxsən mən özüm də hakimiyyətlə razılaşdırılmamış şərtlər daxilində aksiyaları əsas və həlledici üsul sayanlardan biri idim. Təkrar edirəm, 19-20 il əvvələ qədər. O zaman dövr indikindən kardinal fərqli idi. Dövlətçiliyimiz üçün kənardan ciddi bir təhlükə yox idi, hələ Misir, Suriya, Liviya olaylarının əlamətləri qəti üzə çıxmamışdı, böyük neft gəlirləri hesabına Azərbaycan hələ bəlli yırtıcıların nəzərində didib-parçalamalı yağlı tikəyə çevrilməmişdi, ölkənin içində icazəsiz aksiyalara meyl göstərənlər daha çox müstəqil idilər, onları alətə çevirmək istəyində olan beynəlxalq güclü qüvvələr də yox idi, üstəlik, cəmiyyətin müəyyən hissəsi belə mübarizə formasına laqeyd deyildi və dəstək verirdi, əhalinin maddi mənafelərinə uyğun böyük islahat paketləri hələ həyata keçirilməmişdi, dövlət hakimiyyəti indiki qədər güclü deyildi və sair. İndi bütün bu amillərin hamısı tam tərsinə çevrildiyi üçün radikal icazəsiz aksiyaların ölkəni xaosa sürükləmək təhlükəsindən baçqa heç bir effekti olammaz... Buna isə imkan verməyəcək qədər güclü daxili qüvvə var...

 

 

 

 

 

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ